Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz! .....                        “Qarabağ” “Sumqayıt”a uduzdu .....                        Ağdərədə yanğın söndürüldü - VİDEO .....                        Şahin Mustafayev Rusiyada nələrdən danışdı? .....                        Güləşçimiz erməni rəqibini məğlub etdi: dünya çempionu oldu .....                        Füzuli və Arxadağ qardaşlaşdı .....                        Xarici agent elan edilən Markovdan AÇIQLAMA .....                        Liderlərin birgə bəyanatı - TAM MƏTN .....                        Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ .....                       
19-01-2022, 17:30
Türkiyədə neft kəməri partladı - VİDEO

Türkiyənin İraqla sərhədindəki Kahramanmaraş bölgəsindən keçən neft boru xəttində baş verən baş partlayış birjalara ciddi təsir göstərib.

Bütöv.az xəbər verir ki, neftin qiyməti son 7 ilin ən yüksək qiymətinə çatıb. Məlumata görə hazırda neftin qiyməti 90 dolları ötüb. Dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 90,56 ABŞ dollarına çatıb.
Qeyd edək ki, partlayışdan sonra ərazidə güclü yanğın baş verib. Boru xəttinin fəaliyyətin müvəqqəti dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.

19-01-2022, 16:57
DİN-dən ƏMƏLİYYAT - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər - paytaxt sakinləri Kamran Mirzəzadə, Natiq Abbasov, Ramil Mehdiyev, Rəsul Rəsulzadə, Nazim Əsgərov, Türkan Nəsirova, Abbas Nəcəfi və Nəcməddin Əsgərov saxlanılıblar.

Bu barədə Bütöv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Onların üzərindən, yaşadıqları mənzillərdən külli miqdarda metamfetamin, heroin və elektron tərəzilər aşkar edilib.

Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə olan narkotacirlərin təsiri ilə ölkə ərazisində narkokuryerlik etdikləri və qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.

Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

18-01-2022, 15:43
Bakıda daha 6 nəfər narkokuryerlik etdiyinə görə saxlanılıb - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər tutulub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri Anar Məmmədov, Orxan Əbilov, Orxan Fətəliyev, Fərid Əliyev, Ülvin Səfərov və Azər Oruczadə saxlanılıblar.

Onların üzərindən və yaşadıqları mənzillərdən külli miqdarda, yəni 1 kiloqramdan artıq metamfetamin və heroin aşkar edilib. Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərərək onun üçün ölkə ərazisində narkokuryerlik etdikləri və həmin şəxsin qaçaqmalçıləq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.

Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb.Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.



Bütöv.az
18-01-2022, 15:03
Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verildi - VİDEO

Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Füzuli rayonunda yeni inşa edilən modul tipli infrastrukturun açılışında olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məruzə olunub ki, döyüş mövqelərində inşa edilən modul tipli yerləşmə məntəqələrində şəxsi heyətin bütün zəruri ehtiyacları qarşılanıb. Bu məntəqələrdə silah otağı, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, eləcə də istilik sobaları ilə təchiz edilmiş yataqxana mövcuddur.

Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Bundan əlavə, burada avtomobil parkı, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili üçün idman şəhərciyi, mini futbol meydançası salınıb. Bölmənin ərazisində abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib.

General-leytenant N.Osmanov şəxsi heyətin döyüş və maddi-texniki təminatı ilə maraqlanıb, xidmətlərində uğurlar arzulayıb. Nazir müavini, həmçinin müdafiə nazirinin aidiyyəti üzrə müvafiq tapşırıqlarını şəxsi heyətə çatdırıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.

Sonda nazir müavini Müdafiə Nazirliyinin mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bölməsində yeni inşa olunan qərargah binasının açılışında iştirak edib. Burada hərbi qulluqçular üçün yaradılan şəraitlə, eyni zamanda, ərzaq məhsullarının anbara qəbulu, saxlanılması və qoşunlara paylanılması prosesi ilə yaxından tanış olub.









Bütöv.az
14-01-2022, 19:32
Türkiyənin ilk mini peyki kosmosa buraxıldı - VİDEO

Türkiyənin ilk mini peyki - “Grizu-263A” kosmosa buraxılıb.

