Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 6-10-2017, 11:05
Ordumuzun yenilməzliyinin təbliğinə dair tədbir keçirilib



2017-ci il oktyabrın 4-də Nizami Kino MərkəzindəAzərbaycan Respublikası Prezidentinin QHT-na Dövlət Dəstəyi Şurasının Maliyyə Dəstəyi ilə Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi tərəfindən hazırlanmış “Milli-mənəvi dəyərimiz olan Azərbaycan odusunun ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda mübarizədə düşmən qarşısında yenilməzliyinin təbliği”adlı layihənin təqdimatı keçirilmişdir.


Tədbirdə İctimai Birlik tərəfindən hazırlanmış Azərbaycan ordusunun misilsiz qəhrəmanlığını özündə əks etdirən tarixi döyüşlərə həsr edilmiş eni 2 və uzunluğu 11metr olan rəsm əsərinin və həmin rəsm əsərində canlandırılan həmvətənlərimizin xilası uğrunda canlarını qurban verərək həlak olmuş Milli Ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan bəhs edən "Ultimatum" adlı sənədli filmin təqdimatı da keçirilmişdir.

Tədbirdə millət vəkilləri, Veteran təşkilatları, Qarabağ müharibəsi veteranları, aktyorlar, 21, 45 saylı tam orta məktəbin şagirdləri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri, Azərbaycan Pedaqoji Universitetinin tələbələri, şəhər muzeylərinin və digər idarə və müəssisə nümayəndələri iştirak etmişdir.
Tədbirdəlayihənin rəhbəri,Qarabağ və Əfqanistan müharibələrinin iştirakçısı, Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, “Qırmızı ulduz” ordenli e.o.polkovnik Əzizağa Qəni-zadənin, Milli Məclisinin deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filalogiya elmlər namizədi Elmira xanım Axundovanın, Nizami Kino Mərkəzinin direktoru Leyli xanım Mirzəyevanın, 701 saylı hərbi hissənin veteranı e.o.polkovnik - leytenant İntiqam Mirzəyevin, Xalq rəssamı Arif Hüseynovun, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər FondununVIII qrant müsabiqəsinin qalibi, “Ultimatum” sənədli filmin müəllifi Nuranə Nəcəfovanın və digərtədbir iştirakçılarının çıxışları dinlənilmiş və layihə ətrafında müzakirələr aparılmışdır.
Tədbirin sonunda layihənin icrası zamanı yüksək fəallığı ilə seçilən insanlar mükafatlandırılmışdır.

Film haqqında

Bu gün izləyəcəyinizUltimatum adlı tarixi xroniki sənədli filmdə 1993-cü ilin ilk aylarında həyatları bahasına 60min Kəlbəcərlini ölümün əsirliyin pəncəsindən xilas etmiş, Xocalıdan da qat-qat ağır ola biləcək bir dəhşətin qarşısını almış 450 nəfər Azərbaycan əsgər və zabitinin qəhrəmanlığından bəhs edilir. Bu igidlərimiz bilərəkdən ölümə gedərək Kəlbəcər əhalisini rayondan təxliyyə etmişlər. Onlar bu döyüşlərdən sağ çıxmayacaqlarını bilə-bilə cəsarətlə döyüşmüş və bir addımda belə geri çəkilmirdilər. Qeyd edim ki, döyüşlər 1.15 nisbətində aparılıb. Çünki o zaman Kəlbəcərdə heç bir hərbi hissə yox idi və onlara qonşu Laçın rayonun dəhlizi uğrunda döyüşən 701 saylı briqadanın döyüşçüləri köməyə gəlmişdilər.

