İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib .....                        İrəvandakı iranlılar Pəhləvinin qayıtmasını istəyirlər .....                        Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO .....                        ABŞ ordusu hücuma başladı .....                        İranda Qasım Süleymaninin portretini yandırdılar .....                        ABŞ İranı bombalayacaq .....                        “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar .....                        ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN SƏRT MESAJ .....                        İran səfirliyində dövlət bayrağı dəyişdirildi .....                       
6-02-2023, 15:49
Tanınmış incəsənət xadimi vəfat etdi


Tanınmış incəsənət xadimi vəfat etdi

Müğənni Zeynəb Dostəliyeva vəfat edib. Bu barədə onun yaxınları məlumat yayıb. Sənətçi bir neçə gün əvvəl qaraciyər və böyrək ağrıları ilə xəstəxanaya yerləşdirilmişdi.
6-02-2023, 15:48
Alimin şəxsiyyət nümunəsi


Alimin şəxsiyyət nümunəsi

Tanınmış filoloq, görkəmli alim, əməkdar müəllim, professor Abbas Abbasov 50 ildir Bakı Dövlət Universitetində (BDU) çalışır, tam bir qərinə - 33 ildir ki, İngilis dili kafedrasının müdiri, nəşr olunmuş 40-dan çox monoqrafiya, dərslik, lüğət kitablarının və ölkə, beynəlxalq elmi nəşrlərdə dərc olunmuş 100-dən artıq elmi məqalənin müəllifidir. Ali təhsilimizin flaqmanı olan BDU-da elmi fəaliyyəti dövründə yüzlərlə gənc mütəxəssisin, tədqiqatçı alimin, ixtisaslı kadrların yetişdirilməsində böyük rolu, əməyi var.
O, öz sahəsi üzrə çox sayda “ilk”lərə imzasını yazıb. Onun "İngiliscə-rusca atalar sözləri və zərbi-məsəllər lüğəti" (490 səh.), "İngiliscə-rusca hüquq terminləri lüğəti" (435 səh.), "İngiliscə-Azərbaycanca texniki terminlər lüğəti" (400 səh.), "İngiliscə-rusca kimya terminləri lüğəti" (1000 səh.), "İngiliscə-rusca-Azərbaycanca riyaziyyat terminləri lüğəti", “Rusca-ingiliscə idman lüğəti”, “İngilis dili proqramı”, “Riyaziyyatçılar üçün ingilis dili dərsliyi”, “Hüquq fakültəsi üçün ingilis dili dərsliyi”, “Başlanğıclar üçün ingilis dili dərsliyi”, “Coğrafiya fakültəsi tələbələri üçün ingilis dili dərsliyi”, “Hüquq fakültəsi üçün ingilis dili dərsliyi”, “İngilis gülüşü” və digər kitabları illərlə çəkilən zəhmətin, yorulmaz axtarışlarının, müxtəlif sahələrə dair geniş elmi biliklərinin, zəngin dünyagörüşünün sübutudur. Onlarla monoqrafiyanın elmi redaktoru, rəyçisi, dissertasiya müdafiə şuralarının, komissiyaların üzvüdür. Obyektiv, ədalətli, hər kəsin uğuruna könüldən sevinən müəllimdir, əsl “tələbə adamı”dır.
Dilçilik elmimizin ağsaqqalı, AMEA-nın müxbir üzvü, professor Qəzənfər Paşayev “Azərbaycan müəllimi” qəzetinin 14 yanvar 2011-ci il tarixli nömrəsində Abbas müəllimə həsr etdiyi “Tanınmış pedaqoq və alimin uğurları” adlı məqaləsində yazdığı kimi, Abbas müəllim doktorluq dissertasiyası müdafiə etmədən professor adı alan, bu haqqı qazanan azsaylı alimlərimizdən biridir.
Müstəqilliyin təzə vaxtları Amerika səfiri Universitetdə görüş keçirirmiş, Abbas müəllim danışır, tərcüməçilik də edir...Səfir deyir mən heç inanmazdım ki, Azərbaycanda ingils dilini, hələ bir çox çətin ləhcələrini belə dərin, gen-bol bilib sərbəst danışan ola bilər.
Universitetin çoxminlik tələbələri, professor-müəllim ordusu arasında bu elm-təhsil ocağı ilə get-gəli olan, onunla ünsiyyəti olan hər kəsin yaddaşında Abbas müəllimin adının qarşısındakı təyinlər sırasında xarakterinə güzgü tutan Kişi Adam, Yaxşı İnsan sözləri də var. Onun haqqında bu sözləri uzun illər BDU-da birlikdə çalışdıqları mərhum akademikimiz, dilçilik elmimizin sonuncu patriarxı Tofiq Hacıyevdən, tətbiqi riyaziyyat elmimizin korifeyi akademik Məhəmməd Mehdiyevdən, telejurnalistikamızın ən böyük siması professor Qulu Məhərrəmlidən, həmkəndlisi-Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası, nəcib ziyalı Nəriman müəllimdən də eşitmişəm.

