Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 25-11-2019, 12:26
Qida əlavələrinin təhlükəsizliyinə dair beynəlxalq seminar keçirilib

25 noyabr, 2019-cu il tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə təşkilatçılığı ilə Bakıda “Qida Əlavələrinin Təhlükəsizliyi” adlı beynəlxalq seminar keçirilmişdir. Butov.az-a verilən məlumata görə, seminarın keçirilməsində əsas məqsəd qida sənayesində qida əlavələrinin istifadəsində beynəlxalq təcrübələrin, metodologiya və təcrübələri müzakirə etməkdir. Ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi insan sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir, lakin bu təşəbbüsün həyata keçirilməsi son illərdə qlobal səviyyədə daha da çətinləşib. Çünki ərzaq məhsullarının istehsalı, emalı və konservləşdirilməsi daha da mürəkkəb xarakter alıb və bu da öz növbəsində qida əlavələrindən istifadəyə tələbatı artırıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnistitutunun sədr müavini Camal Quliyev və USAİD-in Azərbaycandakı missiyasının direktor əvəzi Eileen Louless seminar iştirakçılarını salamlamış və bu cür platformanın, informasiya mübadiləsi, təcrübənin paylaşılması, bilik və bacarıqların əldə edilməsi, eləcə də ərzaq məhsullarının istehsalı ilə məşğul olan sahibkarları cəlb etməklə müzakirələrin aparılması və xarici tərəfdaşlarla əməkdaşlığın qurulması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Tədbirdə təxminən 50 yerli istehsalçı və sahibkar, o cümlədən dövlət və beynəlxalq donor təşkilatlarının nümayəndələri iştirak ediblər. Forumda Türkiyənin Ankara və Qazi Universitetlərinin professorları, dietoloqların, AQTA, AQTİ və Kənd Təssərrüfatı Nazirliyinin nümayəndələri təqdimatla çıxış etmişdirlər.
Qida əlavələrinin təhlükəsizliyinə dair beynəlxalq seminar keçirilib
Qida əlavələrinin təhlükəsizliyinə dair beynəlxalq seminar keçirilib


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!