Nəzərinizə çatdırım ki, bu film Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun Maliyyə dəstəyi ilə çəkilmişdir. Layihə Gənclər fondu tərəfindən təsdiq olunarkən planda milli ordumuzun qəhrəmanlıqlarından bəhs edən sənədli filmin çəkilməsini istədim. Çünki müasir gənclik şou və əyləncəli proqramlara baxmağa daha çox maraq göstərir. Mən də istədim ki, hərbi-vətənpərvərlik mövzusunda elə bir film çəkilsin ki, bu film gənclərin orduya, hərb sənətinə marağını artırsın, yaxın tariximizdə baş vermiş döyüşlərdə hərbi hissələrimizin göstərdiyi qəhrəmanlıqlar haqqında daha ətraflı məlumat ala bilsinlər.Film üzərindən geniş tərkibdən ibarət qrup işləyib.Ssenarinin hazırlanmasında Qarabağ uğrunda döyüşlərdə yaxından iştirak etmiş veteranlarımızın və 701 saylı hərbi hissənin komandiri eyni zamanda filmin ideya müəllifi polkovnik Ə.Qəni-zadənin müsahibələrdən istifadə olunmuşdur.Ultimatum adl hərbi-vətənpərvərlik mövzüsunda çəkilmiş filmdə hər bir tamaşaçının ruhuna və beyninə əsl həqiqətləri çatdırmaq filmdə iştirak etmək, sonuncu Qarabağ müharibəsində çox ciddi bir hadisə olmuş Kəlbəcər döyüşlərinin ab-havasını, mahiyyətini, nəticələrini olduğu kimi əks etdirmək, zənnimcə,heç də asan bir iş deyildi. Ssenarinin hər bir epizodu üzərində günlərlə çalışır,hətta aylarla hər sözü, hər bir mizam-səhnəni dəfələrlə götür-qoy edirdim.

Bu döyüşlər haqqında Əzizağa müəllimin bitib-tükənməyən söhbətlərini dönə-dönə eşitmiş, Azərbaycan əsgəri və zabitlərinin, Kəlbəcərlilərin kütləvi igidliylərinə sevinmiş, itkilərimizdən dərin hüzn hissi keçirmişdim. Ancaq hər-halda bu gün dinləyici kimi yox, aparıcı kimi çıxış etmək mənim üçün ayrı bir hissdir. Kəlbəcər döyüşləri haqqında nə qədər çox şey bilsəm də bu filmin çəkilişi zamanı xeyli yeni proseslərlə yenidən tanış oldum, bir çox mətləblərdən hali oldum. Bu artıq bizim Kəlbəcər döyüşləri haqqında çəkilmiş ikinci sənədli filmdir. Bu mövzuda gənclər arasında təbliğat aparmaq mənim üçün qürur verici bir hissdir. Bu gün Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin mənim qəlbimdə möhtərəm bir abidəsi ucaldı, unudulmaz xatirəsi həkk olundu.
Umid edirəm ki,bu film həm gənc nəslin, həm də geniş ictimaiyyətin diqqətini özünə cəlb edəcək və vətənpərvərlik təbliğatında atılan ən uğurlu addım olacaqdır. Şanlı hərb tariximizin təbliğinə xidmət edən bu kimi filmlər gənclərimizin vətənpərvərlik ruhunun yuksəldilməsində müstəsna əhəmiyyət kəsb edir.

Əminəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti daim xalqımızın və dövlətimizin etimadını şərəf və ləyaqətlə doğruldacaq, tezliklə işğal altında olan tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsinə nail olacaqdır. Bizim ordumuz buna qadirdir. Ordumuz öz qüdrətini 2016-cı ilin 2-5 aprel döyüşlərində də sübut etdi. Düşmən bizim gücümüzü gördü.

Düşünürəm ki, filmdə qarşımıza qoyduğumuz başlıca məqsədə- 60 minlik dinc mülki əlahini xilas etmiş Azərbaycan əsgərini kütləvi qəhrəmanlığını göstərməklə üzərimizdə olan vətəndaşlıq borclarımızdan birini yerinə yetirmiş,xalqımıza, o cümlədən gənc nəslə Azərbaycan ordusunun nəyə qadir olduğunu göstərmək istiqamətində müəyyən işlər görmüşük.



Nuranə Nəcəfova




Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!