Azərbaycanla bağlı proqnoz dəyişmədi .....                        ABŞ İranın 10 gəmisini məhv etdi .....                        Rusiyalı diplomatlar partlayış nəticəsində yaralandılar .....                        İranda müharibə nə vaxt başa çatacaq? .....                        "Qalatasaray" tarixi qələbə qazandı .....                        Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                       
Tarix : 9-12-2019, 11:13
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar öz işinə başlayıb

Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadə çıxış edib.
Butov.az-a verilən məlumata görə, AQTA sədrinin müavini bildirib ki, bu gün yeni iqtisadi şəraitdə müasir dövrün çağırışlarına uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi, dövlət idarəçiliyində, iqtisadiyyatın bütün sahələrində böyük əzm və qətiyyətlə aparılan islahatlar, ölkəmizin nəhəng regional layihələrin həyata keçirilməsində artan rolu sənayenin, kənd təsərrüfatının yüksəlişinə, sahibkarlığın inkişafına şərait yaradıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanda qida təhlükəsizliyi, heyvan sağlamlığı və bitki sağlamlığı sahəsində idarəetmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və səmərəliliyin aparılması üçün son illərdə ciddi institusional və qanunvericilik islahatları həyata keçirilib. Bütün bunlarla yanaşı, sanitar, fitosanitar və baytarlıq normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir.
AQTA sədrinin müavini Rüfət Rüstəmzadə bildirib ki, “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində təşkil olunan bu beynəlxalq seminar qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılmasına köməklik göstərməklə müasir standartlara cavab verən, rəqabətə davamlı, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyacına uyğun yüksək keyfiyyətli, təhlükəsiz qida məhsullarının istehsalına və ticarət dövriyyəsinin daha da artırılmasına öz töhfəsini verəcək.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai qeyri-tarif tədbirlərinin artırılması, ticarətə və davamlı inkişafa təsirlər, qeyri-tarif tədbirləri üzrə bildiriş mexanizmləri və şəffaflığın vacibliyi barədə danışıb.
Tədbirdə qeyri-tarif tədbirlərində özəl sektorun perspektivi, sanitar və fitosanitar prosedur maneələrinin azaldılması və tənzimləyici təcrübələr, Azərbaycanda qeyri-tarif tədbirləri üzrə məlumat toplama nəticələrinin təqdimatı, qeyri-tarif tədbirlərinin ticarətə və davamlı inkişafa təsirini təhlil etmək və qiymətləndirmək, Asiya-Sakit Okean hövzəsində ticarətin asanlaşdırılması və rəqəmsallaşdırılmasının sürətləndirilməsi, dayanıqlı ticarət üçün beynəlxalq standartlar, qeyri-tarif tədbirləri və onların beynəlxalq standartlarla əlaqəsi mövzusunda çıxışlar olub. Mövzularla bağlı müzakirələr zamanı təcrübə mübadiləsi aparılıb.
Qeyd edək ki, seminar dekabrın 11-dək davam edəcək.
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar öz işinə başlayıb


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!