Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                        Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir .....                        Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olunub .....                       
Tarix : 3-09-2019, 12:24
Dünyanın məşhur layihələri İTV-yə gəlir

İctimai Televiziya və Radio Yayımları Şirkəti mövsümə bəzi yeniliklərlə start verir.
Butov.az Axşam.az-a istinadən xəbər verir ki, telekanal xarici-lisenziyalı və yerli layihələrlə tamaşaçıların görüşünə gələcək.
“Fatehin divanı” və “Ötən günlər” adlı tok-şoular efir məkanına yenilik bəxş etmiş olacaq. Yeni mövsümün əsas proyektlərindən sayılan və bütün dünyada məşhur olan “SƏS” musiqi şousudur ki, onu da tamaşaçılar bu mövsümdə İctimai Televiziyanın efirində "Səs uşaqlar" olaraq izləyə biləcəklər.
Televiziya mühitinə yeni nəfəs gətirəcək daha bir təzə lisenziyalı proqram isə olduqca rəngarəngdir. Bu dünyanın məşhur “Thank God You're Here” layihəsinin adaptasiya olunmuş versiyasıdır ki, bu da “Haradasan bu vaxtacan?” adlanır. “Fremantle” şirkətinə məxsus sözügedən layihə Türkiyədə “Bak hele bak”, Rusiyada isə “Слава богу, ты пришел” adı ilə tanınır.
Bundan başqa İTV Azərbaycanda ilk dəfə 3D prime-time layihə də təqdim edəcək.
Yeni mövsümdən gənclər üçün nəzərdə tutulan “MAG” layihəsi də təzə formatda İctimai Televiziyada yayımlanacaq. Lisenziyalı intellektual oyunlar olan “61!”, “Əlaçı”, “Breyn Rinq”, “Nə? Harada? Nə zaman?” proqramlarının da yayımı davam edəcək.
Həmçinin sosial, təhsil, kulturoloji, araşdırma yönümlü gündəlik prime-time tok-şou olan “Sabaha saxlamayaq” yeni mövzularla tamaşaçıların görüşünə gələcək.
Serial həvəskarları bu mövsüm televiziyanın efirində dram janrında, gərgin və maraqlı süjet xəttinə malik “Kür nəğmə” adlı həftəlik serial izləyə biləcəklər.
Kino həvəskarlarını 2019-2020-ci illərdə maraqlı yeniliklər gözləyir. Belə ki, “Sony Pictures” şirkəti ilə rəsmi əməkdaşlıq çərçivəsində İTV yayım hüququnu əldə etdiyi filmlər ekrana gələcək.
İTV tərəfindən BBC şirkətinin son illərdə istehsal olunan tarixi, təbiət, bioqrafik mövzulu sənədli filmləri də alınıb. Bunlar arasında uşaqlar üçün nəzərdə tutulan “All about animals” layihəsi də yer alır.
Azərbaycanda yayım hüququ yalnız İTV-yə məxsus olan “Maşa və ayı” cizgi filmi də yeni mövsümdən doğma dilimizdə balacaların görüşünə gələcək. Həmçinin bu mövsümdən etibarən balaca tamaşaçılara öyrədici xarakterli “Fikslər” cizgi serialı da təqdim olunacaq.
Proqram şəbəkəsində yerli sənədli və televiziya filmlərinin çəkilişinə də yer ayırılıb ki, bunlardan da ilki Yelenendorfun əsasının qoyulmasının 200 illiyinə həsr olunmuş “Yelenendorfdan – Göygölədək” filmidir. Filmin müəllifi Müsəllim Həsənov, rejissoru isə Mirsadiq Ağayevdir.
“Vətən dili” adlanan digər layihə isə Azərbaycan əlifbasının yaranışına həsr olunan fundamental araşdırma filmidir. Çəkilişləri Bakı, Şamaxı, Qoridə gerçəkləşdirilən filmin müəllifi və aparıcısı Orxan Fikrətoğlu, rejissoru Nəsimi Əliyevdir.
Bundan başqa tamaşaçılar son 70 ildə Azərbaycanda baş verən cinayət hadisələri haqqında tarixi araşdırma xarakterli “İstintaq davam edir” adlı verilişini də izləyə biləcəklər.
Bu mövsümdə Orxan Fikrətoğlu, DJ Fateh, Dadaşlinski Dadaş Dadaş oğlu, Vüsalə Məmmədova, Azər Süleymanlı, İlahə Şıxlinskaya, Tamerlan Vahabov, Heydər Mirzə, Flora Xəlilzadə, Qorxmaz Tofiqoğlu, Azər Aydəmir, Könül Arifqızı, Saleh Bağırov, Alidə Mustafayeva, Ceyhun Əli, Tural Yusifov, Səma Abıyeva və başqa məşhur simalar İTV-nin efirində tamaşaçıların görüşünə gələcəklər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!