Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 17-09-2013, 14:53
Konqolu rahibə BMT-nin Qaçqınlar üzrə Agentliyinin ali mükafatını qazandı


BMT QAK bu gün qaçqınların müdafiəsi sahəsində Nansen mükafatının bu ilki laureatını təqdim edib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının kommunikasiya və ictimaiyyətlə əlaqələr xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu Tanrının Müqavimət Ordusunun (TMO) və Konqo Demokratik Respublikasının ucqar şimal-şərqindəki digər qəddar qrupların törətdikləri zorlama hallarının və pis rəftarın qurbanı olan yüzlərlə qadına yardım göstərmiş konqolu rahibədir.

Anjelika Namayka, əsasən, TMO tərəfindən doğma yurdlarını tərk etməyə məcbur edilmiş və pis rəftara məruz qalmış 2.000-dən artıq qadın və qızın həyatını özünün yaratdığı Reinteqrasiya və İnkişaf Mərkəzi vasitəsilə dəyişdirib. Onun kömək etdiyi insanların çoxu oğurlanma, məcburi əməyə cəlb olunma, döyülmə, qətlə yetirilmə, zorlanma və insan hüquqlarının digər pozuntuları ilə bağlı hadisələri danışıblar.

Onun hər kəsə fərdi yanaşması onların məruz qaldığı psixoloji zədələrin və ziyanın sağalmasına kömək edir. Onların məruz qaldığı pis rəftarın ən yüksək həddi ondan ibarətdir ki, bu köməksiz qadınlar və qızlar çox vaxt öz ailələri və icmaları tərəfindən sərt sınağa məruz qalaraq təcrid halında saxlanılıblar.

Yaralarını sağaltmaları və həyatlarının qalan hissəsini yaşamaları üçün onlara xüsusi qayğı lazımdır. Anjelika onlara ticarət işini öyrənməkdə, kiçik biznesə başlamaqda və ya məktəbə qayıtmaqda yardım etməklə bu qayığını göstərir. Bu qadınların verdiyi ifadələr onların həyatının dəyişməsində onun əhəmiyyətli təsirə malik olduğunu göstərir, onların çoxu onu sevgi hissi ilə "ana" adlandırırlar.

Qalibin elan olunması TMO-nun zorakılıqları nəticəsində doğma yerlərini tərk edənlərin həyatı barədə hesabatın işıq üzü görməsi ilə üst-üstə düşüb. 2008-ci ildən bəri təxminən 320.000 insan Konqo DR-in Oriyental əyalətindən qaçıb xilas olmaq məcburiyyətində qalıblar, bəzən bu hal bir neçə dəfə təkrarlanıb. BMTQAK və ÖKMM (Ölkədaxili Köçkünlüyün Monitorinq Mərkəzi) tərəfindən hazırlanmış hesabatda göstərilir ki, TMO-nun zorakılıqları oğurlanmış şəxslərə və yüz minlərlə insana elə ağır və uzunmüddətli psixoloji zədə yetirib ki, onlar hələ də evlərinə qayıtmağa qorxurlar.

Anjelika özü Dunqu şəhərində yaşadığı zaman 2009-cu ildə zorakılıq səbəbindən köçkün düşüb. O, doğma yurdu tərk etməyin ağrısının nə olduğunu bilir. Onu ehtiyacı olanların hamısına yardım etmək üçün gücə-gündüz çalışmağa sövq edən səbəblərdən biri də budur.

Mükafatlandırma şurasında Anjelikanın psixoloji zədələri, yoxsulluqları və köçkünlükləri ucbatından son dərəcə köməksiz durumda olan qadınlara və qızlara yardım etmək üçün yorulmaq bilmədən çalışdığı bildirilir.

Mükafat sahibinin elan olunması mərasimində Ancelika hər zaman bu yöndə fəaliyyətini davam etdirəcəyini bildirib: "Qadınların və qızların TMO tərəfindən nə qədər iztiraba məruz qaldığını təsəvvür etmək çətindir. Onlar bütün həyatları boyu bu zorakılığın yaralarını özləri ilə gəzdirəcəklər. Bu mükafat o deməkdir ki, Dunquda daha çox məcburi köçkün öz həyatlarına yenidən başlamaq üçün ehtiyac duyduğu yardımı ala biləcək. Mən onlara ümid və yenidən yaşamaq şansı vermək üçün bacardığım hər şeyi etməyi heç vaxt dayandırmayacağam".

Anjelika qaçqınların müdafiəsi sahəsində Nansen mükafatını və Nansen medalını sentyabrın 30-da Cenevrədəki mərasimdə alacaq. Bu tədbir əsas natiq qismində bestsellerlərin müəllifi Paulo Koelyonun çıxışı ilə və britaniyalı müğənni və bəstəkar Didonun, malayziyalı müğənni və bəstəkar Yunanın və Qremi mükafatının nominantları malili musiqiçilər Amadu və Mariamın musiqi ifaları ilə əlamətdar olacaq.

Mərasimdən sonra Anjelika bacı Romaya yollanacaq və Paris, Brüssel və Osloda digər görüşlərə getməzdən əvvəl oktyabrın 2-də Vatikanda Papa Fransisk tərəfindən qəbul ediləcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!