Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə .....                        Fransada gözəllik salonuna qumbara atılıb - Yaralananlar var .....                        Ekrem İmamoğlunun qaynı həbs edilib .....                        Yolumuzu gözləyən var... .....                        Sabiq nazir müavininin meyiti tapıldı .....                        Bakıda şagird reanimasiyaya yerləşdirildi .....                        ABŞ İrana qarşı hərəkətə keçdi .....                        Masallıda ağır qəza - Ölən var .....                        Prezident Saleh Məmmədovu işdən çıxardı - YENİ TƏYİNAT .....                       
Tarix : 14-10-2019, 13:14
AQTA-nın nümayəndə heyəti Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ölkələr arasında qida təhlükəsizliyi, bitki sağlamlığı və baytarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə qida məhsullarının idxal və ixrac prosedurları ilə bağlı müzakirələrin aparılması məqsədi ilə oktyabrın 7-11-də Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub.
Butov.az-a verilən məlumata görə, səfər çərçivəsində Monteneqronun Qida Təhlükəsizliyi, Baytarlıq və Fitosanitar məsələlər Agentliyinin rəhbəri, xanım Vesna Dakoviç, Bosniya və Herseqovinanın Xarici Ticarət və İqtisadi Əlaqələr Nazirliyinin dövlət katibi Hambo Tinyak, eləcə də bu ölkənin Qida Təhlükəsizliyi Agentliyinin direktoru Djemil Hayriçin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib.
Görüşlərdə son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar barədə geniş məlumat verən Agentliyin Sədr müavini Rüfət Rüstəmzadə əhalinin sağlam və təhlükəsiz qidalanması istiqamətində qarşıya qoyulan vəzifələrdən danışıb.
Heyvanların identifikasiyası və qeydiyyatı sistemi, subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, bitki mühafizəsi vasitələrinin qeydiyyatı, sınağı və izlənməsi, qalıq miqdarlarının müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda sertifikatların qarşılıqlı tanınması, səlahiyyətli qurum və özəl laboratoriyalar arasında əməkdaşlığın qurulması, ixrac əməliyyatları üçün elektron sertfikatların verilməsi kimi vacib mövzuların müzakirə olunduğu ikitərəfli görüşlərdə gələcəkdə birgə təcrübə münadilələrinin həyata keçirilməsi ilə bağlı istiqamətlər müəyyən olunub.
Daha sonra nümayəndə heyəti Monteneqronun Podqoritsa şəhərində Qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar məsələlər idarəsinin, Ekotoksikoloji sınaqlar mərkəzinin, İxtisaslaşdırılmış baytarlıq laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olmuş və Nikşiç şəhərində yerləşən Qoranoviç ət müəssisəsinə baxış keçirmişlər.
AQTA-nın nümayəndə heyəti Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!