Təmsilçilərimiz "Eurovision"da çıxış etdilər .....                        Dönərdən zəhərlənənlərin sayı 40-a çatdı .....                        Ölənə qədər vəzifədə olmalı deyiləm ki? - Novruz Məmmədov .....                        Robert Fitso Azərbaycana səfəri barədə nələr dedi? - VİDEO .....                        Ermənistan-Azərbaycan sərhədində zəlzələ .....                        Əli Əsədov Türkiyə mətbuatına müsahibə verdi .....                        Küveyt əmiri Türkiyədə rəsmi səfərdədir .....                        Şəhidimizin nəşi 30 ildən sonra doğma kəndində dəfn edildi - FOTO .....                        Kapital Bank-ın Laçın filialı açıldı .....                       
26-04-2022, 20:32
“Dünya Allah tərəfi rəssamın əli ilə bərqərar olub”

Firdovsi Hacıyev: “Dünya Allah tərəfi rəssamın əli ilə bərqərar olub”

Yaradıcı insanları Allahla müqayisə edənlər var. Çünki onlar əsərlərini öz istədikləri kimi yaradırlar. Belə demək mümkünsə, özləri öz dünyalarının Tanrıları olurlar. Rəssamlar da belə “güc” sahiblərindəndirlər. Tanınmış rəssam Firdovsi Hacıyev bu cür yaradıcı insanlardandır. O, uzun illərdir çəkdiyi rəsm əsərləri, o cümlədən peyzajları ilə ad qazanıb. Tanınmış rəssam “Bütöv Azərbaycan”ın suallarını cavablandırıb:
- Rəsmləri çəkərkən adətən nədən ilhamlanırsınız?

- Mənzərə, yəni peyzaj çəkmək istəsəm, təbiəti seyrə çıxıram. Daha orijinal əsər yaratmaq istəyəndə ideyalar axtarışında oluram. Hər halda ilham pərisi olmadan nəsə etmək mümkünsüzdür.
- Müsahibələrinizin birində demisiniz ki, rəsmlərinizdə “kubik rubik” çəkməyi sevirsiniz. Buna səbəb nədir?

- Onun 6 tərəfi, 8 bucağı və çoxlu “kubik”ləri var. Həmçinin “kubik-rubik” xeyli rəngdən ibarətdir. O, mənim üçün palitra mənbəyidir. Bu mənada “kubik-rubik” məndən ötrü fəlsəfi, psixoloji, riyazi həndəsi əhəmiyyətlidir. Yəni dünyamız içində də dünya var...
- Mövzulara necə seçir, bu zaman hansı məqamlara üstünlük verirsiniz?
- Hər mövzunun öz zamanı var. Mövzunun işlənmə vaxtı çatanda özü xəbər verir. Vaxtında işlənməyəndə isə adətən sonradan rəssam onun peşmanlığını çəkir. Əsərin səbəbkarı həmişə əsas obraz olur.
- Bəzən ədəbiyyatçılar öz qələmləri ilə çox şeyi dəyişə biləcəklərini iddia edirlər. Necə düşünürsünüz, fırça ya da rəsm əsərləri ilə dünyada nələri dəyişmək mümkündür?

- Fikrimcə, dünya rəssamın əli ilə formalaşıb. Təsadüfi deyil ki, tədqiqatçılar rəssamların əsərlərini tez-tez araşdırırlar. Çünki həmin əsərlərdə dünyamız, gələcəyimiz haqqında münasibətlər var. Məsələn, italiyalı məşhur rəssam Leonardo Da Vinçi dünya tarixinin inkişaf istiqamətini dəyişmişdir.
- Belə bir fikir var: sevdiyin işlə məşğul olsan, ömür boyu işləməzsən. Rəssamlıq sizin üçün daha çox gəlir mənbəyidir, yoxsa həyat tərzi?
- Sevdiyin hər şey, hər kəs sənin üçün həyat tərzidir. Sevgi ilə yaranan həmişə gözəl olur. Sevgini pulla almaq olmur. Əsərlər o qədər çox bəyənilməlidir ki, sonra gəlir gətirsin. Təəssüf ki, çox vaxt rəssamlara ölümündən sonra qiymət verilir. Sənətkar işinə çox zaman o qədər aludə olur ki, pul qazanmaq barədə düşünməyə vaxtı olmur.

