Parkda anasına 8 bıçaq zərbəsi endirdi - Həbs edilmədi .....                        Məsciddə terror aktı - 44 nəfər öldü .....                        Filiz Akın vidasız dəfn edilib .....                        İmamoğlu polisə ifadəsində nələr danışıb? - TƏFƏRRÜAT .....                        Gəncədə zəncirvari qəza - Yaralılar var .....                        İmamoğlunun terror istintaqına ifadəsi yekunlaşdı .....                        82 yaşlı qadın su kanalında boğuldu .....                        Naxçıvanda dönərdən kütləvi zəhərlənmə .....                        Türk kinosunun əfsanəsi öldü .....                       
Tarix : 9-01-2024, 17:33
Zəngilan və Qubadlıda iştirak edəcək seçicilərin sayı açıqlandı


Zəngilan və Qubadlıda iştirak edəcək seçicilərin sayı açıqlandı

Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi Zəngilan və Qubadlı rayonlarında 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə 4 məntəqədə keçiriləcək. Həmin məntəqələrdən 3-ü Zəngilan, 1-i isə Qubadlı rayonu ərazisində yerləşir.
Bu barədə Dairə Seçki Komissiyasının sədri Əli Mönsümov açıqlama verib.
Bildirib ki, dairə üzrə Zəngilan və Qubadlı rayonlarında yerləşən seçki məntəqələrində səsvermə prosesinə hazırlıq işləri gedir. Məntəqələrdən biri Zəngilanın Ağalı kənd tam orta məktəbində yerləşən 33 saylı seçki məntəqəsidir. Bu günə qədər həmin məntəqə üzrə 994 seçici qeydə alınıb ki, onlardan da səsvermə hüququ olan 603 nəfər Ağalıda məskunlaşan sakinlərdir. Kənd üzrə ilk dəfə səsvermədə iştirak edənlərin sayı isə 31 nəfərdir. Ən yaşlı seçici isə 1933-cü il təvəllüdlüdür.
Əli Mönsümovun sözlərinə görə, 33 saylı seçki məntəqəsinə yaxın ərazilərdə çalışan işçilər də bu məntəqədə səsvermədə iştirak edə biləcəklər. Zəngilan rayonu ərazisində çalışan işçilərin səsvermədə iştirakı üçün fəaliyyət göstərəcək digər seçki məntəqəsi Alıbəyli kəndi ərazisində yerləşən 61 saylı məntəqədir. Bu günədək məntəqə üzrə 570 nəfər seçici qeydə alınıb. Üçüncü seçki məntəqəsi isə Ağbənd qəsəbəsindəki 62 saylı seçki məntəqəsidir və burada 561 seçicinin qeydiyyatı aparılıb.
125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin Qubadlı rayonu üzrə fəaliyyət göstərəcək seçki məntəqəsi isə Xanlıq kəndi ərazisində yerləşən 63 saylı seçki məntəqəsidir və bu günədək məntəqə üzrə 1466 seçici qeydiyyata alınıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!