Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
28-09-2022, 16:23
Şair Sabir Yusifoğlu vəfat etdi


Şair Sabir Yusifoğlu vəfat etdi

Tanınmış şair Sabir Yusifoğlu dünyasını dəyişib. Bu barədə onun yaxınları məlumat verib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair, həmçinin Prezident təqaüdçüsü idi. Qeyd edək ki, Sabir Yusifoğlunun oğlu Emin Piri də şairdir. Allah rəhmət eləsin
24-09-2022, 20:50
Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi yeni layihənin icrasını davam edir.


Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi yeni layihənin icrasını davam edir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Azərbaycan kəlağayısı min illərin yadigarı” layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan kəlağayısından bəhs edən “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı sənədli flimin çəkilişləri davam edir.

Filmin çəklişi ilə əlaqədar layihə komandası dəniz kənarı bulvarda sənədli filmin çəklişlərini davam etdirdi. Çəklişdə gənc çapar Gülay Fərzəliyeva və Aydın Buludun iştirakı ilə senarii üzrə video çəklişlər aparıldı . Layihə çərçivəsində sənədli film 01.11.2022-ci il tarixinədək izləyicilərimizə təqdim olunacaq.




24-09-2022, 07:16
"Nur ocağı" şölələndi


"Nur ocağı" şölələndi

Sentyabrın 10-da Gəncə şəhərində Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə "Nur ocağı" ədəbi məclisinin açılış mərasimi keçirildi. Azərbaycanımızın müxtəlif şəhər və rayonlarından - Bakıdan, Gəncədən, Tovuzdan, Ağsudan, Samuxdan, Goranboydan yaradıcılığı, bədii zövqü bir-birinə yaxın insanlar bir araya toplandılar. Şairlərimiz tədbirdən öncə dahi şair Nizami Gəncəvinin qəbrini ziyarət etdilər.

Ədəbi məclisin rəhbəri Sehran Süleymanova “Nur ocağı” ədəbi məclisinin şairlərini bu məclisin nuruna toplaşan qonaqlarına təqdim etdi, məclisin gələcək planlarından bəhs etdi.
Qonaqlar arasında Şəlalə Muradqızı, Azər Yusifov, Elşən Mikayıloğlu, Nəsib Eldarlı da vardı. Məclisə dəvət alan İkinci Qarabağ müharibəsi iştirakçıları keçdikləri qanlı-qadalı zəfər yolundan söz açdılar, kövrək notlarla davam edən söhbət hər kəsin yaddaşında unudulmaz izlər buraxdı. Naftalan şəhərindən İkinci Qarabağ veteranının oğlu Murad Tural oğlu Musazadə öz gözəl qiraəti ilə könülləri oxşadı.
Sonda Sehran xanım Nizami muzeyinin akt zalında "Nur ocağı" şairlərinə qucaq açan əməkdaşlara, o cümlədən Nizami məqbərəsinin direktoru Gülnarə xanıma, Gəncə Region Mədəniyyət İdarəsinin müdiri Vasif bəyə təşəkkürünü bildirdi.
"Nur ocağı" ədəbi məclisinə uğurlar diləyir, Azərbaycan ədəbi mühitində parlaq imzasının olmasını arzu edirik.
Havva Nazim
22-09-2022, 22:11
Aktrisa Fərqanə Quliyeva vəfat etdi


Aktrisa Fərqanə Quliyeva vəfat etdi

Kinoaktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Fərqanə Quliyeva dünyasını dəyişib. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb. Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib. F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib. O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib. Allah rəhmət eləsin!
19-09-2022, 16:33
Əməkdar Mədəniyyət işçisi vəfat etdi


Əməkdar Mədəniyyət işçisi vəfat etdi

"Ədəbiyyat" qəzetinin məsul katibi, Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu vəfat edib. Bu barədə qəzetdən məlumat verilib. Allah rəhmət eləsin!

18-09-2022, 15:59
Əməkdar Mədəniyyət işçisi vəfat etdi


Əməkdar Mədəniyyət işçisi vəfat etdi

"Ədəbiyyat" qəzetinin məsul katibi, Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu vəfat edib. Bu barədə qəzetdən məlumat verilib. Allah rəhmət eləsin!

18-09-2022, 14:50
Aysu Abbasova yazır: "Bu gün onunla musiqi də doğdu..."

Aysu Abbasova


Bu gün onunla musiqi də doğdu...

Bu gün - 18 sentyabr Azərbaycan milli musiqi gününün və onun banisinin doğum günüdür Bəli! Söhbət Üzeyir Hacıbəylidən gedir. Musiqi dedikdə Üzeyir Hacıbəyli , Üzeyir Hacıbəyli dedikdə
musiqi yada düşür. İlk dəfə 1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın-indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi.
Üzeyir bəy 1885-ci ildə Qarabağ mahalının Ağcabədi şəhərində anadan olub. Onun atası Əbdülhüseyn bəy əslən şuşalı idi. Hacıbəyovların Üzeyirdən başqa iki oğlu və bir qızı da vardı...

