"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 14-02-2019, 14:44
“Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR

Bu gün, 14 fevral tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin ictimai müzakirəsinə dair dəyirmi masa təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda qida təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən təklif edilən “Qida Təhlükəsizliyi haqqında” qanun layihəsində göstərilən əsas prinsiplər və yanaşmalar barədə qida sənayesini təmsil edən maraqlı tərəfləri, eləcə də istehlakçıları məlumatlandırmaq, eyni zamanda, müzakirələrdə səsləndiriləcək fikir və rəylərin layihənin yekun variantında öz əksini tapmasıdır.
Azərbaycanda regional və beynəlxalq səviyyədə kənd təsərrüfatı –qida məhsulları ticarətinin inkişafı ölkə Prezidenti tərəfindən 6 dekabr 2016-cı il tarixlərində qəbul edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin əsasını təşkil edir. Azərbaycan qida məhsullarının beynəlxalq standartlara uyğun keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməsi vacib şərtlərdəndir. Bu baxımdan “Qida Təhlükəsizliyi haqqında” Qanunu islahatlar istiqamətində böyük bir addım kimi qiymətləndirmək olar. Azərbaycanın qida təhlükəsizliyi sistemini qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdıracaq və Aİ –nin ərzaq qanunvericiliyində göstərilən bütün əsas prinsipləri özündə əks etdirən yeni qanun qida sektorunda rəqabət qabiliyyətinin gücləndirilməsinə və qida təhlükəsizliyi sisteminin gücləndirilməsinə öz töhvəsini verəcəkdir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müşavir elçisi Simona Qatti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışı ilə açılan dəyirmi masada 2017-ci ildən etibarən qanun layihəsinin hazırlanmasında iştirak edən AQTA və Aİ mütəxəssislərinin qida təhlükəsizliyi ilə bağlı təqdimatları dinlənilib.
Q.Təhməzli çıxışında ölkə rəhbəri tərəfindən Agentliyin qarşısında qoyulmuş qısamüddətli və uzunmüddətli hədəflər və onların icrası istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Agentliyin qarşısında qoyulmuş uzunmüddətli hədəflərə, o cümlədən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan qida təhlükəsizliyi sisteminin qurulması, ölkədə istehsal olunan qida məhsullarının inkişaf etmiş bazarlara ixracının asanlaşdırılması məqsədilə qeydiyyat, sertifikatlaşdırma və nəzarət tədbirlərinin qarşılıqlı tanınmasına nail olunması, bu məqsədlə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, informasiya texnologiyalarının son nailiyyətlərindən və innovativ həllərdən istifadə etməklə qida zənciri boyu risk əsaslı nəzarət sisteminin qurulması, istehlakçıların hüquqlarının qorunması və sahibkarların mənafelərini qorumaqla qida təhlükəsizliyinin təmin edilməsi kimi hədəflərə çatmaq üçün “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2019-2025-ci illər üçün Dövlət Proqamı” layihəsi və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanmış və aidiyyəti qurumlara təqdim edilmişdir. AQTA sədri Dövlət Proqramının və Qanunun layihəsinin hazırlanmasında Agentliyin əməkdaşları ilə yanaşı, xarici və yerli ekspertlər və sahibkarların təmsilçilərin də iştirak etdiyini diqqətə çatdırmışdır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək bildirib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunun qəbulu kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən sahibkarlar üçün çox mühüm əhəmiyyət kəsb edir. “Bu gün kənd təsərrüfatı, qida məhsullarının istehsalı və satışı Azərbaycanda qeyri-neft sektorunun ən əsas sahələrindədir. Burada yaranmış münasibətlərin qanunvericilik səviyyəsində tənzimlənməsi sözsüz ki, münasibət iştirakçılarının da xeyrinə olacaqdır.” Daha sonra Məmməd Musayev, dəyirmi masanın əhəmiyyətinə toxunaraq, sahibkarları qanun layihəsinin müzakirəsində aktiv olmağa səsləyib.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müşavir elçisi xanım Simona Qatti “Qida təhlükəsizliyi haqqında” Qanunun Azəbaycanda qida təhlükəsizliyi ilə bağlı aparılan islahatlar baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğuladı və qeyd etdi ki, bu sahədə beynəlxalq təcrübənin tətbiqi, eyni zamanda Avropa qanunvericiliyi ilə uyğunluğun təmin edilməsi Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsinə, habelə Azərbaycanla Avropa Birliyi arasında qida və kənd təsərrüfatı məhsulları sahəsində ticarət dövriyyəsinin artırılmasına öz töhfəsini verəcəkdir. Xanım Qatti, həmçinin, bildirdi ki, hazırda Azərbaycanla Avropa Birliyi arasında yeni müqavilə üzrə aparılan danışıqlarda ticarət, xüsusilə sanitariya və fitosanitariya məsələləri dominant rol oynayır. Sonda xanım Qatti xatırladıb ki, Azərbaycanla Avropa Birliyi arasında qida təhlükəsizliyi, o cümlədən heyvan və bitki sağlamlığı sahəsində əməkdaşlıq 10 ildən artıqdır ki, mövcuddur və Avropa Birliyi bu tematik sahədə Azərbaycanla əməkdaşlığını davam etdirməyəkdən məmnundur. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların, habelə istehlakçı assosiasiyalarının iştirak etdiyi tədbirdə qanun layihəsi ilə bağlı müxtəlif rəy və fikirlər səsləndirildi. Müzakirə olunan bir sıra məsələlərin AQTA mütəxəssisləri tərəfindən yenidən nəzərdən keçirilməsi məqsədəuyğun hesab edildi.
Qeyd edək ki, aparılan müzakirələrin proqramı Avropa İttifaqının "Qida və qida təhlükəsizliyi sahəsində rəsmi nəzarətin həyata keçirilməsi üçün Azərbaycan Hökumətinin institusional bacarıqlarının gücləndirilməsi" layihəsinin texniki dəstəyi ilə işlənib hazırlanmışdır. Bu layihə Azərbaycanla Avropa İttifaqı arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya siyasəti sahəsində 10 ildən artıq davam edən əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Tərəflər müvafiq qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə hüquq və vəzifələrinin həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsinin, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində səylərin artırılmasının, eyni zamanda əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi ilə bağlı birgə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.
Anlaşma memorandumunda qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyinə dair qanunvericiliyin tələbləri ilə bağlı maarifləndirilməsi istiqamətində birgə tədbirlərin təşkili, sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində texniki və metodiki dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
“Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR
“Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR
“Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR
“Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!