“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                       
Tarix : 27-12-2019, 11:24
MEK öz fondlarında olan və Abdulla Şaiqin Mənzil Muzeyi tərəfindən verilən sənədləri rəqəmsallaşdırıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Abdulla Şaiqin Mənzil Muzeyi görkəmli şair, ədəbiyyatşünas, dramaturq, ictimai xadim, Əməkdar incəsənət xadimi, müəllim, publisist Abdulla Şaiqin yaradıcılığına dair fondlarını elektron kataloq və elektron bazada birləşdirərək mübadilə ediblər. Bazada 100-dən artıq kitab və 50-dən artıq məqalə yer alır.
Butov.az-a verilən məlumata görə, tədbirdə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, yazıçının nəvəsi Ülkər Talıbzadə, fond müdiri Səidə İsmayılova, böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva və MEK-in kollektivi iştirak ediblər.
Ülkər Talıbzadə MEK-in Rəqəmsallaşdırma və Kitabxana-Xidmət şöbələrinin əməkdaşlarına təşəkkür edərək kitabxana ilə muzey arasında əlaqələri yüksək qiymətləndirib, rəqəmsal sənədlərin şairin əsərlərinin gələcək nəsillər üçün qorunub saxlanılması işində əhəmiyyətindən danışıb.
MEK direktoru Leyla İmanova rəqəmsallaşdırılmış sənədlərin kitabxananın Milli Rəqəmsal Yaddaş bazasında 20000-ə yaxın sənəd arasında yer aldığını və mühafizə olunduğunu, qurulmuş əməkdaşlıqdan MEK kollektivinin də məmnun qaldığını və görülmüş işin Azərbaycanın milli sərvəti olan Abdulla Şaiqin xatirəsinə kiçik töhvə olduğunu bildirib.
Sonra MEK-ə A.Şaiqin Mənzil Muzeyi tərəfindən tərtib olunan “İbrət və müqabilə, yaxud ümmətlər ixtilafı” , “Əgər Şaiq olmasaydı” və Kamal Talıbzadənin yaradıcılığına həsr olunan “Kamal Talıbzadə. Kübarlıq məktəbi” adlı kitablar təqdim olunub.
Sonda qonaqlar Kitabxana-xidməti və Rəqəmsallaşdırma şöbələrinin fəaliyyəti ilə yaxından tanış olublar.
MEK öz fondlarında olan və Abdulla Şaiqin Mənzil Muzeyi tərəfindən verilən sənədləri rəqəmsallaşdırıb


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!