Üzeyir ilk təhsilini Şuşadakı mədrəsədə almış, sonra maarifçı Haşımbəy Vəzirovun ikiillik rus-tatar məktəbində təhsilini davam etdirib. Burada dövrünün görkəmli ziyalısı Mirzə Mehdi İsgəndər oğlu Həsənzadə-Sarıcalının rəhbərliyi altında Şərqin böyük yazıçı və şairlərinin əsərləri ilə yaxından tanış olub. Bu əsərləri yeniyetmə Üzeyir ya orijinalda, ya da ki, Mirzə Mehdi müəllimin özünün tərcüməsində oxuyub öyrənib. Zəngin musiqi ifaçılıq ənənəsinə malik olan Şuşa mühitinin Hacıbəyovun musiqi tərbiyəsində xüsusi yeri var. Onun ilk musiqi müəllimi öz dayısı, xalq musiqisinin gözəl bilicilərindən biri olan dövrünün dəyərli ziyalısı A.Əliverdibəyov olub. 1897-1898-ci illərdə, hələ yeniyetmə ikən Üzeyir Azərbaycanın tanınmış gənc yazıçı-dramaturqu Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyevin, həmçinin görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun bilavasitə rəhbərliyi və iştirakı ilə Şuşada göstərilən “Məcnun Leylinin məzarı üstündə” adlı səhnəcikdə artıq dəfələrlə xorda iştirak etmiş, bu sahədə özünə böyük təcrübə toplamışdı.

Onun musiqi istedadı elə seminariya illərində özünü büruzə verir. Beş il burada təhsil alan Ü.Hacıbəyovun dünyagörüşünün formalaşmasında, qabaqcıl dünya ədəbiyyatı ilə tanış olmasında seminariyanın böyük rolu olub.
1904-cü ildə seminariyanı bitirən gənc Üzeyir Cəbrayıl qəzasının Hadrut, Tuğ kəndlərinə (Hadrut uçastokunda 3-cü paralel sinifə) müəllim təyin olunmuş və burada 10 aya qədər çalışıb. O, 1905-ci ilin yayında Bakıya gələrək, burada bir müddət Bibiheybətdə, sonralar isə “Səadət” məktəbində müəllim, eləcə də “Həyat” qəzetində felyetonçu, tərcüməçi kimi işləmiş, eyni zamanda “İrşad” qəzeti ilə əməkdaşlıq edib.
Bədii yaradıcılıqla məşğul olan və həm də bir naşir kimi fəaliyyət göstərən Üzeyir Hacıbəyov 1907-ci ildə Bakıda Azərbaycan dilində “Hesab məsələləri” və “Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti”ni nəşr etdirib. Üzeyir bəy Hacıbəyli haqqında yazmaq həmişə şərəflidir. Onun həyat və yaradıcılığı daim tədqiqatçıların nəzər-diqqətini cəlb etmiş, həyat və fəaliyyəti haqqında çoxlu sayda əsərlər, kitablar, oçerk və məqalələr yazılıb.Azərbaycan xalq musiqisinin bütün janrlarının (muğam, mahnı, rəqs, aşıq yaradıcılığı və s.) səciyyəvi xüsusiyyətlərini tam əhatə edərək bununla da, özünün orijinal üslubunu yaradıb.
O, əvvəllər şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa və rus bəstəkarlıq məktəblərinin nailiyyətləri səviyyəsində zənginləşdirməyə müvəffəq olub.

Hacıbəyov milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını bəstələyib. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışıb. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırıblar.
Qeyd etmək istərdim ki, Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Üzeyir Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub.

Aysu Abbasova
15-09-2022, 22:10
Mədəniyyət sahəsinə ayrılan vəsait 17% artırılır


Mədəniyyət sahəsinə ayrılan vəsait 17% artırılır

Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 542,8 milyon manat olması nəzərdə tutulub. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 17,2% çoxdur.
11-09-2022, 14:52
Venesiya film festivalının ən yaxşıları seçildi


Venesiya film festivalının ən yaxşıları seçildi

Keyt Blanşett və Kolin Farrell 79-cu Venesiya Film Festivalında ən yaxşı qadın və kişi rollarına görə Volpi Kuboku qazanıblar. Butov.az xəbər verir ki, təqdimat festivalın “YouTube” kanalında yayımlanıb. Qərarı amerikalı aktrisa Culian Murun rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti elan edib. Blanşett bu mükafatı Todd Feldin “Tar” filmində Berlin Filarmonik Orkestrinə rəhbərlik edən ilk qadın orkestr dirijoru roluuna görə alıb. Farrell isə Martin MakDonun “The Banshees of Inisherin” filmindəki ifasına görə mükafata layiq görülüb. Qeyd edək ki, festivalın əsas mükafatı sayılan “Qızıl aslan” Laura Poitrasın “All the Beauty and the Bloodshed" sənədli filminə verilib. 79-cu kinofestivalın proqramında yeganə olan sənədli film fotoqrafın dərman şirkətinə qarşı mübarizəsindən bəhs edir.
4-09-2022, 15:38
Əməkdar rəssam vəfat etdi


Əməkdar rəssam vəfat etdi

Əməkdar rəssam Asif Azərelli vəfat edib. Bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib. Asif Azərelli 19 iyul 1946-cı ildə Bərdə rayonunda anadan olub. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1976-cı ildə keçmiş SSRİ-nin Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülüb. 1983-1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olub. Görkəmli rəssam daha çox Dədə Qorqud obrazının ən çox qəbul edilən versiyasının yaradıcısı kimi tanınırdı. Allah rəhmət eləsin!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!