DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                       
Tarix : 19-05-2017, 18:59
Belaruslu soydaşlarımız Rusiyaya müraciət etdi

Belarusdakı Azərbaycan İcmaları Konqresi Rusiya Prezidentinin Administrasiyası, Rusiya Ədliyyə Nazirliyi və Ali Məhkəməsinə müraciət ünvanlayıb.

Butov.az-ın Teleqraf.com-a istinadən məlumatına görə, Azərbaycan İcmaları Konqresi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar dərin narahatlığını ifadə edib. Bəyanatda deyilir:

“Bizim üçün sirr deyil ki, bütün bu təxribat xarakterli fəaliyyətin arxasında Rusiya və Azərbaycan arasındakı dostluq münasibətlərinə xələl gətirən insanlar və təşkilatlar dayanır. Azərbaycan İcmalar Konqresi uzun illərdir ÜAK ilə əməkdaşlıq edir. On ildən artıqdır fəaliyyət göstərən təşkilat ikitərəfli əlaqələrin möhkəmləndirilməsi işində özünəməxsus körpü rolunu oynayır”.

Bəyanatda həmçinin vurğulanır ki, ÜAK öz fəaliyyətini hər zaman Rusiya qanunvericiliyi çərçivəsində qurub. Öz fəaliyyəti çərçivəsində ictimaiyyəti doğma vətənin milli, mədəni və mənəvi dəyərləri ilə yaxından tanış edib.

“Biz, Belarus azərbaycanlıları respublikamızın müxtəlif diaspor nümayəndələri ilə birgə rus diasporu ilə dostluq münasibətləri saxlayır və birlikdə çoxsaylı aksiyalar həyata keçiririk. Heç bir şey bizim qardaşlıq münasibətlərimizə təsir edə bilməz”, - deyə bəyanatda qeyd edilir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!