İnsan təkcə onu dünyaya gətirən Ata-Ananın deyil, həm də doğulduğu, havasını udduğu, göz açıb ilk gördüyü, ayaq açıb ilk yeridiyi, könül verib ilk sevdiyi, güc-qüvvət, ruh, enerji aldığı yerin, yurdun da övladıdır. Abbas müəllimin Alyanlı, Ziyarət dağları kimi əzəmətli boy-buxunu, ağayana yerişi, məğrur duruşu, ləngərli sözləri, müdrik söhbətləri, nüfuzedici baxışı da təsdiq edir; bu Kişi belə doğulub, yaşayıb, elə yaddaşlarda da belə qalacaq. Onu dəfələrlə xaricə dəvət ediblər, Abbas müəllim ondan da, çox vəzifələrdən də imtina edib. Elə doktorluğu da bürokratik, süni əngəllərə görə müdafiədən imtina edib.
Dəyərli dostum Abbas Abbasovu Qubadlı camaatı öz təşəbbüsü ilə mənim bildiyim qədər iki dəfə Milli Məclisə seçmək üçün razı salmağa çalışıblar, etiraz edib ki mənlik deyil. Tez-tez el məclislərində birlikdə oluruq, hər dəfə onun el-oba, böyük-kiçik, rəhbərlik yanında nə qədər layiqli nüfuz, xətir-hörmət sahibi olduğunu görür, sevinirəm.
1988-1993-cü illərdə bədbəxt, bədnam qonşularımızın dışarıdan fitnə-fəsadla üstümüzə qısqırdıldığı günlərdən Abbas müəllimin bir ayağı Qubadlıda idi. Vəzifəli, imkanlı adamları da səfərbər eliyirdi, silah-sursatla, dava-dərmanla, gərəkli əşyalarla gəlirdi. Səngərdə əldə silah dayanan yurd keşikçiləri ilə həmdərd, həmsöhbət olurdu, sözüynən, ağlıynan, məsləhətləriynən ruh verirdi, bu namərdliyin tarixindən danışırdı. O zamanlar sonu hələ görünməyən mətləbləri andırırdı.
Abbas müəllim neçə dəfə Universiteti atıb sıravi döyüşçü olmaq fikri ilə Qubadlıya gəlmək istəmişdi, ancaq baxırdı ki torpaqların ölüm-dirim məsələsi Bakıda həll olunur. Yığışırdılar dəstə-dəstə alim, ziyalı, ağsaqqal Prezident Aparatının, Müdafiə Nazirliyinin qarşısına, hökumət adamlarının kabinetinin qabağına, vəziyyəti izah edirdilər, silah-sursat, yardım tələb edirdilər, az qala əlbəyaxa davaya çıxırdılar. Ancaq nə fayda, plan, ssenari cızılmış, hökm verilib icraya yönəlmişdi...Və sonra özünün də çox sayda qardaşları, qohum-əqrəbası da daxil didərginlərin yerləşdirilməsinə, 28 il sürən ağır yaşamına dəstək vermək. Zatən o kişinin soyu dədə-babadan məkrli rus-erməni zülmündən əziyyət çəkib; SSRİ adlanan şər imperiyasında sovet hökuməti ən gec Alyanlı obalarında (Hat, Deştahad, Başarat, Armudluq kəndləri) bərqərar tutub.
30-cu illərdə sosializmin tam və qəti qələbəsinə mane olan yeganə məkan Alyanlı (türk tayfa adıdır), sonacan da müqavimət göstərən silaha sarılıb dağlara qalxan Alyanlı qaçaqları olmuşdu. Axır ki, M.Bağırov Stalindən gələn qəti göstərişin icrasını təmin etmək üçün əksəri erməni-rus millətindən olan NKVD və sərhəd qoşun dəstələri ilə Alyanlı ətrafı keçilməz meşə, dağ, kaha, qaya, obaları mühasirəyə alır, günlərlə sürən atışmalarda ən yaxın silahdaşları da daxil xeyli itkiyə məruz qalır, özü də ölümdən təsadüfən qurtulur, qaçaqları güc yolu ilə məhv edə bilmir, sonda fitnə-fəsadla aldadır, yalandan kişi sözü, vəd verib qaçaqları üzə çıxarandan dərhal sonra hamısını və Alyanlı obalarının yetkin kişi cinsindən olan bütün yetkin gənclərini camaatın gözü qabağında sorğu-sualsız, məhkəməsiz, hökmsüz güllələdir, sağ qalan arvad-uşaq hamını, Abbas müəllimin doğmaları da aralarında olmaqla Bərdədə bir düzəngaha köçürdür, indi A(Ə)lyanlı adlanan kəndin sakinləri o ellərin camaatının törəmələridir.
