Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 22-06-2024, 12:19
Vətən müharibəsinin qazisi iş istəyir: Kömək edən yoxdur


Vətən müharibəsinin qazisi iş istəyir: Kömək edən yoxdur

30 ildən çox düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad olunacağı günü hamımız səbirsizliklə gözləyirdik. Birinci Qarabağ müharibəsi zamanı ermənilərin azərbaycanlıların başına gətirdiyi müsibətlər kiçikdən böyüyə hər kəsdə düşmənə nifrət hissini gücləndirmişdi. Hamı savaşın bir gün başlayacağını bilirdi. Nəhayət səbirsizliklə gözlədiyimiz o an gəlib çatdı. 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başladı.
Vətən müharibəsinin başlanmasına isə şübhəsiz ki, bir qədər əvvəl - 2020-ci ilin iyulunda baş verən Tovuz hadisələri təsir etdi. O hadisələrdə ordumuzun ən nümünəvi generalı Polad Həşimovun qəhrəmancasına şəhid olmağı kiçikdən böyüyə hamını sarsıtdı və qisas hissini alovlandırdı. General-mayor Polad Həşimovun şəhidliyindən sonra hər kəs, xüsusən gənc nəslin nümayəndələri Ali Baş Komandana müraciət edib könüllü şəkildə ordu sıralarına qatılmaq istəyini bildirdilər.
Prezident İlham Əliyev 2020-ci ilin sentyabrında qismən səfərbərlik haqqında fərman imzaladı. Bu fərmanı səbirsizliklə gözləyən 1000-lərlə gənclərdən biri də Lənkəran şəhər sakini Zəkiyev Arzuman Bayram oğlu idi.
O, iki azyaşlı övladını həyat yoldaşına və doğmalarına əmanət edib böyük ruh yüksəkliyi ordu sıralarına qatıldı.
“Mən Zəkiyev Arzuman Bayram oğlu 27 mart 1985-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Ailədə iki qardaşıq. Ata-anam vəfat edib. Ailəliyəm, iki övladım var. Hazırda rayonun Şiləvar kəndində yaşayıram.
1991-ci ildə Birinci Qarabağ müharibəsi başlayan zaman mənim 6-7 yaşım var idi. Amma Vətənimin insanlarının başına gətirilən müsibətləri anlayırdım. Bunun qisasını almaq məndə uşaqlıqdan yaranmışdı.
2020-ci ildə Vətən müharibəsi başlayanda mənim 36 yaşım var idi. Milli Qəhrəman, general-mayor Polad Həşimov şəhid olan zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələri Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq adımı könüllü kimi ordu sıralarına yazdırdım. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə könüllü olaraq yola düşdüm. 1990-cı illərdə yaşanan müsibətlərin qisasını almaq mənə də qismət oldu.
Müharibədə Fizuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində döyüşdüm, “Laçının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları təltif olundum.
Müharibə zamanı Laçın istiqamətində döyüş əməliyyatları zamanı ayağımın üst daraq sümüyü sınığı və minamyot travması almışam. Bununla bağlı səhra hospitalında müalicə alıb yenidən ön cəbhəyə qayıdaraq, aktiv döyüşlərə qatılmışam.
Vətən müharibə başa çatdıqdan bir neçə gün sonra ordu sıralarından tərxis olunmuşam.
Müharibə vaxtı banka borcum var idi. Müharibədən gələnə qədər banka borcum və faizi dondurulub, amma sonra borcun ödənilməsi tələb olunub. Həmin vaxt hərbi xidmətdən təzə gəldiyimi, müharibədə aldığım travma və streslərin hələ aradan qalxmadığını deyib dəfələrlə imkanımın olmaması barədə Lənkəran Şəhər İcra Hakimiyyətinə və digər aidiyyati qurumlara müraciət etsəm də, heç bir nəticəsi olmadı. Əksinə, təkidlə və hətta xəbərdarlıqla borcumun ödənilməsi tələb olunub.
Mən hazırda iki azyaşı uşağımla 2 otaqlı rütübətli şəraitsiz evdə yaşayıram, əgər ona ev demək olar. Bununla da bağlı dəfələrlə Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət etmişəm amma müraciətlərimin heç birinə cavab almamışam.
İşsizliklə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə, Dövlət Məşğulluq Agentliyinə və digər dövlət qurumlarına müraciət etmişəm. Amma indiyə kimi heç bir işlə təmin olunmamışam, mənə hər hansı güzəşt və yardım olunmayıb. Təkcə iş və özünüməşğulluqla bağlı dəfələrlə Dövlət Məşğulluq Agentliyində olmuşam, təəssüf ki, bu günə kimi heç bir cavab almamışam.
Əgər belə demək mümkündürsə, işsizliklə bağlı müraciətlərim sadəcə olaraq kağız üzərində qalıb, vədlər verilib, yerinə yetirilməyib.
Hazırda fərdi əməklə məsğulam, dost-tanışların işi olanda günəmüzd fəhlə işləyirəm. O da 5 gün olur, 20 gün olmur. Demək olar ki, günü günə calıyıb yaşayırıq”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!