- Hazırda davam edən Rusiya-Ukrayna müharibəsinə dair rəsm çəksəniz ilk nəyi təsvir edərdiniz?
- Prezident Vladimir Putinin faşist dəstəsinin Ukraynadakı soyqırımı bağışlanası hal deyil. Bir dövlət başçısının pullarının xarici banklarda saxlanmasını necə başa düşmək olar?! Sarı və göy rəngləri qana boyadan rusları təsvir etmək istərdim. Əsərin adı “Günə baxmayanlardır”.

Kənan Novruzov
23-04-2022, 07:38
Sənəti O sənətə məftunlar yaşadır

Sənəti O sənətə məftunlar yaşadır
Aşıq sənəti milyonların ehtiramına layiqdir. El məclislərinin bəzəyi olan aşıqlarımız həm də milli mədəniyyətimizin və incəsənətimizin daşıyıcılarıdır. Hər kəs kimi mənim də Aşıq sənətinə böyük məhəbbətim var. Saz ifalarına, melodiyalı aşıq mahnılarına qulaq asanda könlüm durulur...
Bugünlərdə yolum Azərbaycan Aşıqlar Birliyinə düşmüşdü. Orada ilk olaraq qarşıma aşıq Şahniyar Mikayıloğlu çıxdı. Onunla görüşüb hal-əhval tutandan sonra dostum, Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu ilə görüşüb söhbət etdik. Sonra Musa müəllimlə birlikdə Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, şöhrət ordenli, professor Məhərrəm Qasımlı ilə görüşdüm, özümün "Sazın, sözün sehrində" kitabımı Məhərrəm müəllimə hədiyyə etdim. Məhərrəm müəllim kitabı vərəqlədi, bir neçə səhifəyə baxandan sonra dedi:
“Mən sənin yaradıcılığını sosial şəbəkələrdə, qəzet və jurnallarda izləyirəm. Görürəm, aşıq yaradıcılığına dərindən bələdsən. Aşıq Əkbər Cəfərov, aşıq Mikayıl Azaflı, aşıq İsfəndiyar Rüstəmov, aşıq Şəmşir Qurbanov, Molla Cümə, aşıq Ələsgər və başqa ustad aşıqlarımız haqqında silsilə yazıların gedir. Sizə bu yolda uğurlar arzulayıram. – Sonra o, Aşıq sənətinin keçdiyi yollar, aşıqlarımızın bizə miras qoyduqları havalar haqqında maraqlı sözlər dedi. Aramızda səmimi bir dialoq yarandı. Əvvəlcə mən Məhərrəm müəllimin aşıq sənətinə vurğunluğu barədə bir-iki kəlmə dedim. Bildirdim ki, rəhmətlik Hüseyn Arifdən sonra Azərbaycan Aşıq sənətində boşluq yaranmışdı. Ancaq Xalq şairi Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədri seçiləndən sonra bu boşluq dolduruldu. Azərbaycan aşıqları yeni yaradıcılıq dövrünə qədəm qoydu. Çox şükürlər olsun ki, Zəlimxan Yaqub ənənəsini bu gün sizin kimi asiqşünas bir alim davam etdirir və yaşadır.
Məhərrəm müəllim fikirlərimi təsdiqlədi və Aşıq sənətinin hazırda daha yüksək zirvələr fəth etdiyini vurğuladı. Onu da əlavə etdi ki, aşıq yaradıcılığının ana xəttinin əsas qollarından biri də dastançılıqdır. Ancaq dastan söyləyən aşıqlarımız son vaxtlar barmaq sayı qədər qalmışdır. Deyərdim ki, gənç aşıqlar dastan söyləməkdən qaçırdılar. Allaha çox şükür olsun ki, bugünlərdə aşıq Vəli Şınıxlı, aşıq Elməddin Məmmədli, asiq Şəhriyar Qaraxanlı, aşıq Əli Zeynalabdin, Əli Tapdıqoğlu, aşıq Babək Şakirli, aşıq Nəbi, aşıq Nazim cütlüyü və neçə-neçə aşıq televiziya kanallarında dastan söyləyir, bu ənənəni davam etdirirlər.