Abbas müəllimin atası II Dünya savaşında həlak olub, evin böyüyü kimi ağır külfətin ağırlığı onun çiyninə düşüb. Uşaqlıq dostu, həmkəndlisi, qohumu Başaratlı İnsan Əli - Şəmkir rayonunun prokuroru Əli Əliyev haqqında yazmışdım ki, onun I davada elədiyi yardımı Müdafiə Nazirliyi də Qubadlıya eləsəydi, bizim itkilərimiz bu qədər çox, erməninin ölüsü bir belə az olmazdı. Abbas müəllimin qan qohumu Müzəffər İbadov Başaratda kolxoz sədri, sovet sədri idi, dava başlayandan əli silah tutanları başına yığıb rayon mərkəzindən ən uzaq məsafədə yerləşən, Qaçaq Tavatın, Alyanlı qaçaqlarının zamanından qonşuluqdakı ermənilərlə məxsusi haqq-hesabı, qanlılığı olan Alyanlı obalarının müdafiəsini də üstünə götürmüşdü.
1992-ci il oktyabrın 12-də erməni yaraqlıları çoxdan qanına susadıqları Müzəffər kişini bir üzü Şuşaya baxan Topağac səmtində mühasirəyə alırlar, son gülləsinə qədər vurub qırır, ancaq özü də səngərdə gülləbaran olur. Və yaraqlılar buranı daimi nəzarətdə saxlayır, nəşinin götürülməsinə imkan vermirlər. Abbas müəllim uşaqlıqdan mal otarıb meyvələrini dərdiyi, hər qarışına bələd olduğu bu meşəliklərdən qan qohumu dostunun nəşini necə çıxarıb götürdüklərini mənə danışıb, hər dəfə bədənim titrəyib. Abbas müəllimi bu sərhəd səfərlərində vəfalı ömür-gün yoldaşı, BDU-nun baş müəllimi Roza xanım Abbasova da tək buraxmırdı, onunla birlikdə olurdu, ata-anasını itirən körpələri, qanına qəltan edilən gənclərimizi, başsız qalan ailələri görürdü, qayıdıb Bakıda yardımlar yığıb toplayırdı, təzədən qayıdıb yerinə, ehtiyacı olanlara çatdırırdı.
Kaş həyatdan vaxtsız köçən Roza müəllimə biləydi ki, Abbası ona nə qədər sadiq qalıb, onun kafedrada, elmi şurada müzakirə və təsdiqdən keçmiş monoqrafiyasını, yarımçıq qalan, bürokratik əngəllər və zamanın faciəli hadisələri üzündən müdafiə mərhələlərini tamamlayıb sona çatdıra bilmədiyi tədqiqatını Abbası bu son illərdə layiqincə, böyük zəhmət hesabına başa çatdırıb, təkmilləşdirib, tamamlayıb mükəmməl möhtəşəm bir tədqiqat əsərini -“Azərbaycan dilinin Qubadlı şivələri” monoqrafiyasını (təəssüf ki bizdə hələ də müdafiə mərhələlərini keçmədən hazır elmi nəticələri ortada olan tədqiqata görə elmi dərəcə vermə qaydası yoxdur) Roza xanımın əbədiyaşar xatirəsinə həm də sevgi abidəsi olaraq təkrar nəşr etdirib dilçilik elmimizə, cəmiyyətə, Zəngəzur camaatına ərməğan edib. Var ol, Karlı Kişi! Abbas müəllimin (və Roza xanımın) ailəsində onların adına layiq ləyaqətli diplomat, müəllim, alim övladları da bu Vətənin xidmətindədir.
2021-ci il oktyabrın 25-i Qubadlının yağı tapdağından qurtuluşunun 1-ci ili cənab Prezident, Ali Baş Komandan və Birinci vitse-prezidenti qarşılamaq üçün kiçik bir qrupla Qubadlıya gedirik, təbii ki, rayon ziyalıları adından ilk sözü də demək, xoş gəldin eləmək haqqı Abbas müəllimə verilir. Hər şey də əla olur.
Abbas müəllim belə Kişidir və bu Vətənin Abbas müəllim kimi qeyrətli kişi, alim, ziyalılara ehtiyacı çoxdur, çünki belə örnəklər çox azalıb. Doğum gününüz mübarək, bundan sonra da sizə sağlam, uzun, xeyirli ömür diləyirəm, əziz Abbas müəllim!