Bütöv.az xəbər verir ki, peyk Zonquldak Bülent Ecevit Universiteti Mühəndislik Fakültəsi tələbələrindən ibarət “Grizu-263” Kosmos Qrupu tərəfindən hazırlanıb.
Türkiyənin ilk cib peyki adlandırılan “Grizu-263A” Ankara vaxtı ilə 18:25-də “SpaceX” raketi ilə orbitə göndərilib.

Təxminən 525 kilometr alçaq yer orbitində 4 il 8 ay müddətində xidmət etməsi planlaşdırılan 5x5x5 santimetr ölçülərinə malik Türkiyənin ilk "pocketqube peyki"nin orbitə göndərilməsi 25 min avroya başa gəlib.

14-01-2022, 18:43
Narkoloji Mərkəzdə ŞOK HADİSƏ: Xəstələri çarpayıya bağlayıb DÖYÜRLƏR - VİDEO

Narkoloji Mərkəzdə özbaşınalıq baş alıb gedir. DİA.AZ bildirir ki, bu barədə vətəndaş şikayətində qeyd olunur.

Onu da bildirək ki, narkotik asılılığı olan xəstələrin müalicə aldığı müəssisədəki özbaşınalıqlardan buna qədər də yerli KİV-də yazılıb.

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı Teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bütöv.az
12-01-2022, 17:48
Bakıda 200 metrlik rabitə kabeli oğurlandı - VİDEO

Xəzər rayonu Qala qəsəbəsində yerləşən 5 saylı Rabitə Xidməti Mərkəzinə məxsus 200 metr uzunluğunda rabitə kabeli oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş, Qala qəsəbəsində yaşayan Vasif Ağayev saxlanılıb.

O, ifadəsində etdiyi oğurluğu etiraf edib.

Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. V.Ağayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.




Bütöv.az
12-01-2022, 12:47
Narkotikin Azərbaycana gətirilməsinə nəzarət edən əsas şəxslərdən biri TUTULDU - FOTO - VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə nəzarət edən əsas şəxslərdən biri - Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Tosov saxlanılıb.

Onun üzərində olan çantaya baxış zamanı yeddi büküm ümumi çəkisi 26 kiloqram olan yüksək təsiredici narkotik maddə heroin aşkar edilib. Elşad Tosov narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Sübhan Aslanov qanunsuz olaraq odlu silah-sursat saxlanmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı bir ədəd “Makarov” markalı tapança və altı ədəd patron aşkar olunub.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı da qanunsuz olaraq odlu silah-sursat gizlətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxil olmuş əməliyyat məlumatı zamanı əvvəlcə paytaxt sakini Elvin Mərdanov saxlanılıb. Onun Buzovna qəsəbəsindəki evinə baxış zamanı bir ədəd AKS-74 markalı avtomat, bir ədəd pulemyot patron darağı, 233 ədəd müxtəlif çaplı patron, bir ədəd F-1, eləcə də bir ədəd RDQ-5 qumbaraları və partlayıcı aşkar edilib.

Aparılan araşdırma zamanı ona silah-sursat vermiş tanışı Hüseyn Səfərov də tutularaq Baş İdarəyə gətirilib. Onun paytaxt ərazisində yerləşən evindən isə bir ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və iki ədəd patron darağı aşkar edilib.

Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.





Bütöv.az
11-01-2022, 11:28
Lənkəranda keçmiş bələdiyyə binası yanıb - VİDEO

Lənkəranda keçmiş bələdiyyə binasında yanğın baş verib.

Hadisə Vilvan kəndində qeydə alınıb. Ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli binanın 50 kvadratmetr sahəsində yanar konstruksiyaları və dam örtüyü yararsız hala düşüb.

Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, alovun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, keçən əsrin 70-ci illərində tikilmiş bina 7 otaqdan və 1 dəhlizdən ibarətdir. Burada fəaliyyət göstərən bələdiyyə bir müddət əvvəl yeni binaya köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



Bütöv.az
11-01-2022, 10:39
Azərbaycan ordusunda birləşmənin komanda-qərargah təlimi keçirilib - VİDEO

Döyüş hazırlığı planına əsasən, Azərbaycan ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim-döyüş siqnalı ilə qaldırılan bölmələr təyin olunmuş rayonlarda cəmləşərək ərazidə idarəetmə orqanlarının açılması ilə döyüşə hazırolma vəziyyətinə gətirilib.

Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.

Təlimdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edib.



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!