Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək .....                        Vaşinqtondan Azərbaycanla bağlı VACİB MESAJ .....                        Xameneinin iqamətgahı yaxınlığında atışma - ÖLƏNLƏR VAR .....                        Trampdan İrana hücum siqnalı .....                        Toliklə Elgizin verilişinin bağlanması təklifinə RƏSMİ REAKSİYA .....                        Azərbaycanda 900 kənddə qaz yoxdur .....                        Tramp 62 illik rekordu yenilədi .....                        Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                       
13-10-2022, 14:34

BAKIDA DEPUTATIN TƏŞƏBBÜSÜ İLƏ BEYNƏLXALQ KONFRANS BAŞLAYIB

Beynəlxalq konfrans “Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda keçirilir
Oktyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun təşəbbüsü və fəxri sədrliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Yıldız Texnik Universitesi, AETN İdarəetmə Sistemləri İnstitutu və Beynəlxalq Texniki Strateji İdarəetmə və İdarəçilər Dərnəyinin birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
BAKIDA DEPUTATIN TƏŞƏBBÜSÜ İLƏ BEYNƏLXALQ KONFRANS BAŞLAYIB

Tədbirin açılışında elm və təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, UNEC-in rektoru professor Ədalət Muradov, energetika nazirinin müavini Samir Vəliyev, bp-nin vitse prezidenti Bəxtiyar Aslanbəyli, Türkiyənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Prof.Dr. Lüftihak Alpkan, Beynəlxalq Liderlik, Texnologiya, Yenilik və İdarəetmə Konfransının sədri professor Cemal Zehir, digər dövlət rəsmiləri, elm və təhsil müəssisələrinin rəhbərləri, nümayəndələr iştirak ediblər.

Beynəlxalq konfransın açılışından öncə qonaqlar UNEC tələbələrinin əl işlərindən ibarət “Ekoloji” qida, “Yaşıl” kitab, “Yaşıl” geyim və moda, “Yaşıl texnologiya” adlı sərgini ziyarət ediblər, eləcə də Kitabxana İnformasiya Mərkəzinin fondunda olan “yaşıl” iqtisadiyyat və ekologiyadan bəhs edən kitablarla tanış olublar.

UNEC-in rektoru professor Ədalət Muradov Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinin Azərbaycan qarşısında duran ən mühüm vəzifələrdən birinin təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək olduğuna diqqət çəkərək, elm və təhsil müəssisələrinin üzərinə bu istiqamətdə mühüm vəzifələrin düşdüyünü deyib. 3 gün davam edəcək konfransda aparılacaq müzakirələrin və əldə olunacaq nəticələrin iqtisadi artıma, iqtisadi davamlılığının artırılmasına və beynəlxalq aləmdə mövcud mövqelərin daha da möhkəmləndirilməsinə mühüm təsir göstərəcəyindən əminliyini ifadə edib. Rektor 2030-cu ilədək “yaşıl universitet”ə keçidi hədəfləyən UNEC-də “yaşıl iqtisadiyyat”la bağlı görülən işlərdən də söz açıb. İlk dəfə olaraq, “yaşıl iqtisadiyyat” ixtisası üzrə magistratura proqramının hazırlanacağını vurğulayıb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qlobal iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, ətraf mühitə, eləcə də qlobal qida təhlükəsizliyinə, regional təhlükəsizlik sistemlərinə neqativ təsirlərindən söz açıb. Hazırda yaşıl iqtisadiyyata keçidin bütün dünyanı aktual çağırışlar qarşısında qoyduğunu bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev konfransın mövzusunun aktuallığına diqqət çəkərək, ölkədə texniki, texnoloji sahələr, xüsislə mühəndislik ixtisasları üzrə mütəxəssis hazırlığına marağın getdikcə artdığını diqqətə çatdırəb. Nazir elm və təhsil mərkəzlərində yaşıl iqtisadiyyat, ekoloji təmiz mühitlə bağlı tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqtisadiyyatın sürətli inkişafının ekoloji mühitə təsirindən söz açaraq, bu sahənin qlobal çağırışlar qarşısında qaldığını deyib. Nazir alternativ enerji vasitələrindən istifadənin genişləndirilməsi, təbii sərvətlərdən səmərəli istifadənin vacibliyindən bəhs edib. Eləcə də Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerjinin tətbiqi istiqamətində aparılan islahatlardan danışıb.

Energetika nazirinin müavini Samir Vəliyev bərpa olunan enerji mənbələrinin ölkənin inkişafında strateji prioritet kimi müəyyənləşdirdiyini bildirərək, ölkədə külək və günəş enerjisinin tətbiqi istiqamətində görülən işlər, həmçinin Azərbaycanın “yaşıl artım” ölkəsi, “yaşıl” enerjinin istehsalçısı və ixracatçısı kimi həyata keçirdiyi layihələrdən söz açıb.
Tədbirdə çıxış edən BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiyalar üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, millət vəkili Soltan Məmmədov, Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini professor Lütfihak Alpkan, ASELSAN-ın Korporativ idarəetmə üzrə vitse-prezidenti professor Hakan Karataş, Türkiyənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, konfransın həmsədri Prof.Dr. Cemal Zehir və digər çıxış edənlər “Yaşıl iqtisadiyyat” prinsipləri əsasında davamlı inkişafın təmin edilməsi, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatı və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi barədə fikirlərini bölüşüblər, konfransda əldə olunan nəticələrin bu istiqamətdə əhəmiyyətli olacağını deyiblər.
Sonra çıxış edən konfrans iştirakçılarına plaketlər təqdim olunub.
UNEC-in departament direktoru professor Zahid Məmmədovun moderatorluğu ilə keçirilən beynəlxalq konfrans öz işini dəyirmi masada iqtisadi siyasət, “yaşıl” iqtisadiyyat, “yaşıl” təhsil və “yaşıl” universitet, təbii ehtiyatların idarə edilməsi üzrə siyasət, davamlı inkişaf, iqtisadi, demoqrafik artımın ətraf mühitə təsiri, su resurslarından səmərəli istifadə, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, “yaşıl” texnologiyaların tətbiqi, “yaşıl” nəqliyyat vasitələrindən istifadə, “yaşıl” maliyyə, işğaldan azad edilmiş ərazilərin "yaşıl" iqtisadiyyat potensialı mövzularında müzakirələrlə davam etdirib.
Dəyirmi masadan sonra konfrans iştirakçılarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
Beynəlxalq konfrans oktyabrın 14-dək davam edəcək.
11-10-2022, 20:19
İki qurum arasında müqavilə imzalanıb

İki qurum arasında müqavilə imzalanıb

İki qurum arasında müqavilə imzalanıbQovlar Şəhər Bələdiyyəsi ilə Müvəkkil Hüquq Mərkəzi arasında müqavilə bağlanıb.
Bu barədə Butov.az-a Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib.

S.Vəkilov bildirib ki, Qovlar Şəhər Bələdiyyəsi ilə aramızda bağlanan müqaviləyə hüquqi xidmətlərin göstərilməsi, o cümlədən Azərbaycan Respublikası mərkəzi və yerli icra hakimiyyəti orqanlarında təmsilçilik, beynəlxalq əlaqələri qurulması daxildir.
Müqaviləni Qovlar Bələdiyyəsinin sədri Rövşən Əsgərov və “Müvəkkil Hüquq Mərkəzi” sədri Səməd Vəkilov imzalayıblar.

8-10-2022, 09:14
Qazinin “Şəhid”lik məqamı

Qazinin “Şəhid”lik məqamı

(Gözləri çıxarılmış, burun-qulaqları kəsilmiş, üzləri tanınmaz hala salınmışdır)

Ötən əsrin sonlarında İndi Ermənistan adlanan Qərbi Azərbaycanda soydaşlarımızı cənginə alan qan-qada Bilman Məmmədovun evinə də od-alovla gəldi. Daşnaksütyun quldurları gecənin birində onun Vedibasar mahalının (indiki Ararat rayonunun) Kiçik Vedi kəndindəki evinə od vurdular.
1988-ci ilin qanlı qırğınlarında Bilman Abbas oğlu Məmmədov da 100 minlərlə həmyerlisi kimi evsiz-eşiksiz qalıb Azərbaycana üz tutdu. Doğma yurdundan, yuvasından didərgin düşən köç karvanında Bilman Məmmədovun kiçik oğlu 16 yaşlı Şaiq də vardı. Gözlərində, yanan evlərindən qalxan alovla yola çıxan yeniyetmə hələ həyatın bu acı üzünü görməmişdi. Bütün ümidləri puç oldu, ata ocağında qurduğu xəyallar da kitab-dəftərlərinə qarışıb yandı. Ailəsi Şəmkir rayonunda məskunlaşdı. Şaiq isə yeni həyatına rayonun Təzəkənd kəndində başladı.


O, 1989-cu ildə Şəmkir rayonunun Təzəkənd kənd orta məktəbinin X sinfini əla qiymətlərlə bitirərək 1991-ci ilin may ayında keçmiş Sovet Ordusu sıralarına hərbi xidmətə yola düşdü. Həmin dövrdə Sovetlər İttifaqı dağıldığına görə, 1992-ci ilin aprel ayından xidmətini Azərbaycan Ordusu sıralarında davam etdirməli oldu. Bu o vaxtlar idi ki, erməni daşnakları artıq Xocalı soyqırımını törətmişdilər. Dişi qana batan haylar havadarlarının köməyilə kəndlərimizi viran qoyur, ərazilərimizi bir-bir işğal edir, hər gün cəbhədən acı xəbərlər ard-arda gəlməkdə davam edirdi. Gələn şəhidlər, evlərdən çıxan ana, bacı fəryadları Şaiqin az qala ruhunu bədənindən ayırırdı. Bəli “ot öz kökü üstə bitər” deyib atalar. Şaiqin atası Bilman Məmmədov da 1942-ci ildə 18 yaşı tamam olan kimi faşizmə qarşı vuruşan minlərlə azərbaycanlıdan biri idi.

İntiqam hissi Şaiqi rahat buraxmır, hər an cəbhəyə getmək, mənfur düşməndən qisas almaq arzusunda idi. Nəhayət o gün gəlib çatdı. 1992-ci ilin aprel ayında Şaiqin xidmət etdiyi hərbi hissəyə döyüş tapşırığı verildi. Vətənin müdafiəsinə qalxan bir çox igidlər kimi Şaiq Məmmədov da cəbhəyə yollandı. İlk döyüş yolu Ağdərə rayonundan başladı. Düşmən rus şovinist havadarlarının dəstəyi ilə rayonun əlverişli mövqelərini, hakim yüksəklikləri ələ keçirmək üçün əlindən gələni edirdi.
Özünün söylədiklərindən:

“Biz gecə ilə Ağdərə rayonunun Artunaqomer kəndinə gəldik. Döyüş tapşırığımız Qozlu dərəsindən keçən bir neçə kəndi birləşdirən yolu nəzarətə götürmək, düşmənin keçməsinə imkan verməmək idi. Silah, sursat və şəxsi heyətlə dolu 9 kamaz kəndin ətrafında yerləşməli idik. Bələdçimiz olmadığından ərazidə yerləşməyimiz xeyli zaman aldı. Buna baxmayaraq nə olursa olsun sabah açılanadək postlarda yerimizi tutmalı idik. Ətrafımız düşmən qüvvələri ilə dolu idi. Bölük komandirləri baş-leytenant Vüqar Əhmədov, baş-leytenant Aqil Tağıyev, baş-leytenant Əmir Yunusov, baş-leytenant Əlirza (soyadını unutmuşam), baş-leytenant Calal Carçıyev qarşıdakı adsız yüksəkliyə qalxaraq oradan yolu nəzarətə götürməyi qərarlaşdırdılar.