Hacı Nərimanoğlu,
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri
2-02-2023, 00:06
Avroviziya seçimləriylə bağlı ittihama cavab gəldi


Avroviziya seçimləriylə bağlı ittihama cavab gəldi

“Avroviziya 2023” Azərbaycan nümayəndə heyəti ittihamlara cavab verib. Nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova seçim mərhələsinə qatılmış bəzi ifaçıların şəxsi sosial səhifələrində son iki gün ərzində yaydıqları iddialarla bağlı açıqlama verib. Açıqlamada deyilir: “Əvvəla qeyd etmək istərdim ki, bu iddialara cavab verməyimizin əsas məqsədi final mərhələsinə seçilən ifaçılara qarşı hörmətsizliyə biganə qalmamaqdır. Seçilmiş 5 iştirakçı təqdim etdiyi musiqi və ifası sayəsində bu mərhələyə çatıb. Tam yanlış olaraq artıq qalibin seçildiyi iddia edilsə də, bildiririk ki, final mərhələsi məhz bu günlərdə keçirilir və bu prosesin gedişatı barədə məlumatların tezliklə ictimaiyyətə açıqlanması nəzərdə tutulur. Seçim prosesinə mənfi təsir etməyəcək bütün məlumatları yaxın günlərdə paylaşacaq, finalçıların adlarını açıqlayacağıq. Bir az səbirli olmağınızı xahiş edirəm”. " “Avroviziya 2023” Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov isə bildirib ki, builki Avroviziya təmsilçimiz hələ bəlli deyil: “Bu qərar verilməzdən öncə yerli və beynəlxalq musiqi aləmindən təcrübəli insanların rəyləri öyrəniləcək. Sağlam rəqabəti təmin etmək üçün bütün finalçıların mahnılarını bir neçə gün əvvəl eyni studiyada, eyni şəraitdə yazdırmışıq.”Nümayəndə heyətinin rəhbəri Vasif Məmmədovun sözlərinə görə, komanda üzvlərinin müsabiqəyə müraciət etmiş ifaçı və bəstəkarlarla tanışlığının seçim prosesinə heç bir təsiri yoxdur: “Eldar Qasımov və Ömər Əbdülkərimov illərdir musiqi sahəsində çalışırlar və onların bu sahədə həm dostları, həm yaxın həmkarları var. Bu, təbii bir haldır. Amma qeyd etməliyəm ki, Avroviziya heyətinin üzvlərindən heç biri müsabiqədə iştirak edən hər hansı ifaçının meneceri deyil və olmayıb. Böhtan xarakterli məlumatları yayanlara isə vaxtlarını və enerjilərini yaradıcılığa yönəldib, şöhrət qazanmağı arzu edirəm.”
1-02-2023, 23:26
Avroviziya seçimlərində haqsızlıq - Eldar Qasımov ittiham edildi


