Bərdədə faciə - nənə və nəvə dəm qazından öldüBərdədə faciəvi hadisə baş verib.
Rayonun Tumaslı kənd sakini Aytən Fətəliyeva və onun nəvəsi Sadiq Nəcəfov dəm qazından zəhərlənərək ölüblər.
Məlumata görə, nənə nəvəsini çimizdirərkən hamamda dəm qazından zəhərləniblər.
Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə morquna aparılıb, tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.