Əbədiyaşarları yaşadanlar .....                        Bakıda yanıq xəsarətləri alan qadın öldü .....                        Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir .....                        Azad edilən fələstinli məhbuslar Ramallah və Qəzzaya aparıldı .....                        Üç qardaş ölkənin spikerləri nələri müzakirə etdilər? .....                        Şimşək çaxacaq, leysan yağış yağacaq - Hava xəbərdarlığı .....                        Ərdoğanın Misir səfərində gərgin anlar: təyyarə ikinci cəhddə yerə endi .....                        Əhali içki və siqaretə 2 milyard manat xərcləyib .....                        Qəzzada Azərbaycanın köməyindən istifadə olunacaq .....                       
Tarix : 2-03-2021, 16:09
Yaponiya agentliyi Qarabağdakı quruculuqdan yazdı
Yaponiyanın nüfuzlu JIJI PRESS agentliyi Azərbaycanın Ermənistan ordusunun işğalından azad edilmiş ərazilərində aparılan böyük quruculuq işləri barədə məqalə yayıb.

Butov.az Publika.az-a istinadən xəbər verir ki, “Böyük aeroportun inşası Azərbaycanın Dağlıq Qarabağ regionuna nəzarətini daha da gücləndirəcək” adlı məqalədə ötən ilin payızında baş vermiş Vətən müharibəsi barədə məlumat öz əksini tapıb. Qeyd edilib ki, Azərbaycanın qələbəsi və 30 ilə yaxın bir dövrdə Ermənistan ordusunun işğalı altında olan torpaqların azad edilməsi regionda böyük quruculuq işlərinə şərait yaradıb. Belə obyektlərdən biri kimi Füzuli aeroportunun xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Azərbaycanın möhkəm etnik əlaqələrə malik olduğu Türkiyənin dəstəyi ilə inşa edilən yeni aeroportun strateji əhəmiyyət daşıdığı, Ermənistanın işğalçı siyasətinə qarşı yönəldiyi də yazıda qeyd edilir.

Bildirilir ki, tikinti işləri ötən ilin sentyabr-noyabr aylarında baş tutmuş müharibə nəticəsində azad edilən Füzuli rayonu ərazisində aparılır. Agentliyin müxbirinin həmin əraziyə fevralın 27-də səfəri zamanı burada ağır texnikanın işləməsinin şahidi olduğu qeyd edilir.

Bu ərazidə Azərbaycan hökumətinin qərarı ilə inşa edilən uçuş-enmə zolağının 3 min metr uzunluğunda olacağı, beynəlxalq status daşıyacağı qeyd edilir. Məqalədə Füzuli rayonunun coğrafi mövqeyinə də xüsusi diqqət yetirilir. Bildirilir ki, Dağlıq Qarabağın cənub-şərqində yerləşən Füzuli rayonu 1993-cü ildə erməni işğalçıları tərəfindən ələ keçirilib. Bu ərazidə yaşayan insanlar qovulub, yaşayış məskənləri isə dağıdılıb. Bildirilir ki, hazırda inşa edilən aeroportun kənarında dağılmış evlər, üzüm tarlalarının qalıqları aydın görünür.

Məqalədə aeroportun yaxınlığında yarımstansiya və magistral yolun da inşa edildiyi qeyd edilir. Bu magistral yol aeroportu Dağlıq Qarabağın əsas yaşayış məntəqəsi hesab olunan Şuşa şəhəri ilə birləşdirəcək. Yolun inşası isə 2022-ci ilədək yekunlaşacaq.

Yazıda, həmçinin vurğulanır ki, aeroportun fəaliyyətə başlaması Azərbaycanın Ermənistan qarşısında havada üstünlüyünü daha da möhkəmləndirəcək. Bundan əlavə, qonşu İranla da əlaqələrin inkişafına təsir göstərəcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!