Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub .....                        İranla ABŞ qarşılıqlı güzəştə getdi .....                        Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı .....                        “Bu, bizim üçün dəhşətli itki olacaq" - Zelenski .....                        VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri .....                        Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı .....                        İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO .....                        Almaniyadan BYD və Changan-a rəqib gəlir .....                        Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs olundu - VİDEO .....                       
Tarix : 14-09-2015, 08:36
Azərbaycanın sığorta-pensiya sistemində təcrübəsi Beynəlxalq Konfransda


Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Qazaxıstan Respublikasının Səhiyyə və Sosial İnkişaf Nazirliyi və Dövlət Sosial Təminat Fondu ilə birgə təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Astana şəhərində "Sosial sığortada informasiya kommunikasiya texnologiyaları" üzrə 14-cü Beynəlxalq Konfrans keçirilib. Butov.az Lent.az-ın məlumatına əsasən bildirir ki, kKonfransda 50 ölkədən 75 təşkilatı təmsil edən 300-ə yaxın rəhbər işçi, informasiya texnologiyaları üzrə menecer və ekspertlər, eləcə də BSTA rəhbərliyi və katibliyi geniş tərkibdə iştirak edib.
Tədbirin ilk günündə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İnformasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev "İKT-nin tətbiqi ilə sığorta-pensiya sisteminin effektiv idarə edilməsi: Azərbaycan Respublikasının təcrübəsi" mövzusunda təqdimat edib. Təqdimat iştirakçılar arasında böyük maraq yaradıb və qaldırılan suallar ətrafında müzakirələr aparılıb. Eyni zamanda, konfransın gedişi zamanı bir sıra ölkələrin sığorta-pensiya qurumlarının nümayəndələri ilə ikitərəfli müzakirələr aparılıb.
Üç gün davam edən Konfransda sosial müdafiə sahəsində informasiya kommunikasiya texnologiyaları həllərinin hədəfləri və prinsipləri, eləcə də siyasi və strateji perspektivləri, İKT sənayesinin inkişaf istiqamətləri, irimiqyaslı proqram-texniki sistemlərin tətbiqi üzrə cari təcrübələr və təkrar tətbiq oluna bilən standart yanaşmaların reallaşdırılması üçün baza texnologiyalara dair təqdimatlar edilib və geniş müzakirələr aparılıb.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!