Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 15-12-2014, 11:05
Olduğu kimi

Yubilyar haqqında məqaləni adətən təriflə pozmaq istəyəndə hələ orta məktəbdə eşitdiyim lətifəni xatırladım. Söyləmişdilər ki, bir azərbaycanlı ləzgi ilə təsadüfən yol yoldaşı olur. Quru çörəkləri varmış. Rastlaşdıqları çobandan süd alırlar. Azərbaycanlı deyir ki, təsadüfən xurcunumda kasa da var. Çörək qurudur, gəl onu doğrayaq, yeyək. Ləzgi qardaşımız isə qətiyyətlə “etiraz edib”, hiss etdirir ki, heç elə söhbət yoxdur, yaxşısı budur ki, ”Əncüman xornəçi”.
O,deyir, bu deyir, axırda əlbəyaxa olub, bir-birlərinin başını yarırlar. Yoldan başqa bir azərbaycanlı da keçirmiş. Dava –dalaşın səbəbini soruşur. Azərbaycanlı deyir ki, çörəyimiz də, südümüz də, kasamız da var. Çörəyi doğrayıb yemək gərəkdir. Ancaq nə billah edirəmsə ləzgi razılıq vermir ki, vermir.
-Bəs o nə deyir?
-Heç bilirəm ki, elə “Əncüman xornəçi”deyib durur.
-Daha bəsdir, nahaq yerə bir-birinizi qana qəltan etməyin.
Elə ikiniz də eyni sözü deyirsiniz. İntəhası hərəniz öz dilinizdə...
Akif Rüstəmovla dilimiz bir olsa da, səbrimiz başqa-başqadır. Darhövsələnin biridir. Bir də görürsən ki, cümlənin xəbərini gözləməyə səbri çatmır, başlayır qarşısındakı ilə mübahisəyə, onu ancaq xeyli əsəbləşdirəndən sonra izah etmək olur ki, müəyyən məsələyə münasibətdə, ziddiyyət nədir, hələ heç adi fərq də yox, düz, əksinə, tamamilə fikir eyniliyi var.
Tərsliyi ilə də seçilir. Russayağı “Net”dedi, qurtardı getdi, fikrindən dönüb səninlə razılaşması müşkül məsələyə, müəmmaya çevrilir.
Qoy görüm daha nə qəribəliyi var. Hə, yadıma düşdü. Özünün adi sandığı hər hansı işi bizim bacardığımızı görəndə heyrətlənir, hirslənir. Belə münasibət vaxtilə məşhur əsərin qəhrəmanlarından olan doktor Vatsona da qəribə görünüb. Tanınmış xeyriyyəçi Şerlok Holms özünə adi görünən işlərin dostunun bilməməsinə bərk təəccüblənib.
Bu mənada bir dəfə onu xatırlamışam ki, ustad yazıçı Konan Doyl gör hələ neçə onillər bundan qabaq doktor Vatsonun simasında sənin bədii obrazını yaradıb.
Bizim kiçik kollektivimizdə Akif Rüstəmovu yəqin ki, hamıdan yaxşı mən tanıyıram. Bunun iki səbəbi var. Əvvəla Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində işləməyə, hörmətli müəllimimiz Şirməmməd Hüseynov istisna olmaqla, hamıdan əvvəl-1967-ci ildə biz gəlmişik.
İkinci səbəb daha mühümdür və bir qədər ətraflı izah tələb olunur.
Atalarımız səfər yoldaşlığını adamı tanımaq üçün ən mühüm vasitə hesab edib. Çünki belə hallarda insandakı mənfi və müsbət əlamətlər istər-istəməz üzə çıxır və deməli, fikir tamamilə doğrudur.
Ancaq zənnimcə adamı yaxşı tanımağın ən gözəl vasitələrindən biri də məhz onun tabeliyində işləməkdir. Niyə? Çünki özündən böyüklərə , işi keçənlərə, bəlkə də, hamı xoş görünməyə çalışar. Halbuki nəciblik humanizm vəzifəcə özündən kiçiklərə diqqət və qayğıda, xoş münasibətdədir.
Əgər belə demək mümkünsə mən düz on səkkiz il Akif Rüstəmovun tabeliyində işləmişəm. Bəli, o, on il bizim məktəbdə, səkkiz il dərs dediyim özəl ali məktəblərdə dekan olub. Həm də necə dekan? Deyərdim ki, ideal qüsursuz dekan. Fikirləşəndə onun yerinə mənim ürəyim qürurla döyünür. Həmin illərdə onda zərrə qədər əda, təkəbbürlük olmayıb, bir kimsəyə səsinin qaldırdığını eşitməmişəm. Tanıyıb-tanımadıqlarına bacardığı, əlindən gələn köməyi əsirgəməyib. Kömək edə bilmədiyi tələbə üçün, təəssüfləndiyi, hətta kövrəldiyi də olub. Sanki yaşadığımız həyatın özü kimi elə vəzifənin də müvəqqəti, gəldi-gedər olmasını gündəlik şəkildə özünə diqtə edib. Təsadüfi deyil ki, onun bu günü kimi elə keçmişindən də hamı hörmət və razılıqla söz açır. Xüsusən ilk növbədə mən özüm. Çünki köməyini, xeyirxahlığını az görməmişəm. Həm də qətiyyən kinli deyil, özünə olan pislikləri də çox tez və asan unudur. Həddindən artıq işgüzar və zəhmətsevərdir. Jurnalistikanın əsaslarını tələbələrə həvəs və məhəbbətlə öyrədir. Çoxlu elmi məqalənin, ”Jurnalistika”adlı iki cilddən ibarət dərs vəsaitinin və bir sıra başqa kitabların müəllifidir. Əsil arxivçi, tədqiqatçı, səriştə və sahmanı ilə yaradıcılığını davam etdirir. Bunu demək kifayətdir ki, təkcə bu il ona yaxın elmi məqalə yazıb və əksəriyyətini qəzet və jurnallarda çap etdirib...
Zəhmətkeş dostumuza bütün kollektivimizin adından uzun ömür, can sağlığı, daha böyük uğurlar arzulayıram.
Bir də xarakterinin olduğu kimi təsvirinə görə bağışlasın məni.
Olduğu kimi
Mahmud MAHMUDOV
Bakı Dövlət Universiteti jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!