Biz sursat dolu sinklərlə üzü dağa hərəkətə başladıq. Yükümüz həddindən ziyadə ağır idi. Havanın çiskin yağışlı olması hərəkətimizi biraz da çətinləşdirirdi. Ərazi sıx meşəlik olması və təhlükəsizlik baxımından hər hansı işıq vasitəsindən istifadə etməməyimiz səbəbindən istiqaməti düzgün təyin etmək çox çətin idi. Düşmənə aşkar olunmamaq üçün hamıya yüksək səslə danışmamaq, zərurət olarsa pıçıldamaq tapşırılmışdı. Biz dağ yuxarı 1 saata kimi qalxdıq. Dağın zirvəsinə çatmışdıq ki, birdən qarşıdan açılan qəfil güllə bölüyün öndə gedən baş çavuşu İlqar Həsənovun başından dəydi. Bu zaman güclü döyüş başladı. Düşmən hər tərəfdən bizə atəş açır, güllə sanki yağış kimi yağırdı. Açılan güllələrdən qüvvələrimizin qeyri bərabər olduğu bəlli idi. Düşmən bizdən sayca qat-qat artıq idi. Lakin heç kəs geri çəkilmir əzmlə müqavimət göstərirdik.

Yaralıların sayı artınca onları təxliyə etmək məcburiyyətində qaldıq. Geri çəkilməyimizə baxmayaraq döyüş səngimək bilmirdi. Düşmən demək olar ki, bütün növ atıcı silahlardan istifadə edirdi. Biz çətinliklə olsa da aşağı endik. Aşağıda cəmləşəndə yaralı və şəhid olanlar xaric 7 nəfərin ümumiyyətlə aramızda olmadığı müəyyən olundu. Onların arasında Mehdiyev Ramiz, Sadıqov Ruslan, Məmmədov Natiq, Astaralı İsbəndiyar və başqaları var idi. Hava tam işıqlaşmışdı. İtkin düşən 7 nəfərin axtarışı mümkün deyildi. Düşmən snayperi buna imkan vermirdi. Havanın qaralmasını gözləmək məcburiyyətindəydik.

Hava qaralanda itkin düşənlərin axtarışı üçün meşəyə qayıtdıq. Təxminən 4-5 saat axtarışdan sonra onlardan 6 nəfərin ağacdan asılmış meyitlərini tapdıq. Tapılan 6 nəfərin meyitlərində ağır işgəncə izləri var idi. Onların gözləri çıxarılmış, burun və qulaqları kəsilmiş, üzləri tanınmaz hala salınmışdır. Biz onların kimliyini yalnız geyimlərindən müəyyən edə bildik. Onların arasında 1 nəfər Astaralı İsbəndiyar orda yox idi. Sonralar mən İsbəndiyarın oradan möcüzə şəklində yaralı olaraq sağ çıxdığını, Füzuli rayonuna gələndən sonra düşmən snayperindən şəhid olduğunu eşitdim.

Ertəsi gün şəhidləri yola salıb qüvvəmizi cəmləşdirib yenidən tapşırığın icrasına getdik. Lakin bu dəfə tam fərqli mənzərə ilə qarşılaşdıq. Düşmən qorxaraq geri çəkilmişdi. Biz rahatlıqla həmin postlara yerləşdik. Gecə saat 3-4 radələri idi. Çisginli duman yavaş-yavaş meşəni örtürdü. Müharibə zamanı bu vaxtlar ən təhlükəli vaxt hesab olunur.
Ara sıra atılan atəş səslərini çıxsaq bir sükut hökm sürürdü. Döyüşçülərin bəziləri silahlarını təmizləyir, bəziləri isə mürgüləyirdilər. Hava soyuq olduğundan yun papağımın qulaqlarını aşağı salmışdım. Birdən qulağıma erməni dilində səslər gəldi. Diqqətimi səs gələn istiqamətə yönəltdim. Döyüş yoldaşım Orxan Orucova dedim qarşı tərəfi gecə görüş cihazı ilə müşahidə etsin. Orxan turbinlə qarşı tərəfə baxaraq səksəkə içində “qardaş ermənilər gəlir” dedi. Bəli yanılmamışdım, qarşıdan çoxlu düşmən zəncirvari şəkildə dağ yuxarı dırmanırdı. Mən Orxana dedim ki, tez komandirləri xəbərdar et. Özüm isə döyüş yoldaşlarımı xəbərdar etməyə başladım. Düşmənin gəlmə xəbərini alan kimi postlarda hərə öz yerlərini tutdu. Biz düşməni tam yaxına buraxdıq və qəfil atəşlə qarşıladıq.

Meydan yenidən qan gölünə döndü. Təxminən 2-3 saat döyüş getdi. Sonra düşmənin atəşi azalmağa başladı və tamamilə kəsildi. Hava işıqlaşanadək hər kəs gözünü belə qırpmadan irəliyə baxırdı. Hava işıqlananda postların qarşısındakı mənzərə hamını şoka salmışdı. Səngərin qarşısı 60 nəfərdən çox qarışıq erməni, rus və bir neçə qaradərili meyitlərlə dolu idi. Döyüşdən canlarını qurtaran dığalar yerdə qalan meyitlərini belə götürməmişdilər”.
Yağı düşmən bütün cəbhə boyu hücuma keçir, qarşısına çıxan şəhər və kəndlərimizi yandırıb viran qoyurdu. O vaxtlar Füzuli rayonu da od alov içində yanırdı. 1992-ci ilin sentyabrında Şaiq Məmmədovun xidmət etdiyi batalyon Ağdərə rayonundan Füzuli rayonuna ezam olunur. Batalyonun döyüş tapşırığı Yuxarı Dilağarda kəndinin Qacar kəndi istiqamətində yerləşən Peykanlı təpəliyini müdafiə etmək idi. Peykanlı təpəliyi çox yüksək olmasada, hakim mövqe olduğundan ora erməni qüvvələri tərəfindən bir neçə dəfə alınmış, lakin sonradan ordumuz tərəfindən geri qaytarılmışdır. Şaiq Məmmədovun olduğu bölük Peykanlı təpəliyində mövqe tutur. Düşmən bir neçə dəfə Peykanlını almağa cəhd etsədə cəhdi boşa çıxır. Nəhayət 1992-ci il oktyabrın 13-ü saat 16-17:00 radələrində Peykanlı ilə üzbəüz ara məsafəsi təxminən 500 metr məsafədə yerləşən “tək ağac” adlanan düşmən postunun arxa tərəfinə düşmənin ağır zirehli texnikası cəmləşməyə başlayır. Düşmən öz postuna 12 ədəddən çox müxtəlif zirehli texnika cəmləşdirir. Bunu görən baş-leytenant Aqil Tağıyev düşmənin hücuma keçmək niyyətini başa düşərək rabitə vasitəsi ilə artilleriya qüvvələrimizə düşmənin texnikasını məhv etmək üçün koordinat verir. Atılan sərrast atəşlər düşmənin bir neçə zirehli texnikasını sıradan çıxarır. Düşmən qalan ağır texnikası və 3-4 qat artıq canlı qüvvə ilə Peykanlıya hücuma keçir. Yenə ölüm dirim savaşı başlayır. Şaiq Məmmədov və yanında olan silah yoldaşları Əmir Yunusov, Qabil Quliyev, Rəşad Əliyev, Orxan Orucov, İdris Allahverdiyev, Zaur Paşayev, Süleyman Abdullayev, Rasət Tağıyev, Aşıq ləqəbli Akif İmanov, Qax rayonundan olan Mamed, Laçın, Tərlan, Oğuzlu Sücayət, İntiqam, Arif və bir çox başqa döyüşçülər düşmənin hücumunu layiqli atəş zərbəsi ilə qarşılayır. Qeyri bərabər olan qüvvələrin döyüşü başlayır. Birdən ermənilərin yağdırdığı minomyot zərbəsinin biri Şaiq Məmmədovun yerləşdiyi səngərin yanına düşür. Əynində qoruyucu jileti, başında kaskası olmasına baxmayaraq, o çoxsaylı qəlpə yarası alır.

Bölük komandiri Aqil Tağıyev və Orxan Orucovun köməkliyi ilə onu səngərdən çıxarıb ölümcül yaralıların arasında, al qan içində Qaraxanbəylidəki səhra hospitalına çatdırırlar. İlkin tibbi yardım göstərildikdən sonra həkimlər ertəsi gün vəziyyəti çox ağır olanları vertolyotla Bakıya göndərmək qərarına gəlir. İçərisi ağzınadək yaralı ilə dolu olan 3 vertolyot Bakıya doğru istiqamət alır. Bu zaman Bakıda yerləşən hospital və xəstəxanalarda yaralı əlindən yer olmadığı üçün pilotlara yaralıların həyatını xilas etmək məqsədilə, istənilən bir rayona eniş etmələri barədə göstəriş verilir. Vertolyot Əlibayramlı (indiki Şirvan) şəhərində futbol meydançasına eniş edir. Rayona yaralı əsgərlərin gətirildiyini eşidən yerli camaat stadiona axışaraq təcili yardım maşınlarını gözləmədən yaralıları xərəklərdə, çiyinlərində qaçıraraq xəstəxanaya çatdırırlar. Şaiq ayılanda özünü tanımadığı bir yerdə, sarğı içində itib batan yaralıların arasında görür.
Özünün xatırladıqlarından:

