Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                        İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi .....                        Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı .....                        Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ .....                        Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA .....                        Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan .....                        Savaş və bölgəmizin taleyi .....                       
Tarix : 10-10-2019, 11:09
Kiyevdə öldürülən azərbaycanlı tələbə Bakıda magistr təhsili alırmış
“Kiyevdə qətlə yetirilən tələbə Cavid Hacıyev İqtisad Universitetinin tələbəsidir. Bizim universitetdə magistr təhsili alırdı. Bizə onun hansı şəraitdə dünyasını dəyişdiyi bəlli deyil”.
Butov.az xəbər verir ki, bu fikirləri Modern.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru Fariz Əhmədov tələbənin ölümü ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, qətlə yetirilən tələbə nümunəvi gənc olub:
“Cavid Hacıyev çox aktiv tələbələrimizdən biri idi. Bakıda yaşayırdı. Özü də magistratura təhsili alırdı. Ancaq onu dəqiq deyə bilərəm ki, Kiyevə getməsi təhsillə bağlı olmayıb”.
Qeyd edək ki, 23 yaşlı azərbaycanlı tələbə Cavid Hacıyevin Kiyevdə öz həmyerlimiz tərəfindən qətlə yetirildiyi barədə xəbərlər yayılıb. O, İqtisad Universitetində magistr təhsili alırmış.
Kiyev prokurorluğundan verilən məlumatda qətlin təxminən 23 yaşlı Azərbaycan vətəndaşı tərəfindən törədildiyi bildirilir. Məlumata görə, qətlə yetirilən gəncin tanışı olub. Qatilin Ukraynadan qaçmağa imkan tapdığı qeyd olunur. Onun ad-soyadı hələ açıqlanmayıb.
Hadisə ilə bağlı Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov Modern.az-a eksklüziv açıqlamasında bildirib ki, qətllə bağlı bir neçə gün öncə məlumatlı olub:
"Bununla əlaqədar həm yerli hüquq-mühafizə orqanları, həm də Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi ilə əlaqə yaratdıq. Ukraynadakı Azərbaycan diasporu olaraq gənc soydaşımızın qətli bizi üzdü".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!