Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 31-10-2019, 13:10
AQTA-nın müasir  laboratoriyaları beynəlxalq təşkilatlara nümayiş etdirildi

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə infotur keçirilib. İnfoturda Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, UNICEF, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, BMT-nin İnkişaf Proqramı , İsveçrə səfirliyinin müvəqqəti işlər vəkili və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Cənubi Qafqaz əməkdaşlıq ofisinin rəhbər və nümayəndələri, eləcədə 30-a yaxın media nümayəndəsi iştirak edib.
Butov.az-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərini, ictimaiyyət nümayəndələrini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən AQTİ, Analitik Ekspertiza Mərkəzi və müasir standartlara uyğun laboratoriyaların fəaliyyəti, maddi-texniki bazası ilə yaxından tanış etmək, xarici ölkələrlə qida sahəsində genişlənən əlaqələrin əhəmiyyətinə diqqət çəkməkdir.
İnfotur çərçivəsində AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə iştirakçılara İnstitutun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, AQTİ-nin fəaliyyət istiqamətləri ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunmasıdır ki, bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində Bakı şəhərində 6, regionlarda 13 laboratoriya fəaliyyət göstərir. Laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi həyata keçirilir.
AQTİ-nin laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olan beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri ölkəmizdə bu sahədə yaradılan şəraiti yüksək dəyərləndirib, burada beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının ölkədə qida təhlükəsizliyinin təmin edilməsində rolunu xüsusi vurğulayıblar.
AQTA-nın müasir  laboratoriyaları beynəlxalq təşkilatlara nümayiş etdirildi


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!