İstefa verməyə hazıram - Zelenski .....                        Ərdoğan onlara partiyada yüksək vəzifə verdi .....                        Pakistanın Baş naziri Azərbaycana gəldi .....                        Bu gün avtobuslar 21:00-a kimi işləyəcək .....                        Rusiyada çoxmərtəbəli binanın yanında partlayış .....                        Yataqxanada yanğın - VİDEO .....                        Su anbarında batan 26 yaşlı gəncin meyiti tapıldı .....                        Ərdoğan yenidən AK Partiyanın sədri seçildi .....                        Külək güclənəcək - XƏBƏRDARLIQ .....                       
Tarix : 14-01-2025, 14:50
Xəzər dənizində "kabus adaları" üzə çıxdı - AÇIQLAMA


Xəzər dənizində "kabus adaları" üzə çıxdı - AÇIQLAMA

Məlum olduğu kimi, ABŞ-nin NASA Kosmik Agentliyinə məxsus Landsat 8 və 9 kosmik gəmisi 2022-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayınadək Xəzər dənizinin sahil zolağında tədqiqatlar aparıb və bununla da “xəyali” adanın kəşfinə kömək edib. Onun Azərbaycanın şərq sahillərindən 25 kilometr uzaqda yerləşdiyi məlum olub.
Alimlər tərəfindən “Görünməz Ada”, yaxud "Kabus" adlandırılan bu ada 2023-cü ilin əvvəlində baş vermiş Kumani palçıq vulkanının həddindən artıq püskürməsindən sonra Xəzər dənizinin sularında yaranıb. 2024-cü ilin sonuna qədər demək olar ki, tamamilə bulanıqlaşıb, gözdən itib.
İnternetdə bu ada “xəyali ada" adlanır, çünki o, qədim nağıllarda və dəniz quldurları haqqında əfsanələrdəki məşhur adalar kimi dəniz sularında yoxa çıxıb.
Tədqiqatçılar azı bir neçə dəfə Kumani palçıq vulkanının kifayət qədər güclü püskürmələrini qeydə alıblar, bu zaman oxşar müvəqqəti adalar yaranıb. İlk rəsmi qeydə alınmış püskürmə 1861-ci ildə baş verib.
Sonra Kumaninin səkkiz püskürməsi qeydə alınıb ki, partlayışlar nəticəsində iki gündən çox olmayan və müxtəlifölçülü müvəqqəti adalar yaranıb.
Bu günə qədər ən güclü püskürmə 1950-ci ildə qeydə alınıb. Bu hadisə nəticəsində 700 metr eni və altı metr hündürlüyü olan müvəqqəti ada yaranıb.
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Əmir Əliyev bildirib ki, belə hadisələrə Xəzər dənizində rast gəlinməsi birinci dəfə deyil:
“Ümumiyyətlə Xəzərdə Abşeron arxipelağında yerləşən kiçik adaların hamısı vulkanik mənşəlidir. Həmin adalar ərazidə baş verən vulkanik proseslər nəticəsində yaranıb. Bildiyimiz kimi, Azərbaycanın həmin ərazisi palçıq vulkanlarına görə dünyada birincidir. Orada belə hadisələr mütəmadi olaraq olur”.
Müsahibimizin sözlərinə görə, dənizin altından qalxmış torpaq parçası bankə adlanır:
“Elə Neftçala rayonundakı Bankə qəsəbəsinin adı da buradan gəlir. Həmin qəsəbə də vaxtilə suyun altında olub. Dəniz səviyyəsinin çəkilməsi nəticəsində bu torpaq parçası üzə çıxıb. 2000-ci illərdə dedilər ki, Buzovnada ada əmələ gəlib. Biz 2 gün gecikdik, gedəndə artıq dedilər ki, ada çəkilib. Bunlar dənizin qırağında yeraltı zəlzələlər baş verən zaman gedən proseslərin nəticələridir. Ortaya çıxan adaların nə qədər müddət su üzərində qalması isə dəqiq olmur. Xüsusilə Kosmosdan bu proses müşahidə edilə bilir. Xəzər dənizinin 1995-ci ildən bu günə qədər səviyyəsi təxminən 2.4 metr aşağı düşüb. Ona görə də Xəzərin dibində olan relyef müxtəlifliyi üzdə müşahidə olunur. Bu hadisələr bəzən təhlükə də yarada bilir. 2 il əvvəl bənzəri bir hadisə zamanı qaz püskürməsi nəticəsində yanğın baş vermişdi”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!