Avroviziya seçimlərində haqsızlıq - Eldar Qasımov ittiham edildi

Bu il Böyük Britaniyada keçiriləcək Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün nümayəndə seçimlərində haqsızlığa yol verildiyi iddia olunur. Seçimlərdə iştirak etmiş Rauf Kingsley ləqəbli ifaçı şəxsi instaqram hesabında bununla bağlı müraciət ünvanlayıb. Gənc müğənni iddia edir ki, münsiflər heyətinin üzvü Eldar Qasımov və onun meneceri Omar Abdulkarim müsabiqəyə qatılan sənətçilərin mahnılarını dəyərləndirməyib. Onun sözlərinə görə, müsabiqənin yekununda Omar Abdulkarimin meneceri olduğu "Mamagama" qrupu qalib seçilib. "Bir neçə gün əvvəl qrupu dağıdıb, xarici vətəndaş olan qrup üzvünü kənarlaşdırıb, bir gecə ilə qondarma qrup yaradaraq Avroviziyaya göndərməyi planlayıblar" - müğənni paylaşımında qeyd edib. İddiada adı hallanan "Mamagama" qrupunun üzvü Safael Mişiyev açıqlamasında müsabiqəyə hələ seçilmədiklərini, digər seçim iştirakçıları kimi gözlədiklərini bildirib: "Biz hələ heç yerə getməmişik, seçilməmişik, cavab gözləyirik. Kim seçiləcəksə, uğurlar olsun". S.Mişiyev təmsil etdiyi musiqi qrupunun dağıdılaraq, yenidən yaradılması ilə bağlı iddialara da cavab verib: "Roman xaricdə işləyir, işi atıb bura çox vaxt gələ bilmir. Qrup isə dağılmayıb". Müğənni Eldar Qasımov və Omar Abdulkarimlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Seçimləri təşkil edən İctimai televiziyadan isə deyilənlərin yalnış olduğu, iddialar barədə rəsmi açıqlama veriləcəyi bildirilib. Qeyd edək ki, ötən il müsabiqədə Ukrayna qələbə qazansa da, müharibə səbəbindən yarışın Britaniyada keçirilməsinə qərar verilib. Mayın 9-u və 11-də Avroviziya mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.


31-01-2023, 16:46
Avroviziya mahnı müsabiqəsinin loqo və şüarı açıqlandı


Avroviziya mahnı müsabiqəsinin loqo və şüarı açıqlandı

Bu il Britaniyanın Liverpul şəhərində keçiriləcək Avroviziya mahnı müsabiqəsinin loqo və şüarı açıqlanıb. Müsabiqənin loqosu ürəklərin birlikdə döyünməsini əks etdirir. "United by Music" müsabiqənin rəsmi şüarı olaraq seçilib. Qeyd edək ki, ötən il müsabiqədə Ukrayna qələbə qazansa da, müharibə səbəbindən yarışın Britaniyada keçirilməsinə qərar verilib. Hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda ilham mənbəyi kimi istifadə edilib. Xatırladaq ki, mayın 9-u və 11-də Avroviziya mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.


28-01-2023, 23:37
Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı


Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı

Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyadan çıxarılıb. Respublika Kino Agentliyinin Baş direktoru nazirliyin kollegiyasına daxil edilib.
28-01-2023, 17:40
Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı


Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı

Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyadan çıxarılıb. Respublika Kino Agentliyinin Baş direktoru nazirliyin kollegiyasına daxil edilib.
28-01-2023, 16:20
Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı


Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı

Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyadan çıxarılıb. Respublika Kino Agentliyinin Baş direktoru nazirliyin kollegiyasına daxil edilib.
19-01-2023, 17:05
20 Yanvar zamanı dənizçilərin şücaətinə həsr olunan filmin təqdimatı keçirildi