“Mərmi yanıma düşəndə dəhşətli partlayışın həm qəlpəsi, həmdə dalğası məni bir neçə metr kənara atdı. Arxası üstə yerə düşəndə zərbənin təsirindən nəfəsim kəsildi. Mənə elə gəldi ki şəhid olmuşam. Qulaqlarım heç nə eşitmir, dünya başıma fırlanırdı. Nə qədər çalışsamda ayağa qalxmağım mümkün olmadı. Başımdan axan qan gözlərimə dolur, görməyimə çətinlik yaradırdı. Kaskanı çətinliklə başımdan çıxartdım. Bədənimin müxtəlif hissələrindən axan qan yavaş-yavaş paltarımı isladırdı. Başım sanki bədənimdə deyildi. Özümdən asılı olmayaraq irəliyə doğru sürünməyə başladım. Hansı istiqamətə süründüyümü və nə edəcəyimi bilmirdim. Bədənim soyuduqca yaraların yeri dəhşətli ağrımağa başlamışdı. Huşumu itirmək üzrə idim ki, birdən kimsə məni qucaqlayaraq sürüməyə başladı. Başımı qaldıranda döyüş yoldaşım Abdullayev Süleymanı başımın üstündə gördüm. Süleyman məni bir qədər daşıyandan sonra qəfil dayandı və qolları boşaldı. Məni saxlamağa taqəti qalmadığı üçün yerə düşdüm və o yanımda dizləri üstə çökdü. Əynindəki kitelin qarın nahiyəsi islanmağa başladı. Mən artıq onun da vurulduğunu bildim. Süleyman yerdə hərəkətsiz qaldığı üçün mən onun artıq şəhid olduğunu düşündüm. Huşumu nə vaxt itirdiyimdən xəbərim olmayıb. Onda Aqil Tağıyevlə Orxan Orucov köməyimizə çatıb. İkimizi də döyüş zonasından çıxararaq hospitala göndəriblər.
Huşum özümə gələndə gördüm tanımadığım yerdə və bütün bədənim sarğı içərisindədir. Sağım-solum, bədənlərinin müxtəlif hissələri qanlı sarğılarla bürünmüş yaralılarla doludur. Bədənim ağrıkəsici iynələrin təsirindən elə keyləşmişdi ki, heç nə hiss etmirdim. Mənə bir anlıq elə gəldi ki, ayaqlarım yerində yoxdur. Sək-səkə içində düşünürdüm ki, düşmən bizi əsir götürüb. Ağdərədə əsir götürülərək işgəncə verilən döyüş yoldaşlarım gəldi gözümün önünə. Başımın üstündə duran tibb bacısı ayıldığımı görüb mənə nə isə dedi. Qulaqlarım elə batmışdı ki, nə dediyini başa düşmədim. Çətinliklə də olsa qulağımı göstərib eşitmədiyimi işarə etdim. Bu zaman tibb bacısı əlində olan kağıza nə isə yazanda yenə məni şübhə bürüdü. Düşündüm ki, əsirlikdəyəm, yəqin kimliyimi müəyyənləşdirirlər. Tibb bacısı kağıza nə isə yazır lakin göz yaşlarına hakim ola bilmirdi. Onun axıtdığı göz yaşlarından mən artıq əsirlikdə olmadığıma tam əmin oldum. O kağızı mənə göstərəndə sevincdən mənim də gözlərim doldu. Kağızda bu sözlər yazılmışdı “Şaiq bacı qurban mənəm Həcər. İsrafil kirvənin qızı”.
Sən demə bu mənim kirvəmin qızı Həcər imiş. Uşaq vaxtı eşitmişdim ki, Həcər Əlibayramlıya gəlin köçüb. Təsadüfən bu xəstəxanada işləyirmiş. Axşam yaralıların xəstəlik tarixinə baxanda Məmmədov Şaiq Bilman oğlunun adı diqqətini çəkir. Amma ağlına gətirmir ki, bu bizim kirvə Şaiq olar. Soraqlayıb palatamı tapır...
...Yadıma gəlir ki, Həcər gəlin köçəndə mən uşaq idim. Aradan uzun illər keçmişdi. Bu zaman ərzində mən həm böyüyüb dəyişmişdim, həm də hazırda yaralı və sarğıda idim. Məni necə tanıdı bilmirəm. Amma onun mənə görə necə göz yaşı axıtdığı hələ də xatirimdədir....
Xəstəxanada bizə çox diqqət göstərdilər. Münasibət səmimi, doğma idi. Həkimlərin, tibb bacılarının biri gedir, digəri gəlirdi. Heç kimə fərq qoymadan sarğımızı tez-tez dəyişirdilər. Yaralıları, əli tutmayanları tək-tək yedirtməyə çalışırdılar. Ordakı qayğı, həkimlərin fədakarlığı, tibb bacılarının şəfqəti sayəsində mən də həyatda qaldım. Sağ olsunlar yaşatdılar məni. Həm beynim silkələnmişdi, həm də bədənimə xeyli qəlpə girmişdi”...
Şaiq hospitaldan müalicə olunub çıxdıqdan sonra 1993-cü ilin avqustunda ordu sıralarından tərxis olunur. Elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai hərbi və fiziki hazırlıq” fakültəsinə daxil olur. 1997-ci ildə həmin təhsil müəssisəsini bitirir. Müdafiə nazirinin əmri ilə ona leytenant hərbi rütbəsi verilir. Şaiq Məmmədov ali məktəbi bitirdikdən sonra orduda zabit kimi xidmətə başlayır. Onun təyinatı yenidən cəbhə bölgəsinə “N” nömrəli hərbi hissəyə verilir. Bir müddətdən sonra özünü müsbət tərəfdən göstərən Şaiq Məmmədovun yuxarı komandanlığın qərarı ilə Gəncə şəhərinə “N” nömrəli hərbi hissəyə köçürülməsinə qərar verilir.

Şaiq Məmmədovun savadı, fiziki hazırlığı və düşmənin dilini mükəmməl bilməsi komandanlığın gözündən yayınmır. Onu kəşfiyyat bölüyünə tağım komandiri, sonra isə bölük komandiri vəzifəsinə təyin edirlər. O, kəşfiyyat bölüyündə xidmət etdiyi zaman düşmən arxasında döyüş tapşırığı yerinə yetirdiyinə və nümunəvi xidmətinə görə dəfələrlə komandanlıq tərəfindən təltif olunaraq kapitan rütbəsinə kimi yüksəlir. Şaiq Məmmədovun xidmət zamanı əldə etdiyi nailiyyətlər yuxarı komandanlıq tərəfindən rəğbətləndirilərək, onun daha məsuliyyətli hərbi hissədə (Xüsusi Təyinatlı Qüvvələrdə) xidmət etməsinə qərar verilir. Beləliklə Şaiq Məmmədov Xüsusi Təyinatlı Qüvvələrdə müxtəlif vəzifələrdə xidmətini davam etdirir. Qısa zaman ərzində komandanlığın və şəxsi heyətin rəğbətini qazanan Şaiq növbəti mayor hərbi rütbəsini alır. Şaiq Xüsusi Təyinatlı Qüvvələrdə xidməti zamanı şəxsi heyətə düşmən dilini tədris edir. Ekstremal hallarda düşmənlə qarşılaşma zamanı vəziyyətdən çıxış yollarını öyrədir.

Şaiq Məmmədovun sayəsində Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin böyük hissəsi düşmən dilində danışma, yazma və oxuma imkanı əldə edir. 44 günlük Vətən müharibəsində əldə olunan zəfərdə Şaiq Məmmədovun payı çoxdur. Belə ki, Vətən müharibəsində Şaiq Məmmədovun yetirmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin baş giziri “Vətən müharibəsinin qəhrəmanı” şəhid Camal İsmayılov döyüş zamanı düşmənin şəxsi heyətlə dolu avtomobil karvanını rabitə ilə erməni dilində danışaraq Xüsusi Təyinatlı qrupun qurduğu pusqu istiqamətinə yönəldir və qrup düşməni pusquya salaraq 30 nəfərdən çox şəxsi heyətini, və silah- sursatla dolu 10 avtomobilini tamamilə məhv edir.
2010-cu ilin avqustundan Şaiq Məmmədovun, döyüşdə aldığı xəsarətlərlə əlaqədar olaraq, xidmət istiqaməti dəyişir. O, müdafiə nazirinin əmri ilə Ağcabədi rayon hərbi komissarı vəzifəsinə təyin olunur. Azərbaycan Respublikası Prezidentinin 13 Fevral 2012-ci il tarixli Fərmanına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi komissarlıqlar ləğv edilərək, onların bazasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarandıqdan sonra Şaiq Məmmədov Xidmətin Füzuli, Şəmkir rayonlarının şöbə rəisi vəzifəsində xidmət edir.
Özünün söylədiklərindən:

“1992-ci ildən çox keçməsinə baxmayaraq hər döyüşdən söz düşəndə yanımda şəhid olanları və sağ qalan döyüş yoldaşlarımı xatırlayıram. Lakin məni xilas edərkən vurulan Süleymandan dəqiq xəbərim yox idi. Ağcabədi rayon hərbi komissarı işlədiyim dövrdə Bakı şəhərinə rayon komissarlarının iclasına toplaşmışdıq. İclasdan sonra Qax rayon hərbi komissarı Səftər müəllimdən Qaxın Qum kəndindən olan döyüş yoldaşım Süleyman Abdullayev barəsində mənə məlumat əldə etməsini xahiş etdim. İki gündən sonra Səftər müəllim zəng edərək Abdullayev Süleyman adlı bir nəfəri tapdığını bildirdi. Sonra Süleymanın telefon nömrəsini mənə verdi. Yay vaxtı idi. Axşamüstü rayon muğam mərkəzində o vaxtlar Ağcabədi rayonunun polis rəisi olan Şamil müəllim Seyidli ilə çay içirdik. Mən Şamil müəllimə bu hadisə barədə danışdıqdan sonra o eşitdiklərindən heyrətlənərək təkidlə elə indi Süleymanı yığ dedi. Mən sabah işdən yığaram deyə Şamil müəllimi oyalamaq istədim. Lakin o eşitdiklərindən o qədər təsirlənmişdi ki, inadından əl çəkməyərək, yox Süleymanı yığ deyə israr etdi. Zəng etdim. Telefon bir neçə dəfə çağırdıqdan sonra dəstəyi bir nəfər açdı. “Salam Süleyman” dedim. Dəstəyi qaldıran adam şirin bir ləhcə ilə “aleykum salam” dedi. Süleymanla danışığımızı Şamil müəllimin də dinləməsi üçün telefonu səs ucaldan rejimə qoymuşdum. Mən “Süleyman səni narahat edən Məmmədov Şaiqdir”,- deyə dilləndim. O tərəddüdlə “Məmmədov Şaiq kimdir?”,- deyə soruşdu.

- “Sənin döyüş yoldaşın. 1992-ci ildə səninlə birgə döyüşdə olan Şaiq Məmmədov” deyə əlavə etdim. Mən artıq Süleymanı səsindən tanımışdım. Amma gözlərimin qarşısında al qan içində səssiz uzanan insanın indi mənimlə danışdığına inana bilmirdim. Bəli, bu Süleyman idi. Telefonun o başından gələn səs hər ikimizi, Şamil müəllimi də, məni də qəhərləndirdi.
-“Qardaş mən bilmirəm sən kimsən, amma ölülərin ruhu ilə oynamazlar. Şaiq mənim qucağımda, gözlərimin önündə şəhid oldu”,- deyə Süleyman dilləndi. Mən təkidlə, “Süleyman mən sağam. Şəhid olmamışam, Allah mənə o xoşbəxtliyi nəsib etmədi. Mən də səni şəhid olan bilirdim” dedim. Süleyman mənə “Əgər sən həqiqətən Şaiqsənsə o vaxtlar bizimlə orda kimlər olub onları say” dedi. Döyüş yoldaşlarımızdan bir neçəsinin adını çəkməyimə baxmayaraq, yenə də onu inandıra bilmədim. Süleyman “Mən səni öz gözlərimlə görməsəm inanmaram”, dedi. Beləliklə mən vədələşərək ertəsi gün Qax rayonuna getdim.
20 il xəyallarda yaşayan iki canlı “şəhid”in görüşü çox təsirli mənzərə idi. Ətrafdakılar göz yaşlarına hakim ola bilmirdi”....
Şaiq Məmmədovun vətənpərvərliyi, nizam-intizamı və xidmətə münasibəti xidmət etdiyi qurumun rəhbərliyinin diqqətindən yayınmadı. Xidmət rəisi general-polkovnik Arzu Rəhimovun təqdimatı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Hərbi Xidmətlərə görə” medalı ilə, təltif olundu. Xidmətin rəhbərliyi bilik və bacarığını artırmaq üçün Şaiq Məmmədovu 2018-ci ildə Müdafiə Nazirliyinin Hərbi Akademiyasının nəzdində “Strateji Araşdırmalar və Dövlətin Müdafiəsinin İdarə edilməsi Akademik Kursu”na göndərdi. O, kursu “kurs birincisi” olaraq başa vurdu.

