Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 16-12-2019, 14:32
Nazir dünya üçüncüsü olan şagirdə medalını təqdim etdi
Ümumdünya Poçt İttifaqı (ÜPİ) 48 ildir ki təşkilata üzv ölkələrin poçt administrasiyaları ilə birgə ümumtəhsil məktəbliləri arasında epistolyar (məktub şəklində yazı) inşa müsabiqəsi keçirir. Ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin fevral ayında start verilən növbəti epistolyar inşa müsabiqəsi uğurla baş tutub. Müsabiqədə iştirak üçün 20 min 722 inşa yazısı təhvil verilib.
Butov.az xəbər verir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, builki müsabiqəyə Ümumdünya Poçt İttifaqı tərəfindən “Öz qəhrəmanın haqqında məktub yaz” mövzusu (15 yaşa qədər olan məktəblilər üçün), “Azərpoçt” MMC tərəfindən isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusu təklif edilib. Birinci mövzu üzrə Bakı şəhəri, 132-134 saylı təhsil kompleksinin 8-ci sinif şagirdi Dadaşova Leyla Elnur qızı qalib elan olunub.
Ümumdünya Poçt İttifaqının təklif etdiyi mövzu üzrə Azərbaycanda 1-ci yeri tutan Dadaşova Leyla Elnur qızına məxsus inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının İsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilib. Müsabiqənin şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunub. Sonda 3 əsas qalib müəyyən edilib. Sevindirici haldır ki, dünya üzrə 3 əsas yerin qaliblərindən biri Azərbaycan məktəblisi Leyla Dadaşova olub və o, 3-cü yerə layiq görülüb. Bu nəticəyə görə azərbaycanlı şagird bürünc medal qazanıb. Qalib məktəblinin bürünc medalını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ona təqdim edib.
Qeyd edək ki, azərbaycanlı məktəbli yazdığı inşanı müasir dövrün ən məşhur fizik-nəzəriyyəçilərindən olan Stiven Hokinqə həsr edib. Yazıda hərəkət və danışıq qabiliyyətini itirməsinə baxmayaraq böyük uğurlar əldə edən alimin hər kəsə nümunə olmasından bəhs olunur. Müəllifin bu mövzuya müraciət etməsinin səbəbi isə qardaşının autizm sindromundan əziyyət çəkməsidir.
Məlumat üçün bildirək ki, “Azərpoçt” MMC 1993-cü ildən etibarən Ümumdünya Poçt İttifaqının üzvüdür. Leyla Dadaşova ÜPİ-nin təşkilatçılığı ilə 48 ildir keçirilən bu yarışmada qalib olan ilk azərbaycanlıdır.
Nazir dünya üçüncüsü olan şagirdə medalını təqdim etdi
Nazir dünya üçüncüsü olan şagirdə medalını təqdim etdi


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!