Yarım tonluq kosmik aparat Yerə yaxınlaşır - Siyahıda Azərbaycan da var .....                        Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü - VİDEO .....                        Turçinin Azərbaycana səfəri başa çatdı .....                        Güclü yağışa görə bu yolda problem yarandı .....                        Pezeşkiandan sonra Netanyahu ilə danışdı .....                        İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verdi .....                        Almaniyada yeni kansler .....                        Bakıda yaşayış binasında yanğın söndürüldü .....                        Avropadan Rusiyaya yeni sanksiyalar .....                       
Tarix : 2-09-2013, 14:08
Sabirabad sakini polisi və özünü yandırdı


Kürdəmir rayonunun Sığırlı kəndində dəhşətli cinayət hadisəsi baş verib. “Teleqraf.com”un yaydığı məlumatda bildirilir ki, Sığırlı kənd sakini sahə müvəkkilini və özünü yandırıb. Buna onların arasında mübahisə yaranması səbəb olub. Məlumata görə, Sığırlı kənd sakini sürücüdür. Sahə müvəkkili onun avtomobilini yoxlayıb. Avtomobildə benzin qabları olub və sahə müvəkkilı onun daşıdığı yanacaqla maraqlanıb. Bu zaman onların arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən sürücü avtomobildəki benzini özünün və sahə müvəkkilinin üstünə tökərək od vurub. Hadisə nəticəsində hər iki şəxs III dərəcəli yanıq xəsarəti alıb. Vəziyyəti ağır olan sürücü və sahə müvəkkili rayon xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, bu məlumat şişirdilib və təhrif edilib. Rəis müavini deyib ki, əslində Kürdəmir rayonunun Ərəbqubalı kəndinin sahə müvəkkili kəndin yaxınlığında qanunsuz neft yanacaq məhsullarının satılması barədə məlumat əldə edir. Neft məhsullarını satan isə Sabirabad rayonunun Cavadkənd sakini Zabit Ağayev olub. O, dövlətə məxsus UAZ markalı maşınla qablara yığılmış dizel yanacağını yol kənarına düzərək satırmış: “Sahə müvəkkili ona yaxınlaşaraq Rayon Polis Şöbəsinə gəlməyi və işi sənədləşdirməyi təklif edir. Polis Şöbəsinin qarşısında avtomobildən düşən sahə müvəkili Zabit Ağayevin özünə od vurduğunu görür. Sahə müvəkkili dərhal müdaxilə edir, onun paltarlarını əynindən çıxarır və həmin şəxsin özünü yandırma cəhdinin qarşısı alınır. Məhz sahə müvəkkilinin müdaxiləsi nəticəsində həmin şəxs xilas olur. Hazırda Rayon Polis Şöbəsində toplanmış materiallar Rayon Prokurorluğuna göndərilib və iş üzrə araşdırma aparılır”.

E.Zahidov deyib ki, Z.Ağayev yüngül yanıq xəsarəti alıb. Z. Ağayev ifadəsində bildirib ki, dizel yanacağını işlədiyi dövlət qurumundan əldə edib. Buna görə də Polis Şöbəsinin qarşısında bu məslənin aktlaşdırılacağı halda iş yerində də olaydan xəbərdar olacaqlarını bilib. İşdən çıxarılacağından qorxduğu üçün özünə od vurub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!