Nə qədər uğur qazansa belə, polkovnik Şaiq Məmmədovun gözlərində yalnız o qanlı-qadalı illərin döyüş səhnələri, qulaqlarında od-ocağından didərgin salınanların ah-naləsi, yaddaşında isə qolları arasında can verən şəhid qardaşlarının sızlayan yaraları canlanırdı. Fikri-zikri torpaqlarımızın işğaldan azad edilməsi, düşməndən intiqamımızın alınması idi. Elə bizimlə müsahibəsindəki çıxışında da həmin fikirləri ifadə elədi:
“Ali Baş Komandanımızın bir əmri ilə hamımız səfərbər olmağa hazırıq. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşən igidlərimizin hamısı qəlbimizdədir. Mən bir zabit olaraq bildirirəm ki, çox güclü ordumuz var. Bu, Ali Baş komandan İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinə verdiyi önəmin, göstərdiyi diqqət və qayğının nəticəsidir. 2016-cı ilin Aprel döyüşlərində rayonlarımızın birində hərbi komissar idim. Komissarlığın qarşısında elə bir izdiham yaranmışdı ki, o əzəməti sözlə ifadə etmək çox çətindir. Heç bir çağırış, dəvət olmadan o qədər insanın səfərbər olması adamda qürur hissi doğururdu. Onların içində hər yaşda vətəndaşımız var idi. Mən onda bir daha əmin oldum ki, Azərbaycan vətəndaşında vətənpərvərlik ruhu ölməyib, əksinə daha da yüksəlib, inkişaf edib, qələbə əzmi artıb. İnanıram ki, Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızın qalan hissəsi də tezliklə işğaldan azad ediləcək, qələbəmizi sizlərlə birlikdə yenidən qeyd edəcəyik.”
Bəli, polkovnikin arzusu çin oldu. 27 sentyabr 2020-ci il səhər saat 06:00-da təmas xətti boyunca döyüşlər başladı. Azərbaycan Ordusu düşmən təxribatının qarşısını almaq məqsədilə əks hücuma keçdi. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edildi. Beləcə polkovnik Məmmədov üçün də 44 günlük müharibənin həyəcanları, yuxusuz gecələri başladı. 44 gün gecə-gündüz demədən öz vəzifəsini var gücü ilə yerinə yetirməyə çalışdı. Müdafiə Nazirliyindən şəxsi heyət və texnika ilə bağlı daxil olan sifarişlərin vaxtında və mütəşəkkil qaydada təmin olunması, gündəlik 10-larla gələn şəhidlərin dəfninin təşkili, qeydiyyatının aparılması, hər rayonun bir zənginə cavab verməyin zaman ölçüsü, stresləri və s:

“Cəbhənin hansı hissəsinə ehtiyat qüvvə lazım olurdusa gecə ilə yığıb göndərirdik. Şükür Allaha, öhdəsindən gəldik. Qələbə qazandıq. Çətin sınaqdan üzü ağ çıxdıq”.
Vətən müharibəsinin zəfərlə başa çatmasında polkovnik Şaiq Məmmədovun danılmaz zəhmətini görən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev onu 15 dekabr 2020-ci il tarixdə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi.
Xidməti fəaliyyətini daim təkmilləşdirmək, bilik və bacarıqlarını artırmaq üzərində daim çalışan Şaiq Məmmədov 2021-ci il tarixdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilmiş “Milli təhlükəsizlik” kursunu uğurla bitirib.
P.S. Şaiq Məmmədov hazırda polkovnik rütbəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Səfərbərlik hazırlığı və Səfəfərbərlik baş idarəsi rəisinin müavini- Səfərbərlik idarəsinin rəisi vəzifəsində xidmətini davam etdirir.

Bax beləcə, 50 illik yubileyinə təbrik yazdığım Şaiq Məmmədov silahdaşlarının yaddaşında həm də bir Şəhid taleyi yaşayıb. Şəhidliyin şərbətini dadıb. Elə ona görə də Şaiq Məmmədov Şəhid ailələrinə, qazilərə çox həssaslıqla yanaşır. Düyünə salınmış həlli mümkün problemləri öz şəxsi əlaqələrindən, Dövlət rəsmiləri ilə münasibətlərindən istifadə edərək qısa zamanda həll edir.
Biz də ona xeyirxah işlərində, vətənə xidmətində uğurlar arzulayırıq.


Tamxil Ziyəddinoğlu
Hərbi Jurnalistlər Birliyinin sədri
5-10-2022, 07:37

İslam rejimini gözləyən tale...
İslam rejimini gözləyən tale...

Vidadi Mustafayev:


MƏHƏMMƏD RZA ŞAH PƏHLƏVİ VƏ INQILAB RƏHBƏRI SEYID ƏLI XAMENEİ
İranda 10 gündən çox davam etmiş son etiraz və iğtişaşların səbəbləri haqqında ölkənin ictimai-siyasi fikrində iki yanaşma mövcuddur. Ekspert kimi çıxış edən və obyektiv mövqe sərgiləyən ictimai elmlər sahəsinin alimləri hadisələrin səbəbini cəmiyyətdə mövcud olan, həll edilməyən və daim yığılıb artan daxili siyasi, iqtisadi, sosial və mədəni problemlərdə görür, onların həll edilməsinin vacibliyni vurğulayır və xəbərdarlıq edirlər ki, əks təqdirdə etiraz və iğtişaşlar paralel olaraq daim artacaq, necə ki, hər bir kəs neçə ildir dalbadal bunun şahidi olur.
Hakimiyyətdə bilavasitə iştirak edən və ya orada status əldə etmək istəyən ideoloqlar hazırda monopol hakimyyətə sahib olan və mühafizəkar adlanan qüvvələrin mövqeyini əks etdirərək etiraz və iğtişaşların səbəbini xaricdə-Amerikada, İsraildə, Səudiyyə Ərəbistanında və onların iranlı xarici və daxili əlaltıları adlandırdıqları münafiqlər, şahpərəstlər/monarxistlər, separatistlərdə axtarırlar.
11 mehr 1401/3 oktyabr 2022-ci il tarixində Ali Hərbi məktəblərin birində buraxılış mərasimində çıxış edən İnqilab Rəhbəri sonuncu mövqeyi detallı şəkildə təkrar etdi. Etiraz və iğtişaşarın xaricilərin işi olduğunu vurğuladı. Burada 1978-79-cu illər inqilabının gedişində şah mediasının hadisələrə münasibəti yada düşür. Şah rejiminin kütləvi informasiya vasitələri nəinki etiraz və iğtişaşların səbəbəni xaricilərdə görür, hətta küçələrə çıxan minlərlə, on minlərlə insanı da xaricilər adlandırırdı. Şah rejimi xalqın şahpərəst olduğunu və etirazçıların xaricilər olduğunu deyə-deyə hakimyyətdən əl çəkməli odu.
İNDI İNQILAB RƏHBƏRI VƏ ONU ƏHATƏ EDƏN QÜVVƏLƏR DƏ XALQIN İSLAM REJIMINƏ, RƏHBƏRƏ SADIQ OLDUĞUNU VƏ ETIRAZ VƏ IĞTIŞAŞLARIN XARICILƏRIN IŞI OLDUĞUNU DEYƏ-DEYƏ HƏMIN YOLU GEDIR.
5-10-2022, 06:34
CƏBRAYILSIZ YURD HƏSRƏTİM...


VAQİF RÜSTƏMOV

CƏBRAYILSIZ YURD HƏSRƏTİM...
(elegiya)

