Tramp 350 demişdi, Zelenski 100 deyir .....                        Lavrov Türkiyədə .....                        Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ .....                        BDU tələbələrinin nəzərinə! - Sabah dərslər... .....                        “Mançester Siti” öz meydanında məğlub oldu .....                        Bakıda taksi qiymətləri kəskin artıb .....                        Kansler məğlub olduğunu etiraf etdi .....                        Sabah universitetlərdə dərslər onlayn olacaq .....                        Almaniya seçkiləri: ilkin nəticələr məlum oldu .....                       
Tarix : 25-11-2015, 09:21
Mağazadan aldığınız xamalar sizi necə zəhərləyir - FOTO



Şüşə qabda xama istehsal edən yerli bir şirkətin reklam çarxı bizi xama bazarının qablaşdırmasını araşdırmağa vadar etdi. Əlində plastik smetan qabı tutan uşağın “Yox, yemə, plastik ziyandır!” deməsinin qanunvericiliyə nə dərəcədə doğru olduğunu araşdırmaq istəyirdik ki, tamamilə fərqli nəticə ilə rastlaşdıq!

İnternetdə sadəcə bir “səyahət”lə bizə aydın oldu ki, demə, bu gün Azərbaycan istehlakçısına təqdim edilən xamanın plastik qabları təhlükəli hesab edilən və həyatımızdan çıxarılması tövsiyə olunan növdəndir.

Mağazada istədiyiniz bir plastik qablı xamanı götürün və altındakı işarəyə baxın. Azərbaycan bazarında istehlakçıya təqdim olunan istər xarici, istərsə də yerli istehsallı, demək olar ki, bütün xamalar 06 və ya 6 ilə nömrələnmiş PS - polistirol plastiki ilə qablaşdırılıb. Halbuki PS – polistirol tərkibindəki stirolun ayrıla bilməsi səbəbindən polivinilxloriddən – PVC-dən sonra ikinci təhlükəli plastik hesab olunur.

ABŞ-ın Qida və Dərman Administrasiyasının təhlükəli maddələr sırasına saldığı stirolla bağlı illərdir ki, araşdırmalar aparılır. Onun kansirogen (xərçəng yaradıcı) xüsusiyyəti, endokrin vəzinə dağıdıcı təsiri təsdiqini tapmış faktlardandır. Stirolun polimerləşməsi nəticəsində alınmış PS-in tərkibindən insan orqanizminin qəbul edə biləcəyi monomerin ayrılması şübhələri həm ABŞ-ın, həm də Avropanın bir sıra tədqiqat institutlarının və laboratoriyalarının analiz və araşdırma mövzuları olub və hazırda da davam edir. Bu səbəbdən hətta polistirolun istifadə olunduğu sahələrdə imkan daxilində əvəzləyici təhlükəsiz plastiklərə, məsələn nisbətən bahalı polipropilenə (PP – 05) keçmək tövsiyə olunur.

Beynəlxalq Həyat Elmləri İnstitutunun (ILSI) Avropada Qablaşdırma üzrə İşçi Qrup üçün hazırladığı hesabatda polistirolun soyuq qida ilə bir neçə gündən bir neçə həftəyədək, isti qida ilə isə çox qısa bir müddətə təmasda ola biləcəyi göstərilir. Hesabatda yüksək yağlılıq dərəcəsi olan məhsulların saxlanması üçün polistirolun qəbuledilməz olduğu bildirilir. Eləcə də, istənilən məhsulun uzun müddətə saxlanması üçün PS qablaşması tövsiyə edilmir. Burada temperaturun arta biləcəyi ehtimalı da nəzərdən qaçmamalıdır. Belə ki, tərkibindəki monomerlərin ayrılması üçün polistirola 70 C temperatur kifayətdir. Halbuki qida saxlanması üçün tövsiyə olunan digər plastikdə - polipropilendə bu istiyədavamlılıq temperaturu 120 C-dir. (Hesabatlarla ətraflı buradan tanış ola bilərsiniz: http://www.ilsi.org/Europe/Publications/R2002Pac_Mat2.pdf; http://ec.europa.eu/food/food/chemicalsafety/foodcontact/practical_guide_en.pdf)

İndi isə nəzərə alaq ki, Azərbaycan istehlakçısına təqdim olunan, xalis qaymaqdan hazırlandığı iddia edilib, 20-25 faiz yağlılıqda verilən xama məhsulu aylarla saxlama müddəti ilə istehsal edilir. Məhsulun potensial təhlükəsi insanı qorxudur!

Qeyd edək ki, plastik materiallar indeksləşdirilərək 1-dən 7-dək nömrələnir. Bu nömrələr plastikin hansı dərəcədə geridönüşlü olduğunu göstərmək üçün olmaqla bərabər, bizə onu tanımaq imkanı verir. Nömrələr üçbucaq içərisində yazılır (01 və ya 1, 02 və ya 2 və s.), yanında plastikin qısaldılmış adı da, məsələn (01) PET (PETE), (02) HDPE, (03) PVC (və ya V), (04) LDPE, (05) PP, (06) PS, (07) OTHER (və ya O – yəni digər) verilir.

Bu gün Azərbaycanda laboratoriya şəraitində plastik qablaşmanın tərkibindən məhsula maddələrin keçib-keçməməsini araşdırmağa ciddi ehtiyac var. Hələlik isə, sadəcə, PS qablaşmalı uzun saxlama müddətli yağlı məhsullardan - əsasən də, bu sahədə öndə olan xamadan imtina etmək lazımdır. Təbii ki, öz laboratoriyalarımızda bu plastikin tərkibindən zərərli maddənin ayrılması ilə bağlı analiz və tədqiqat nəticələri aparılmayınca, onlara verilmiş uyğunluq sertifikatları da etibar doğurmur. İstehsalçılar isə şüşə qabda süd məhsulu istehsal etməyi özləri üçün bahalı hesab edirlərsə, heç olmasa, təhlükəli sayılmayan PP 05 – polipropilendən qablaşdırma kimi istifadə edə bilərlər.


Mağazadan aldığınız xamalar sizi necə zəhərləyir - FOTO
Mağazadan aldığınız xamalar sizi necə zəhərləyir - FOTO
Mağazadan aldığınız xamalar sizi necə zəhərləyir - FOTO
Mağazadan aldığınız xamalar sizi necə zəhərləyir - FOTO
Mağazadan aldığınız xamalar sizi necə zəhərləyir - FOTO
Mağazadan aldığınız xamalar sizi necə zəhərləyir - FOTO
Mağazadan aldığınız xamalar sizi necə zəhərləyir - FOTO





Faktxeber.com


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!