20 Yanvar zamanı dənizçilərin şücaətinə həsr olunan filmin təqdimatı keçirildi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 20 Yanvar faciəsi zamanı dənizçilərin göstərdiyi şücaət və birliyə həsr olunmuş “20 yanvarda doğulanlar” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib. Mərasim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin rəhbəri, millət vəkilləri, veteran dənizçilər, kino xadimləri və media nümayəndələrinin iştirakı ilə baş tutub. ASCO-nun sədri Rauf Vəliyev çıxış edərək 1990-cı ildə SSRİ ordusunun Bakıda törətdiyi cinayətlərin yalnız Azərbaycan xalqına deyil, ümumbəşəri dəyərlərə qarşı olduğunu bildirib. O, qeyd edib ki, o dövrdə nəinki hadisələrə siyasi qiymət verilməyib, əksinə, səbəbkarlar və günahkarların adları belə xalqa açıqlanmayıb. Yalnız Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. ASCO-nun sədri vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun sayəsində həm 20 Yanvar, həm də Qarabağ müharibəsi Şəhidlərinin qisası alınıb: “44 günlük Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi ilə başa çatdı, torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoyuldu, 30 illik həsrət bitdi və biz doğma yurd yerlərimizə qovuşduq. Bu Zəfərlə biz sonsuz qürur yaşadıq, ən əsası isə Şəhidlərimizin qisası alınmış oldu”. 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu deyən R.Vəliyev həmin günlərdə dənizçilərin böyük fədakarlıq nümayiş etdirdiyini bildirib: “Hadisələrdən 30 ildən çox vaxt keçsə də, hələ də dənizçilərin qəhrəmanlığından danışılır. Məhz, təqdimatına toplaşdığımız “20 yanvarda doğulanlar” bədii-sənədli film faciəni ilk dünya ictimaiyyətinə çatdıran, sovet imperiyasının törətdiyi qırğın və vəhşiliyin qarşısını almağa çalışan dənizçilərimizə həsr olunub. Bədii-sənədli filmin məqsədi 20 Yanvarda dənizdə yaşanan hadisələri, dənizçilərin göstərdiyi qəhrəmanlıqları geniş auditoriyaya çatdırmaq, bu tarixi gələcək nəslə doğru-düzgün ötürməkdir”. Sədr çıxışının sonunda ekran işinin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən yaradıcı heyətə təşəkkürünü bildirib. Sonra 20 Yanvar hadisələrinin canlı şahidi, veteran dənizçi Ağalar İbrahimov həmkarlarının şücaətindən iftixarla danışıb. O, bildirib ki, 20 Yanvar hadisələri zamanı xalqımızla həmrəy olan dənizçilərin göstərdiyi qəhrəmanlıqlar daim yüksək qiymətləndirilib. O, ASCO-nun təşəbbüsü ilə çəkilən bədii-sənədli filmin buna bariz nümunə olduğunu deyib və filmin çəkilməsində rolu olan hər kəsə minnətdarlığını bildirib. Ekran işinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov filmin istehsalat prosesindən danışıb, bildirib ki, ssenari tarixi araşdırmalar nəticəsində üzə çıxan arxiv sənədlər, şahidlərin və ekspertlərin söylədiyi faktlar əsasında hazırlanıb, filmin ssenarisinin yazılmasına, çəkilişlərinə ölkəmizlə yanaşı, xaricdən dəvət olunmuş görkəmli kino işçiləri cəlb edilib. E.Cəfərov 20 Yanvar hadisələrinə işıq salmaq, tariximizi qorumaq, dənizçilərin qəhrəmanlıqlarını gələcək nəslə çatdırmaq məqsədilə çəkilən filmə dəstək göstərdiyi üçün ASCO rəhbərliyinə təşəkkürünü bildirib. Çıxışlardan sonra “20 yanvarda doğulanlar” bədii- sənədli film nümayiş edilib. Təqdimat mərasimindən sonra qonaqlar 20 Yanvar hadisələrini özündə əks etdirən nadir fotolardan ibarət sərgiylə tanış olublar.
15-01-2023, 16:52
Gürcüstanın məşhur incəsənət nümayəndəsi vəfat etdi


Gürcüstanın məşhur incəsənət nümayəndəsi vəfat etdi

Məşhur gürcü müğənnisi və aktyoru Vaxtanq Kikabidze dünyasını dəyişib. Kikabidze uzun sürən xəstəlikdən sonra 84 yaşında vəfat edib. O, Gürcüstanın xalq artisti, eləcə də bir müddət parlamentin deputatı olub. Qeyd edək ki, V.Kikabidze 1938-ci ildə Tbilisdə anadan olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!