Müharibə! Müharibə bəşər cəmiyyətinin fəlakətinə çevrilmiş qorxunc kabusdur! İnsanın insan tərəfindən məhvi! Vəhşət doğuran milyonlarla insanın qətliamı! Elindən, obasından didərgin düşmüş, aclıq və səfalətlə üzləşən məhrumiyyətli insanlar. Bütün bunlar insanın insan üzərində tətbiq etdiyi ölüm aktlarıdır!
Bəşər cəmiyyətinin yaranışından dövrümüzə qədər baş verən müharibələr haqqında dəqiq məlumatlar yoxdur. Ancaq onu bilirəm ki, ötən əsrin 30-cu illərində Avropada Hitler faşizminin dünyanı lərzəyə salan vəhşətli ideyası ikinci dünya müharibəsi adı altında 60 milyon insanın ölümünə səbəb olmuşdur. Və bir o qədər də insan yurdsuz, didərgin qalmışdır.
Fəlakətli dünya müharibəsi xalqlar dostluğunu stimul seçən SSRİ dövlətini də öz caynağına almışdır!
Sovet dönəmində tarixdə Böyük Vətən Müharibəsi adı altında xalqların övladlarını zorən bu müharibənin ön və arxa cəbhəsinə sürükləyib səfərbər edilənlər içərisində Azərbaycan məmləkətinin də 650000 nəfər dinc sakini vardı. Amansız müharibədə döyüşən həmyerlilərimizin əksəri həlak olmuş və digərləri şikəst vəziyyətdə tərxis olunub evlərinə qayıtmışlar. Və böyük bir isminin isə namə-lum adı altında tarixdən silindiyini heç vaxt unutmaq olmaz!..
Müharibə sovet ittifaqının varlığına son qoymaq iddiası ilə başlanılmışdır. Ölüm saçan döyüşlərə cəlb edilmiş Azərbaycan güclü dövlət, cəsur xalq kimi tarixdə öz imzasını atmış, qəhramanlıq səlnaməsi yazmışdır. Yeraltı, yerüstü resrusları və uşaqdan-böyüyə hamılıqla cəbhəni təmin edən bu qədim diyarın əhalisinin müharibənin taleyində xidmətləri danılmazdır. Əfsuslar olsun ki, Azərbaycanın paytaxtı Bakı şəhəri bu günədək hələ də qəhraman şəhər statusunu almamışdır.
Dünya tarixşünaslığında müharibədə qələbə əzminin meyarı sayılan Azərbaycan dövlətinin ön və arxa cəbhədə iştirakı xüsusi qeyd edilir. Müharibənin ik illərində döyüşə göndərilən həmyerlilərimiz başdan-başa silahlanmış güclü faşist ordusu ilə üzləşməli olmuşlar. Faşist hərbi strategiyasının güclü qüvvələrinin qurbanına çevrilmiş yüz minlərlə sovet əsgəri ilk aylarda da təslim edilərək alman əsir düşərgələrinə göndə- rilirdi.
Əsirlər içərisində sovet məkanından olan müxtəlif xalqların nümayəndələri yaxşı bilirdilər ki, geriyə yol, qayıdış yoxdur! Geriyə qayıdanlar ya Sibir meşələrinin katorqalarında əzablı işgəncələrə məruz qalıb məv ediləcək, ya da vətən xaini damğası vurulub amansızlıqla güllələnəcəklər.
Əsir düşərgələrində milyonlardan biri kimi əzablı işgəncələrlə üzləşən gənc zabit, əslən Cəbrayıl rayonunun Daşkəsən kəndindən olan İsmayılov Səxavət Abı oğlu da belə bir fəlakətin gözləntisini yaxşı bilirdi...!
Unutmayaq! Unudulmayaq!
Acı taleyi ilə hər zaman barışan Səxavət bəy, məhrumiyyətli anlarda da dözüm, səbir, təmkin nümayiş etdirib əsirlikdən tezliklə xilas olmaq haqqında düşünürdü. Hər an ötən günlərin acılı-ağrılı xatirələrini yada salan qəhramanımız doğma
yurdunda, Daşkəsən kəndində bolşevizmin tüğyan etdiyi repressiv qaydaları, qondarma kolxoz quruculuğunun acı fəsadlarını və heç bir günahı olmadan həbs edilən neçə-neçə repressiya qurbanlarının taleyini yada salır qəlbən acıyırdı.
Uşaqlıq illərindən müəllim olmaq arzusu ilə Daşkəsən kəndində 7 illik təhsil alan, sonra Cəbrayıl rayonunda Maksim Qorki adına orta məktəbdə davam etdirib əla qiymətlərlə qurtaran Səxavət Azərbaycan Dövlət Universitetində tarix fakültəsinin məzunu olur. O, ali təhsil aldıqdan sonra təyinatla Cəbrayıl rayonuna göndərilir və oxuduğu məktəbdə öz ixtisası üzrə müəllim işləyir. Çox keçmir ki, müəllim kollektivinin göstərdiyi etimadını doğruldaraq işlədiyi məktəbin direktoru kimi fəaliyyətini davam etdirir.
İkinci dünya müharibəsi illərində alman - faşist ordusunun SSRİ məkanına hücumu ilə yerlərdə cəbhəyə kütləvi səfər- bərlik başlanır. Ağır günlərdə Azərbaycanın bütün bölgələrində, eləcə də Cəbrayıl rayonunda, o cümlədən Maksim Qorki adına orta məktəbdə də kişi müəllimləri cəbhəyə çağrılır. Səxavət müəllim səfərbərlikdən müvəqqəti azad olsa da (bronlu mütəxəsis kimi), müəllim yoldaşlarının elliklə cəbhəyə göndərilmə-sindən narahat hisslər keçirir. Və hərbi komissarlığa gedib ön cəbhəyə, döyüşə göndərilməsini tələb edir. Nəhayət onun tələbləri qəbul edilir, könüllü surətdə cəbhə-yə yollanır.
Cəbhə yollarında...
Gürcüstanda yüksək çinli zabit heyətində hərbi təlim keçib Rusiyada, Ukrayinada sovet qoşun bölməsində döyüşən Səxavət İsmayılovun xidmət etdiyi hərbi hissə alman ordusu tərəfindən mühasirəyə alınır, bütün heyət əsir düşür. Əsir düşərgələrində işgəncə, ağır fiziki işlər, aclıqla üzləşən Səxavət müəllim zabit kimi əsir yoldaşları ilə birlikdə qurtulmaq üçün yollar arayır, planlı şəkildə əməliyyat hazırlayaraq gizli təşkilatlanmada fəaliyyət göstərir. Böyük bir dəstə ilə, xüsusən də azərbaycanlılardan ibarət əsirlərlə birlikdə düşərgədən qaçmağa nail olur. Avropanın bir çox dövlətlərində - Rumıniya, Çexoslova- kiya, İsveç, Norveç və başqa ölkələrdə ağır, fiziki işlərlə məşqul olur.
Səxavətin ən böyük istəyi qardaş Türkiyə dövlətinə keçmək idi. O yaxşı bilirdi
ki, geriyə, vətənə yolu bağlıdır. Geri qayıdarsa, xalq düşməni kimi dərhal güllələnəcək, ya da həbs edilib Sibir meşələrində sürgünə göndərilib məhv ediləcəkdir. Sözsüz ki, Avropa ölkələrindən fərqli olaraq sovetlər ölkəsi əsir düşənləri qəbul etmirdi. Və bir gün Səxavətin Türkiyəyə keçmək istəyi həqiqətə çevrilir. O, əsir yoldaşları ilə Türkiyəyə gəlir, iş adamı kimi qısa zaman kəsiyində fəaliyyət göstərir. Səxavət bəy o dövrün tələblərinə uyğun olaraq ismini dəyişib Hasan İsmayıllı adı ilə tanınır. Eyni zamanda yoldaşlarının inamı və etibarı sayəsində Türkiyədə Dostluq və Kultur Mərkəzini təsis edib fəaliyyətə başlayır...

Azərbaycanın elm, incəsənət xadimlərinin Türkiyə səfərləri
Azərbaycan SSR-dən Türkiyəyə ezam olunan elm, incəsənət, ictimai xadimləri ilə Dostluq və Kultur Mərkəzində görüş təşkil edilir. Nümayəndələr Hasan bəy İsmayıllı (Səxavət İsmayılov) və mərkəzin üzvləri tərəfindən rəğbətlə qarşılanır, lazımı xidmət- lər göstərilir...
Müharibədən bir gün öncə ailəsi ilə Türkiyəyə köçmüş azərbaycanlı qadın Həmidə xanım bir neçə günlüyə vətənə qonaq gedəcəyini Səxavət bəyə bildirir. Həmidə xanım əslən Şəkidən (Nuxa) idi. Azərbaycanın Xalq Artisti Məmməd Rza Şeyxzamanovun bacısıydı. Həmidə xanım- dan eşitdiyi bu sözdən qəhərlənən Səxavət bəy gözləri yol çəkirmiş kimi susur, sevincini gizlətmədən yaxşı yol arzu edir. Həmidə xanım Bakı səfərində Səxavət bəyin yaxınlarını arayıb tapır. Onun Hasan bəy kimi sağ olduğunu, yaşadığını deyir və telefon nömrəsini yaxınlarına verir.
Bakıdan gələn üçüncü gecənin zəngi...
Gecədən xeyli keçmiş aramsız çalınan telefon zənginə hövlnak yuxudan oyanan Səxavət bəy dəstəyi götürür. Xəttə qadının amiranə səsini eşidib çaşqınlıq içərisində susur. Qadının: - “Bakıya cavab verin” - xəbərini eşidən Səxavət bəy həyacanlı halda susur və qorxudan səsini çıxarmır. Bu zəng ikinci gün yenidən gecə yarısı təkrar olunur. Telefonda kövrək və hayqırtılı bir qadının səsi kəsilmək bilmirdi. Səsi tanıyan Səxavət bəy yerində donub qalır, səsini çıxara bilmir, boğazı sanki tıxaclanır. Cavab verməyə taqəti qalmır. Çıxılmaz vəziyyətə düşən Səxavət bir anlıq güman edir ki, bəlkə də bu ona qarşı düşünülmüş tələ ola bilər. Və nəhayət üçüncü gecə də telefonun aramsız zəngi hamını yuxudan oyadır. Telefon dəstəyini dərhal götürən Səxavət bəy özündə güc toplayıb hıçqırtı ilə “alo” deyə bilir. Gözlərindən axan göz yaşlarını saxlaya bilməyib qəhərdən boğulan Səxavət bəy, - dəstəyi oğlum Şamilə verin, - deyir. Bir qədər özünü ələ alan Səxavət bəy uzun ayrılıqdan sonra həsrətində olduğu el-obası, ömür gün yoldaşı, qohumlarının ətrini alırmış kimi hönkürtü ilə ağlayır. Xəttin hər iki tərəfində sevincdən tökülən həsrətli göz yaşlarının müjdəli parıltısı aydın sezilirdi. Bir azdan qısa söhbəti sona çatdıran Səxavət bəy tam əminliklə, - tezliklə görüşərik! - deyib dəstəyi qapadı...
Həsrətin sonu varmış!
Dostluq və Kultur Mərkəzinin üzvləri Azərbaycandan gələn məşhur cərrah, professor İbrahim Topçubaşovu qarşılamağa hazırlaşırdı. Elmi simpoziumlarda, xəstəxa-nalarda görüş keçirən professoru Səxavət bəy müşayiət edirdi. Bir gün minnətdarlığını bildirən professor razılıqla Səxavət bəydən arzu və istəyini soruşdu. Səxavət bəy, - professor, çox istəyirəm ki, Bakıya, vətənə gedib kəndimi, ailəmi, yaxınlarımı, qohumlarımı görüb ziyarət edim, - söylədi. Professor, - Səxavət bəy, bu elə də çətin məsələ deyil. Narahat olmayın. Bu məsələ ilə bağlı mən özüm məşğul olacam. Yaxşı olar ki, siz vətənə, yola çıxmağa hazırlaşın, - deyə əminliklə Səxavət bəyə eşitdirdi...
Vətənə sarı...
Maşın karvanı uzun səfərdən sonra Bakıya yetişdi. Öncə professor İbrahim Topçubaşov və Flora xanım Kərimova müsafiri - Səxavət bəyi ciddi nəzarət altında qonaq evndə yerləşdirdilər.
Professor arxayınlıqla, - heç nədən çəkinmədən özünüzü tam sərbəst hiss ediın və tezliklə istəkləriniz həyata keçəcəkdir, - deyəndə Səxavət bəyin sevinci yerə-göyə sığmırdı...
Qısa zaman kəsiyində doğmaları və övladları ilə görüşüb rahat olan Səxavət bəyin ətrafında böyük qələbəlik yaranmışdı. Sevimli dayısı Murad müəllim, Savalan kişi, tanınmış alim Oruc Qüdrətov və onlarla əzizləri Səxavət bəyin ziyarətinə gəlib göz aydınlığı veriridilər. Respublikanın tanınmış, məşhur ictimai xadimlərinin ardı-arası kəsilmədən Səxavət bəyin görüşünə gəlməsi fərəhli hal kimi hamını sevndirirdi. Daim onu müşayyət edən professor İbrahim Topçubaşov, Xalq şairi Süleyman Rüstəm, bəstəkarlar Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Xalq artisti Zeynəb Xanlarova, Flora Kərimova, İslam Rzayev, Zaur Rzayev və tanınmış məşhurların ziyafətlərində, tədbirlərində iştirak edən Səxavət bəydə xoş təəsürat yaranmışdı...

“Əsli və Kərəm” tamaşası
Növbəti tədbirlərin birində Mayestro Niyazi və xanımı Həcər xanım öz evlərində Səxavət bəyin şərəfinə verilən ziyafət zamanı, Mayestro Niyazi, - Səxavət bəy ziyafətdən sonra hamılıqla opera teatrında “Əsli və Kərəm” operasının tamaşasına baxmağa gedəcəyik. Hazırlaşın. Əsli rolunu Zeynəb Xanlarova ifa edəcəkdir, - deyə eşitdirdi.
Ziyafətdə iştirak edənlər hamılıqla teatrda xüsusi ayrılmış lojada tamaşanı maraqla izlədilər. Fasilədə Zeynəb xanım lojaya qalxıb bir daha hədsiz rəğbət bəslədiyi
Səxavət bəyi bərk-bərk qucaqlayaraq onunla mehribancasına görüşüb söhbət edərək evinə qonaq dəvət etdi...