Dastanların iki növü var: məhəbbət və qəhrəmanlıq dastanları. Bu dastanları yüz illərdir ustad aşıqlarımız bu günümüzə qədər gətirib çatdırmışlar. Bu da gənç aşıqlar üçün çox gözəl təbliğatdır.
Məhərrəm müəllim son illər görülən işlərdən, Tovuz rayonunda Aşıq Muzeyinin yeni binasının açılışından, Dədə Ələsgərin 200 illik yubileyinin Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyinin dəstəyi ilə yüksək səviyyədə keçirilməsindən geniş bəhs etdi, ded ki, bu işlərin görülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu əvəzsiz işlər həm Aşıq sənətinin, həm də incəsənətimizin inkişafına xidmət edir. Həmçinin, Aşıq sənətinin UNESCO-nun maddi-mədəni irs siyahısına salınmasında, beynəlxalq aləmdə Azərbaycanın mədəniyyətinin tanıdılmasında Mehriban xanımın böyük xidmətləri var, bunu danmaq olmaz.
Söhbət əsnasında Məhərrəm müəllimdən soruşdum ki, 2023-cü ildə aşıq Əkbər Cəfərovun 90 illik yubileyi olacaq. Bu tədbiri Aşıqlar Birliyi keçirəcəkmi?
Məhərrəm müəllim gülümsəyərək cavab verdi ki, Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyi aşıq Əkbər Cəfərovun 90 illik yubileyini həm Bakıda, həm də doğulub boya-başa çatdığı Tovuz rayonunda çox yüksək səviyyədə keçirəcək.
Bu xəbər mənə sevinc bəxş etdi, ayağa qalxıb professorun əlini sıxdım, ayrılmaq istəyəndə, dedi,- bir dəqiqə ayaq saxla. Mən də sənə bir neçə kitab verim. Otağındakı rəfdən mənə Azərbaycan Aşıqlar Birliyinin çox nəfis şəkildə tərtib etdiyi "Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası", "Əllərini uzat mənə" və bir neçə başqa kitab verdi.
Məlumat üçün bildirim ki, çağdaş Azərbaycan aşıqlarının antologiyasını Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, fəlsəfə doktoru Altay Məmmədli hazırlayıblar. Bu kitabda həm ustad aşıqlar, həm də gənc nəsildən olan yaradıcı aşıqların şeirləri yer alıb.
Ən çox diqqətimi çəkən isə "Əllərini uzat mənə" kitabı oldu. Kitabın müəllifi Orxan Paşa təxəllüslü şəxsdir. Kitabda onun müxtəlif illərdə qələmə aldığı şeirlər yer alıb. Müəllif doğulub boya-başa çatdığı Tovuz haqqında silsilə şeirlər də yazıb. Aşağıdakı şeir də elə bu silsilənin bir təzahürüdür:
Könül beşiyimsən, ay isti qucaq,
Sənə ürək deyim, göz deyim, Tovuz?!
Sirli gözəlliyin qoymur ki, heç vaxt
Adına yaraşan söz deyim, Tovuz!

Şeirin son bəndində deyilir:
Mən Orxan Paşayam, sazın kimiyəm,
Suyunam, otunam, yazın kimiyəm.
Ayrı oxşarım yox, özün kimiyəm -
Gərək bu gerçəyi düz deyim, Tovuz,
Adına yaraşan söz deyim, Tovuz!

