YURDUMUZA BAHAR GƏLİR .....                        Xankəndi şəhərində Novruz bayramı qeyd olunur - .....                        Suqovuşan məscidindən yeni FOTOLAR .....                        Vardanyanın məhkəməsində kimlər ifadə verdi? - FOTO .....                        İraq nümayəndə heyəti Milli Məclisə gəldi .....                        Prezident və xanımının Həsənriz sakinləri ilə görüşündən FOTOLAR .....                        Sabunçuda faciə - Yanmış evdə 3 nəfərin meyiti tapıldı .....                        Moskva-Bakı-İrəvan işçi qrupu ləğv olunub? - Overçuk cavab verdi .....                        3 ölkədən Bakı-İrəvan danışıqlarına reaksiya .....                       
Tarix : 8-05-2017, 19:36
AzETA səfirliklərin iştirakı ilə konfrans keçirdi

1996-cı ildə yaradılmış və 20 illik yubileyini qeyd edən Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyi (AzETA) 6-7 may 2017-ci il tarixlərində Avropa Azərbaycan Məktəbinin (EAS) akt zalında özünün XII Beynəlxalq konfransını keçirib. Müzakirələr “XXI əsr şagirdinə dərs deməyin üstünlükləri və çətinlikləri” mövzusu ətrafında aparılıb.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, konfransda ölkənin əksər şəhər və rayonlarından 160 müəllim, məktəb direktoru, təhsil ekspertləri ilə yanaşı, altı xarici ölkələnin tanınmış təhsil mütəxəssisləri də iştirak ediblər. Konfransın təşkilinə Avropa Azərbaycan Məktəbi, ABŞ səfirliyi, Azərbaycan Müəllim İnkişafı Mərkəzi, “British Council” təşkilatı və Təhsil Nazirliyi təşkilati dəstək göstərib.

Açılış mərasimində ABŞ və Türkiyənin Azərbaycandakı səfirliklərinin, Avropa Azərbaycan Cəmiyyətinin nümayəndələri, “British Council” təşkilatının, Avropa Azərbaycan Məktəbinin, Azərbaycan Müəllim İnkişafı Mərkəzinin rəhbər işçiləri çıxış ediblər.

Əsas natiqlər olan Türkiyənin təhsil mütəxəssisi doktor Ərdəm Söyləməz “XXI əsr şagirdinin təhsilində müəllimin rolu” mövzusunda, Böyük Britaniyanın ingilis dili mütəxəssisi Les Kirkham isə “İngilis dilinin tədrisində fənlərarası inteqrasiya fonunda XXI əsr şagirdi” mövzusunda məruzə ediblər.

Bölmə iclaslarında Azərbaycanın müxtəlif regionlarından olan mütəxəssislərlə yanaşı, ABŞ, Böyük Britaniya, Gürcüstan, Yaponiya, Özbəkistan və Türkiyədən olan 27 təhsil mütəxəssisi konfransın əsas mövzusu ətrafında təqdimatlar verib, könfrans iştirakçıları maraqlı müzakirələr və fikir mübadiləsi aparıblar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!