Həsrət dolu nisgilin sonu.
Uzun ayrılıqdan sonra vətənə qısa müddətə təşrif buyuran Səxavət bəyi Türkiyəyə yola salmağa gələn insan selinin ardı-arası kəsilmirdi. Üzlərində təbəssüm, gözlərində sevincdən doğan göz yaşları görünən insanlarla bir-bir görüşən Səxavət bəy, - sağ olun. Zəhmətinizi halal edin, - deyə kövrəkliklə onlara cavab verirdi. Həyatında ən çox hörmət bəslədiyi, iki əsrin nümayəndəsi, iri cüssəli Savalan baba Səxavət bəyi qucaqlayıb, - görürsən də, bütün el-oba səninin ziyarətinə gəlib, - deyəndə Səxavət bəy kövrəlmişdi. Səxavət bəyə yaxınlaşan professor İbrahim Topçubaşov onu bağrına basıb bərk-bərk qucaqlayaraq, - qardaşım, vətənimizdən - vətətənimizə salamlar aparın, - dedi.
Bir azdan avtobus yola düşdü... Yola salmağa gələnlərin göz yaşlarının parıltısı sevinc dolu çöhrələri islatmışdı. Həsrət dolu ayrılıq illəri arxada qalsa da, “sağ-salamat get, yaxşı yol” arzulayanlar intizarla irəliyə şütüyən avtobusa əl edirdilər...
4-10-2022, 18:42
Görünməyən qəhrəmanla görüş

Görünməyən qəhrəmanla görüş

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Vətən sənə canım fəda” layihəsi uğurla davam etdirilir. Layihənin fəaliyyət planına uyğun olaraq növbəti tədbir Oktyabrın 4-də Sumqayıt şəhərindəki Tarix muzeyində yerləşən “Didərgin muzey”də keçirilib.


Sumqayıt Şəhərindəki 39 nömrəli orta məktəbin yuxarı sinif şagirdlərinin muzeyə gəlişilə başlanan tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi sükutla anılıb. Sonra Sumqayıt Tarix Muzeyinin direktoru Aygün Zülfüqarlı tədbir iştirakçılarına muzeyin yaranma tarixi, bölmələri və eksponatları barədə məlumat verib. Bildirib ki, Sumqayıt Şəhərinin Tarixi Muzeyi 9 ekspozisiya zalından ibarətdir. Muzeyin ümumi sahəsi 2680 m2-dir. XVI əsrdən başlayaraq bu günümüzə qədərin xronoloji ardıcıllığı muzey ekspozisiyasının mövzusunu təşkil edir. Əsas fondda 15000 eksponat mühafizə olunur. Muzeyin ekspozisiyası iki zalda tərtib olunub.
Birinci mərtəbənin ekspozisiya zalında yaradılmış Heydər Əliyev guşəsində Ulu öndərin büstü, qəzet və jurnallar toplusu, onun Sumqayıt səfərləri ilə bağlı sənədlər, fotoşəkillər əks olunub. İkinci mərtəbənin böyük ekspozisiya zalında inşaat, ilk müəssisələr, quruculuq işləri, əmək qabaqcılları və s. haqqında məlumatlar, əşyalar yerləşdirilib. Kiçik ekspozisiya zalında sumqayıtlı Milli Qəhrəmanlar haqqında guşə, şəhidlərə həsr edilmiş “Ulduz axını” abidəsi və Sumqayıt şəhidləri əsərləri əks olunub.


Layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu əvvəlcə layihəyə maliyyə dəstəyi verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, təşkilati dəstəyə görə isə Abşeron -Xızı Regional Təhsil İdarəsinin və Sumqayıt Regional Mədəniyyət idarəsinə tabeli Sumqayıtın Tarixi Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. Sonra XX əsrdə xalqımızın kütləvi terror və qanlı soyqırımlarına məruz qalması, kənd və yer adlarımızı dəyişən erməni vandallarının əcdadlarımızın yaratdığı tarixi abidələri, məscidləri, qalaları dağıdaraq izini itirmələri barədə gənc nəsli məlumatlandırıb. 1988-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycandan soydaşlarımızın silah gücünə, qanlı qırğınlarla deportasiya olunmasından, son nəfərinədək ata yurdundan qovulmasından, o qanlı hadisələr zamanı öz həyatını təhlükəyə ataraq qeyri-adi fədakarlıq göstərən tarix müəllimi Bəxşeyiş Ələmşahovun qəhrəmanlığından söz açıb. Qeyd edib ki, Bəxşeyiş müəllim o vaxtlar Zəngəzuru qarış-qarış gəzərək xalqımızın ulu keçmişindən soraq verən nə tapıbsa toplayıb. Gərgin zəhməti nəticəsində 1985-ci ildə Qafan rayonunun Müsəlləm kəndində-işlədiyi orta məktəbdə Tarix-diyarşünaslıq muzeyi yaradıb. Təəssüf ki, 3 il sonra erməni faşistləri gənc tarixçinin şagirdlərini məktəbindən, ailəsini od-ocağından didərgin salıb. Onun gənclərimizə həqiqi tariximizi öyrətmək arzusunu gözündə qoyub.

O qanlı hadisələrdən, 32 il ərzində millətimizin başına gətirilən faciələrdən danışan natiq 44 günlük Vətən Müharibəsində erməni faşizminin məğlubiyyəti nəticəsində yaranmış hərbi-siyasi vəziyyəti də təhlil edib.
Vətən müharibəsində zəfər çalmaq üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu hərbi-taktiki manevrlərdən, beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq davasında yanımıza çəkmək üçün diplomatik gedişlərindən, dünyanın aparıcı kütləvi informasiya vasitələrini Azərbaycanın haqq səsini yaymağa necə səfərbər etməsindən danışıb.
Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsindəki zəfər insanlarımızın 1988-ci il deportasiyasından, Xocalı soyqırımından sonra itirilmiş inamını özünə qaytardı. Ali Baş Komandana, rəşadətli Azərbaycan ordusuna güvəni qat-qat artırdı. Azərbaycan cəmiyyətini, respublikada fəaliyyət göstərən siyasi partiyaları və diaspor təşkilatlarını Prezidentin ətrafında sıx birləşdirdi. Odlar yurdunda doğulan hər kəs, milliyətindən asılı olmayaraq Vətən dardadı,- deyib ayağa qalxdı. Hərbi səfərbərlik elan olunmadan minlərlə Azərbaycan gənci könüllü olaraq erməni işğalçılarına qarşı döyüşmək üçün cəbhəyə getdi. Bu həmrəylik, bu tarixi birlik, 30 ildə haqqında mif yaradılmış ordusunun darmadağın edilməsi erməni cəmiyyətini şoka saldı. On min erməni əsgəri fərarilik edib ordudan qaçdı. “Dəmir Yumruq” düşmənin başını əzə-əzə qartallı qayalardan Şuşa Qalasına “Zəfər Yolu” açdı. Zəfər sayəsində şəhidlərimizin intiqamı alındı, girovlarımız azad olundu, toplu məzarlarımız aşkarlandı. Qaçqınlarımızın yurd həsrətinə son qoyuldu. Nəhayət Böyük qayıdışa start verildi. Qarabağın yeni növrağı başlandı.
Dəmir Yumruğun əzmi zaman-zaman doğma ocağından didərgin salınmış Qərbi azərbaycanlı soydaşlarımızın bir Zəfər dastanının da o yerlərdə yazılacağına inamını gücləndirdi.

1988-ci ilin görünməyən qəhrəmanı, Sumqayıtdakı 39 saylı məktəbin direktoru Bəxşeyiş Ələmşahov Zəngəzurdakı şagirdləri, Müsəlləm 8 illik məktəbində yaratdığı Tarix-diyarşünaslıq muzeyi və 1988-ci ilin qara günləri barədə xatirələrini indiki şagirləri ilə bölüşüb. O vaxt min cür əziyyətlə yığdığı eksponatları, alın tərilə yaratdığı muzeyi düşmən əlindən xilas etməyin yaşatdığı ağrı-acılardan danışıb.

Sonra Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarixində başlanan cəbhəboyu təxribatlara əkshücumla göstərdiyi həmlələrdən söz açıb. Qeyd edib ki, ordumuz qısa müddətdə bir çox şəhər və kəndlərimizi döyüşə-döyüşə azad etdi. Eyforiyaya qapılmış ermənistan ordusunun beli isə Şuşa uğrunda gedən əlbəyaxa döyüşdə qırıldı. Məğlub ordusunu xilas etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktına imza atdı. Nəticədə Kəlbəcər, Laçın və Ağdam rayonlarının işğal altında olan hissələrini döyüşsüz geri aldıq.

Döyüş meydanında düşmənin məhv edilən canlı qüvvəsilə bərabər 125 artilleriya topu, 366 tankı, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını, digər texnikaları məhv edilib və qənimət kimi götürülüb.

Tədbirin rəsmi hissəsindən sonra məktəbli gənclərə”Vətən sənə canım fəda” layihəsi çərçivəsində hazırlanmış “Zəfərdən- zəfərə” adlı buklet və Tamxil Ziyəddinoğlunun “Güllə səsinə açılan qapı” kitabı paylanıb. Daha sonra Zəngəzurda doğulmuş müəlliflərin kitabları muzeyə və 39 saylı məktəbin kitabxanasına hədiyyə edilib.
Məktəblilər muzeyin bütün guşəsini gəzdikdən, ayrı-ayrı bölmələr barədə ətraflı məlumat aldıqdan sonra muzeyin əməkdaşları və layihə iştirakçıları ilə xatirə şəkli çəkdiriblər.

Onu da qeyd edək ki, “Ordum.az” informasiya portalının redaktoru Siyavuş Əmirli öz internet səhifəsində tədbiri canlı yayımlayıb.