Şairin bu şeirindən anlaşılır ki, bir parça yurd yerini də vəsf etmək çox çətindir, gərək şəninə elə tərif verəsən ki, quru alınmasın.
Şair "Ayrıldı" qoşmasını yaradıcı aşıq, məlahətli səsi ilə hər kəsin qəlbində özünə yer tapmış ustad aşıq Əkbər Cəfərovun unudulmaz xatirəsinə həsr edib. O, şeirdə yazır:
Yayın ortasında, yaylaq çağında,
Bülbüllər bülbülü bizdən ayrıldı.
Qəfil xəzan əsdi ömür bağında,
Çığırdan yığışdı, izdən ayrıldı.

Belə yaratmışdı onu Yaradan,
Sözü şəhdi-şəkər, özü nur adam.
Başı açılmazdı qonaq-qaradan,
Məclisdən çəkildi, sözdən ayrıldı.

Bənövşə duyğulu ürəyi vardı,
İlin hər çağında könlü bahardı.
Səsində bülbüllər cəh-cəh vurardı,
Heyif ki, tez soldu, yazdan ayrıldı.

Yanıb Orxan Paşa, qorda qalıbdı,
Həsrətlə gözləri yolda qalıbdı,
Tanrının insafı harda qalıbdı,
Əkbər köç eylədi, sazdan ayrıldı.

Bu şeirdə hətta Tanrıya asi düşmək məğzləri diqqət çəksə də, bir elin itirdiyinin sanbalı - aşıq Əkbər Cəfərov kimi dəyanətli bir aşığın erkən köç etməsi müəllifə haradasa haqq qazandırır.
Sənəti o sənətə məftunlar yaşadır. Allah dünyasını dəyişmiş ustadlara rəhmət eləsin. Qalanlar isə sənətimizin sütunlarıdır, Allah onları qorusun!

Hüseyn Məmmədov
AJB-nin üzvü
19-04-2022, 06:51

“Həyatla oyun”

“Həyatla oyun”

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin təşkilatçılığı ilə Bakı Uşaq və Gənclər Teatrının "Həyatla oyun" tamaşası 4 saylı cəzaçəkmə müəssisəsində nümayiş olunub.
Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır, insanların sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir.
Tamaşa Avropa Şurasının Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə həyata keçirilən innovativ layihə olaraq, 80 ölkə tərəfindən təqdim olunmuş layihə arasında ilk üçlüyə düşmüşdür və teatra sertifikat təqdim edilmişdir.

Tamaşada hadisələr real həyatdan götürülmüşdür. Hadisələr əsasən bir qrup tələbələr arasında cərəyan edir. Universitet tələbəsi olan Duman narkotika aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikadan istifadəyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır. Oğlunun narkoman olduğunu öyrənən Nicatın anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən Narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr Spiddən analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın QİÇS-ə yoluxduğu məlum olur. Bütün bu hadisələrin mərkəzində dayanan Dumanın narkoman olmasına səbəb isə uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir. Valideynlərinin yalnış münasibəti isə Dumanın pis yola düşməsinə təkan verir. Hətta narkoman qardaşını pis vəziyyətdə qoyub gedən Naza xanım oğlu Dumanı da qoruya bilmir. Tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub. Müddəti 1 saatdır.

Tamaşanın rejissoru respublikanın əməkdar artisti İntiqam Soltan, müəllifi Arzu Soltan, rəssamı Sevda Məmmədovadır.
2-04-2022, 09:08
“Qucaqla məni”

“Qucaqla məni”
Bakı Uşaq və Gənclər Teatrında yeni tamaşanın təqdmatı keçirilib.
Tarix boyu xalqımıza qarşı törədilmiş soyqırımlara həsr olunmuş tamaşanın müəllifi Arzu Soltan, rejissor respublikanın əməkdar artisti İntiqam Soltandır.
Rollarda Əfruz Əliyev, Ədalət Ağaverdiyev, musiqiçi Yusif Rüstəmovdur.
Tamaşa müzkl formasında canlı musiqi müşayiəti ilə hazırlanıb.
Təqdimatda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri və digər qonaqlar iştirak etmişlər.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!