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin mətbuat xidməti
24-09-2022, 18:45
Tarixdə İran adında dövlət olmayıb

Tarixdə İran adında dövlət olmayıb

Tarixi mənbələrdən bilirik ki, İran adının dövlət statusu alması prosesi XIX əsrin ikinci yarısından başlayır. Nəsrədddin şah Qacarın hakimiyyət illərindən (1848-1896) başlayaraq ingilislərin ölkədə casusluq fəaliyyəti fars kimlikli İran dövləti yaratmaqdan ibarət idi. Belə ki, II Rus-Qacar müharibəsində məğlub olub kapitulyasiyaya gedən Qacarlar dövləti Rusiyaya böyük məbləğdə təzminat ödəməli idi. Həmin təzminatı Qacarlar dövlətinin yerinə ödəyən Britaniya dövləti fürsətdən istifadə edib, hökumətin bütün sahələrində özlərinə yaxın adamları vəzifələndirib geniş casusluq fəaliyyətinə başladılar. Məqsəd İranda Qacar hakimiyyətini devirib fars mənşəli sülaləni iqtidara gətirmək və türk etnosundan yaxa qurtarmaq idi. Bunun üçün öncə "fars kimlikli İran dövləti" anlayışı meydana çıxarılmalı idi. Nəticədə "Ari irqi" və "Hind-Avropa dil ailəsi" kimi nəzəriyyələr meydana çıxdı...
...İngilislər öz məqsədlərinə 1925-ci ildə nail oldular və qacarlar xanədanını devirib fars pəhləvi sülaləsini hakimiyyətə gətirdilər. Pəhləvilərin hakimiyyətə gəlməsi ilə fars kimlikli İran dövləti nəzəriyyəsi daha da genişləndi. Rza şah Pəhləvi 1934-cü ildə dövlətin İran adlandırılması üçün xarici dövlətlərə müraciət etdi... Beləliklə, beynəlxalq aləmdə İran adlı dövlət 1935-ci ildən etibarən mövcuddur.Yəni, tarix də göstərir ki, farslar VII əsrin 80-ci illərində ərəb hökmranlığının nəzarəti altında yaşayırdı. 767-ci ildə Azərbaycanda Babəkin başçılığı ilə xalq üsyanları baş verdi və bu üsyanlar xəlifənin süqutunu sürətləndirdi. IX-XI əsrlərdə Sacilər, Sələfilər, Rəvvadilər, Səddadilər və Şirvanşahlar dövləti yarandı. XI-ci əsrdə ərəblərin süquta uğraması farsların da iqtisadi və mənəvi yüksəlişinə səbəb oldu. Şamanilər dövlətinin süqutundan sonra isə İranın şərqi və Orta Asiyanın bir hissəsi, indiki Əfqanıstan ərazisi də daxil olmaqla Qəznəvilər dövlətinin tərkibinə daxil edildi.
1040-cı ildə Oğuz türkləri ətraf ərazilərdə Səlcuqlar dövlətini yaratdılar. Ancaq XII-ci əsrin əvvəllərində Səlcuqlar parçalandı, sultanlıqlar yarandı. Bu da Atabəylər hakimiyyətinin yaranmasına səbəb oldu. 1220-1256-cı illərdə Monqollar farslar yaşayan əraziləri işğal etdi və bu ərazilər Elxanilər dövlətinin tərkibinə daxil edildi. Elxanilər dövlətinin süqutundan sonra 1380-1393- cü illərdə Teymur şah farsların ərazilərini işğala məruz qoydu. Teymur şahın ölümündən sonra isə Teymurilər ilə Qaraqoyunlu dövləti arasında döyüşlər baş verdi. 1468-ci ildə Muş döyüşündən sonra Qaraqoyunlu dövlətini Ağqoyunlu dövləti əvəz etdi. Ağqoyunlu dövlətinin başçısı Uzun Həsən Qızılbaşlara arxalanaraq Səfəvilərin əli ilə Azərbaycan hökumətini qurdu və bununla da Ağqoyunlu dövlətinə son qoyuldu.
1501-ci ildə Şah İsmayıl Təbriz şəhərinə daxil oldu, orada özünü şah elan etdi. Bu, o anlama gəlir ki, XVI-cı əsrin sonlarına qədər Səfəvilər dövləti (Azərbaycan dövləti) bərqərar olub. Ancaq sonrakı dövrdə dövləti farslar idarə etməyə başlayıblar. Bununla da Qızılbaşların dövlətçiliyinin sonu gəlib. Uzun illərdən sonra hakimiyyətə Qacarlar sülaləsi başçılıq etdi. 1795-1797-ci illərdə Qacar ordusu Cənubi Qafqaza (Qarabağa) hücuma keçdi. Bu hücum nəticəsində Qarabağı talan etdi, böyük dağıntılar törətdi.
XIX-cu əsrin sonları, XX-ci əsrin əvvəllərində Qacarlar hökuməti zəiflədi və Rza xan hakimiyyətə gəldi. Rza xanın dövründə fars milliyətçiləri genişmiqyaslı təxribat işləri gördülər. 1922-ci ildə Rza xan öz hakimiyyətini oğlu Məhəmməd Rza Pəhləviyə verib taxt-tacından əl çəkdi. 1925-ci illərdə hətta milli təhsil də fars dilində təşəkkül tapdı.
Əslində, bu gün dünyanın baş bəlasına çevrilmiş İran dövləti öz varlığına görə İngiltərə dövlətinə və yəhudilərə borcludur. Belə deyək, 1925-ci ildə çevriliş yolu ilə yaradılmış İran dövləti heç də çoxəsirlik tarixə malik deyil. Bu dövlət yuxarıda dediyimiz kimi, Rza şahın rəsmi müraciəti ilə İran adlandırılmışdır.
Onu da deyə bilərik ki, nə indiki İran ərazisinin adı İran, nə də ki, dilləri fars dili olmayıb...
Fars dili, əslində, taciklərin etnosu əsasında İran üçün yazılmışdır, bu dilin 2500 illik tarixlə heç bir əlaqəsi yoxdur. Qısası, İran - tacik dövlətinin tarixi 1925-ci ildən başlayır. Ermənilər kimi farslar da başqa millətlərin mədəniyyətini, adət - ənənələrini mənimsəyib, İran (Fars) dövləti üçün tarixi baza yaratmışlar. Ermənilərin tarixi olmadığı kimi, farsların da yazılı tarixi olmayıb. Bunu orta əsr müəlliflərinə aid olan xəritələrdə, o cümlədən Mahmud Kaşğarlının "Divani Lüğət-əttürk" əsərindəki xəritədə də görmək mümkündür. Hansı ki, indiki İranı əhatə edən ərazilər Azərbaycan sülalələrinə məxsus olub.
Onu da qeyd edim ki, “İran” sözü də yalnız Azərbaycan dövlətlərinin adı anlamında yaranmışdır və bu sözün indiki İran sözünə heç bir aidiyyatı yoxdur. Həmin adın Firdovsinin "Şahnamə" əsərində əks olunması fikri də məhz taciklərə aiddir. Tarixi İran adı Əfqanıstan və Tacikistanın bir hissəsinin adıdır.
Oxuduğum əsərlərdən də görürəm ki, ermənilərlə farsların soy-kökü eynidir.
Son bir neçə ildə bu şovinist molla rejiminin müxtəlif səviyyəli şəxslərinin Azərbaycan əleyhinə hədələyici fikirlər səsləndirməsi, qanunsuz yükdaşımaları, rəsmi səviyyədə Ermənistanın sərhəd toxunulmazlığı bizim üçün "qırmızı xəttdir" deyib bəyanat yaymaları və s. eyni kök və soydan olduqlarına dəlalət edir.
Bu günlərdə Tehrandakı səfirliyimiz qarşısında keçirilən aksiyada Azərbaycan əleyhinə şüarlar, əsassız ittihamlar səsləndirilib. Mollalar Azərbaycana hansı ölkələrlə əməkdaşlıq etməyin yollarını göstərir. Deyəsən, molla rejimi anlamaq istəmir ki, Azərbaycan müstəqil dövlətdir, hansı ölkələrlə əməkdaşlıq etməyi özü müəyyənləşdirir.
İrana bir deyən lazımdır ki, sənin Azərbaycan ərazisinə göz dikən Ermənistana qucaq açmağın hansı dinə, əxlaqa sığır?! Ötən 30 ildə Azərbaycanın işğal altında olan şəhər və kəndlərində yerləşən məcid və dini abidələrimizdən donuz tövləsi kimi istifadə edən ermənilərə bu qədər yaxınlıq etməyiniz hansı anlamdadır?!
Biz farslarla ermənilərin eyni kökdən olduqlarını 44 günlük Vətən müharibəsində də gördük. Onlar erməniləri silahlandırırdı və bu gün də həmin çirkin oyunu davam etdirirlər. Adını müsəlman qoyub erməni soydaşları ilə donuz əti yeyib, şərab içə-içə işğal altında olan ərazilərimizi talan etdiniz. Vətən müharibəsində dost kimdir, düşmən kimdir, gördük. Azərbaycanın dostu Türkiyə, İsrail, Pakistan, Ukrayna, Gürcüstan və bir neçə dövlət oldu. Onlar daim Azərbaycan xalqının yanında idi...
Güneyli şairimiz Taymas Taymaslı fars rejiminin iç üzünü yazdığı "Qaraçılar" şeirində çox dəqiq göstərir. Şeiri olduğu kimi, təqdim edirik:
Hüseyn İsaoğlu
( Məmmədov ),
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü .


Hind kökənli qaraçılar,
Ölkəmizə soxuldular.
Türk paşalar sarayında
Oyuncaq, oynaş oldular.
Min illərlə edildilər,
Evlərdə kölə oldular,
Yavaş-yavaş dikəldilər,
Ölkəyə yiyə durdular.
Bu oğrular, dilənçilər
Hələ də var, dilənirlər.
Oğruluqla gün keçirib,
Qapı-baca sülənirlər.
Bunlar torpaq oğrusu,
torpaq dilənçisidir.
Bunlar əkin oğrusu,
Əkin dilənçisidir.
Türklər sümürgənlərə
İlay boyu yox dedi.
Qaraçılar onlara
Gülə-gülə - gəl, - dedi.
Türk yada baş əyməyib,
Əyməyəcəkmi dedi.
Bunların ərbabları
İngiltərə söylədi,
Masonlar pıçıldadı,
Ölkəyə yiyələnmək
Türkləri əzməkdədir.
Hələ də var, əzilir
Türk oğlu türk boyları,
Qaraçılar bizləri
Manqurt kimi istədi.
Manqurtlugmuzdanmı
Bu gün ayaq üstədi?
Ölkəyə yürüş çağı
Türk oluruq qeyrətli,
Dilimizdə oxumaq,
İstəyəndə azəri
Yeni kimlik çözülür,
Deməli fars oluruq.
Biz də qaraçılar tək
Yersiz, köksüz oluruq.
Geri ulus oluruq,
Əkinsiz fars oluruq,
Yenə manqurt oluruq.
Ancaq bu yöntəmlərə
Baxmayaraq da turkəm.
Nə mutlu turkəm deyib
Ağızların əyirəm.
Taymaz, yenə deyirəm:
Dünyadakı qaraçılar
Bu günkü pan-farslara.
"Təbriz, Bakı, Ankara
Farslar hara, biz hara?"



22-09-2022, 22:28
İki qurum arasında müqavilə imzalanıb


İki qurum arasında müqavilə imzalanıb

Qovlar Şəhər Bələdiyyəsi ilə Müvəkkil Hüquq Mərkəzi arasında müqavilə bağlanıb.
Bu barədə Butov.az-a Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib.
S.Vəkilov bildirib ki, Qovlar Şəhər Bələdiyyəsi ilə aramızda bağlanan müqaviləyə hüquqi xidmətlərin göstərilməsi, o cümlədən Azərbaycan Respublikası mərkəzi və yerli icra hakimiyyəti orqanlarında təmsilçilik, beynəlxalq əlaqələrin qurulması daxildir.
Müqaviləni Qovlar Bələdiyyəsinin sədri Rövşən Əsgərov və “Müvəkkil Hüquq Mərkəzi” sədri Səməd Vəkilov imzalayıblar.




20-09-2022, 23:26
Elşad Eyvazlının Nensi Pelosiyə məktubu

Elşad Eyvazlı,
Modern.az Xəbər Agentliyinin rəhbəri

Azərbaycanlı jurnalistin Nensi Pelosiyə məktubu

Hörmətli xanım Nensi Pelosi,[/b]
Sizi Cənubi Qafqazdan salamlayıram, sizə siyasi motivdə deyil, insani yaşantılarımızın çox kiçik bir hissəsini çatdırmaq üçün məktub yazıram.
Amerika Birləşmiş Ştatları kimi nəhəng bir ölkənin Konqresinin Nümayəndələr Palatası sədrinin regionumuza səfəri bizi çox sevindirmişdi...
Düşünürdük ki, Ermənistana səfər etdikdən sonra Azərbaycana da gələcəksiniz, gəlməsəniz belə, Ermənistanın Azərbaycana qarşı insanlığa sığmayan əməllərini bizdən də dinləyəcək, sonra bəyanatlar verəcəksiniz.
Ancaq sevgiliniz Ermənistanda birtərfli danışmağınız bizi çox qayğılandırdı. Ona görə yox ki, sizin bu açıqlamalarınız bizi qorxudur, yaxud nəyisə dəyişəcək.
Əsla, elə deyil, biz Cənubi Qafqazda yaşayırıq, bura nə Avropadır, nə Amerika, nə də Afrika. Biz Vətənimizin azadlığı üçün hamılıqla canımızdan keçməyi bacaran insanlarıq.
Məyusluğumuzun səbəbi odur ki, dünyanın ədalət gözlədiyi, özünü demokratiya beşiyi kimi təqdim edən Amerika adlı dövlətinin çox yüksək vəzifəli şəxsi öz ölkəsini tək Cənubi Qafqazda deyil, həm də dünyada insanlığın gözündən saldı.

[b]Hörmətli xanım Nensi Pelosi,

Sizə bu məktubu yazan şəxs 30 ildir doğma yurdu Ermənistanın işğalı altında olan azərbaycanlı jurnalistdir. Bizim doğma yurdumuz Kəlbəcərdə heç vaxt 1 nəfər də olsun erməni yaşamayıb. Onlarla qohumum, doğmam Ermənistan tərəfindən qətlə yetirilib. Biz hər zaman Ermənistanın təcavüzünə məruz qalmışıq.
Amma o zaman sizin etiraz səsiniz eşidilməyib, əksinə sevinmisiniz.
Ermənistan məhz sizin kimi dünyaya yalnız qan-qadanın gözü ilə baxan güclərin sayəsində bizi öz kəndimizdən köçkün salmışdı, ən adi insan kimi yaşamaq şansımızı əlimizdən almışdı.
30 ildən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Mən 82 yaşlı atamı evimizə apardım. Ermənistan 30 il ərzində işğal altında saxladığı bölgələri elə xarabalığa çevirib ki, atam öz əli, alın təri ilə tikdiyi evini, həyətini tanıya bilmədi. Çünki hər şey yerlə-yeksan edilib.
Yaddaşınızı bir azca tərpətmək istəyirəm. Sizin də 82 yaşınız var. Mənim atamla yaşıdsınız. Onunla eyni taleyi yaşasaydınız, Ermənistan sizin də evinizi, bağınızı zəbt edib xarabalığa çevirsəydi, 30 il məcburi köçkünlük həyatı yaşatsaydı, nə edərdiniz? Mənim atamın günahı nə idi? Ermənistanın bu günahları həm də sizin adınıza yazılır.
Ermənistanın insanlığa sığmayan bu əməllərinin qarşılığında İrəvanda bəyanat verərkən heçmi vicdanınız ağrımadı? İnsanlığa həqarət etdiyinizin fərqində olmadınızmı?
Cənubi Qafqazda yazılmamış qaydalar var: 60 yaşdan sonra insan heç vaxt yalan danışmır, riyakar olmur, hər şeyə gerçəyin gözü ilə baxır, nümunə göstərir.
Bu yaşda sizin kimi gerçəkdən uzaq olmaq bizdə xəstəlik sayılır. Odur ki, Ermənistanda axıtdığınız göz yaşlarını timsahın göz yaşları kimi qiymətləndiririk. Bunun niyəsini ən yaxşı özünüz bilirsiniz.
Biz sülh istəyirik, nəinki Cənubi Qafqazda, dünyanın heç bir yerində insanların qətlə yetirilməsini istəmirik.
Siz heç düşündünüzmü, ölərkən Tanrı qarşısında nə cavab verəcəksiniz?
Ola bilər ki, bu yazdıqlarım xeyli sərt görünsün, amma sizin Ermənistanda Azərbaycana qarşı söyləmiş olduğunuz ədalətsiz, fakta söykənməyən fikirləriniz qarşlığında hələ çox yumşaqdır. Cənubi Qafqazda törətdiyi cinayətlərə baxmayaraq, qadınlara sayğı göstərilir. Yoxsa məktub daha sərt formada yazılacaqdı.
İnana bilmirəm, siz doğrudanmı bu yaşda insani hisslərdən uzaqsınız?
Əgər uzaq deyilsinizsə, sizi işğaldan azad edilmiş kəndimizə dəvət edirəm. Heç evi olmayan kənd, qəbri olmayan qəbiristanlıq, ağacı olmayan meşə gördünüzmü?
Mənim doğma kəndimi Ermənistan bu hala salıb.
30 il ərzində on minlərlə insanımız Ermənistanın vəhşiliyinin qurbanına çevrilib.
Dəvətimi qəbul etsəniz, bütün bunları öz gözünüzlə görəcəksiniz.
Onda siz Azərbaycana qarşı Ermənistanda səsləndirdiyiniz fikirlərə rəğmən, dünyanın gözünə necə baxacaqsınız? Heçmi utanmayacaqsınız?
Sizdən cavab gözləyirəm...
20-09-2022, 23:26
Elşad Eyvazlının Nensi Pelosiyə məktubu

Elşad Eyvazlı,
Modern.az Xəbər Agentliyinin rəhbəri

Azərbaycanlı jurnalistin Nensi Pelosiyə məktubu

Hörmətli xanım Nensi Pelosi,[/b]
Sizi Cənubi Qafqazdan salamlayıram, sizə siyasi motivdə deyil, insani yaşantılarımızın çox kiçik bir hissəsini çatdırmaq üçün məktub yazıram.
Amerika Birləşmiş Ştatları kimi nəhəng bir ölkənin Konqresinin Nümayəndələr Palatası sədrinin regionumuza səfəri bizi çox sevindirmişdi...
Düşünürdük ki, Ermənistana səfər etdikdən sonra Azərbaycana da gələcəksiniz, gəlməsəniz belə, Ermənistanın Azərbaycana qarşı insanlığa sığmayan əməllərini bizdən də dinləyəcək, sonra bəyanatlar verəcəksiniz.
Ancaq sevgiliniz Ermənistanda birtərfli danışmağınız bizi çox qayğılandırdı. Ona görə yox ki, sizin bu açıqlamalarınız bizi qorxudur, yaxud nəyisə dəyişəcək.
Əsla, elə deyil, biz Cənubi Qafqazda yaşayırıq, bura nə Avropadır, nə Amerika, nə də Afrika. Biz Vətənimizin azadlığı üçün hamılıqla canımızdan keçməyi bacaran insanlarıq.
Məyusluğumuzun səbəbi odur ki, dünyanın ədalət gözlədiyi, özünü demokratiya beşiyi kimi təqdim edən Amerika adlı dövlətinin çox yüksək vəzifəli şəxsi öz ölkəsini tək Cənubi Qafqazda deyil, həm də dünyada insanlığın gözündən saldı.

[b]Hörmətli xanım Nensi Pelosi,

Sizə bu məktubu yazan şəxs 30 ildir doğma yurdu Ermənistanın işğalı altında olan azərbaycanlı jurnalistdir. Bizim doğma yurdumuz Kəlbəcərdə heç vaxt 1 nəfər də olsun erməni yaşamayıb. Onlarla qohumum, doğmam Ermənistan tərəfindən qətlə yetirilib. Biz hər zaman Ermənistanın təcavüzünə məruz qalmışıq.
Amma o zaman sizin etiraz səsiniz eşidilməyib, əksinə sevinmisiniz.
Ermənistan məhz sizin kimi dünyaya yalnız qan-qadanın gözü ilə baxan güclərin sayəsində bizi öz kəndimizdən köçkün salmışdı, ən adi insan kimi yaşamaq şansımızı əlimizdən almışdı.
30 ildən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Mən 82 yaşlı atamı evimizə apardım. Ermənistan 30 il ərzində işğal altında saxladığı bölgələri elə xarabalığa çevirib ki, atam öz əli, alın təri ilə tikdiyi evini, həyətini tanıya bilmədi. Çünki hər şey yerlə-yeksan edilib.
Yaddaşınızı bir azca tərpətmək istəyirəm. Sizin də 82 yaşınız var. Mənim atamla yaşıdsınız. Onunla eyni taleyi yaşasaydınız, Ermənistan sizin də evinizi, bağınızı zəbt edib xarabalığa çevirsəydi, 30 il məcburi köçkünlük həyatı yaşatsaydı, nə edərdiniz? Mənim atamın günahı nə idi? Ermənistanın bu günahları həm də sizin adınıza yazılır.
Ermənistanın insanlığa sığmayan bu əməllərinin qarşılığında İrəvanda bəyanat verərkən heçmi vicdanınız ağrımadı? İnsanlığa həqarət etdiyinizin fərqində olmadınızmı?
Cənubi Qafqazda yazılmamış qaydalar var: 60 yaşdan sonra insan heç vaxt yalan danışmır, riyakar olmur, hər şeyə gerçəyin gözü ilə baxır, nümunə göstərir.
Bu yaşda sizin kimi gerçəkdən uzaq olmaq bizdə xəstəlik sayılır. Odur ki, Ermənistanda axıtdığınız göz yaşlarını timsahın göz yaşları kimi qiymətləndiririk. Bunun niyəsini ən yaxşı özünüz bilirsiniz.
Biz sülh istəyirik, nəinki Cənubi Qafqazda, dünyanın heç bir yerində insanların qətlə yetirilməsini istəmirik.
Siz heç düşündünüzmü, ölərkən Tanrı qarşısında nə cavab verəcəksiniz?
Ola bilər ki, bu yazdıqlarım xeyli sərt görünsün, amma sizin Ermənistanda Azərbaycana qarşı söyləmiş olduğunuz ədalətsiz, fakta söykənməyən fikirləriniz qarşlığında hələ çox yumşaqdır. Cənubi Qafqazda törətdiyi cinayətlərə baxmayaraq, qadınlara sayğı göstərilir. Yoxsa məktub daha sərt formada yazılacaqdı.
İnana bilmirəm, siz doğrudanmı bu yaşda insani hisslərdən uzaqsınız?
Əgər uzaq deyilsinizsə, sizi işğaldan azad edilmiş kəndimizə dəvət edirəm. Heç evi olmayan kənd, qəbri olmayan qəbiristanlıq, ağacı olmayan meşə gördünüzmü?
Mənim doğma kəndimi Ermənistan bu hala salıb.
30 il ərzində on minlərlə insanımız Ermənistanın vəhşiliyinin qurbanına çevrilib.
Dəvətimi qəbul etsəniz, bütün bunları öz gözünüzlə görəcəksiniz.
Onda siz Azərbaycana qarşı Ermənistanda səsləndirdiyiniz fikirlərə rəğmən, dünyanın gözünə necə baxacaqsınız? Heçmi utanmayacaqsınız?
Sizdən cavab gözləyirəm...
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!