Daha bir İŞİD lideri öldürüldü .....                        İsrail Qəzzada əməliyyata başladı .....                        5 ay əvvəl itkin düşmüşdü: öldürülüb basdırılıbmış .....                        Azərbaycan qazı Türkiyənin şərq bölgələrinə ötürüləcək .....                        Netanyahudan Makrona sərt sözlər .....                        Hövsanda cinayət - 31 yaşlı kişi öldürüldü .....                        Zəngəzur dəhlizi üçün önəmli gün .....                        Azərbaycan xalqına davamlı sülh və rifah arzulayıram - Mirziyoyev .....                        Daha iki ünvanda minib-düşmə yeri yaradıldı .....                       
Tarix : 18-10-2021, 21:54
Üç ölkənin məxfi görüşü:

Üç ölkənin məxfi görüşü: İrana qarşı koalisiya yaradılır?
Yaxın günlərdə İsrail, Rusiya və Amerika Milli Təhlükəsizlik Şuralarının İranla bağlı görüş keçirməsi gözlənilir.
İsrailin Rusiyadakı səfiri Aleksandr bin Zevi rəsmi Təl-Əviv, Moskva və Vaşinqtonun görüşü ilə bağlı anlaşma əldə edildiyini bildirib: “Görüşün günü və saatı hələlik dəqiqləşdirilməyib. Biz toplantıya ev sahibliyi etməyə hazırıq, ancaq bununla bağlı hansısa razılaşma əldə olunmayıb”.
Üçtərəfli görüşdə İranın nüvə proqramının müzakirəsinin əsas gündəm olacağı gözlənilir.
Siyasi ekspert Elman Vəliyev açıqlamasında bildirib ki, İranın son zamanlar nüvə silahını əldə etmək üçün uranı zənginləşdirməsi supergücləri adekvat hərəkət etməyə vadar edir:
“Yaxın zamanlarda ABŞ, İsrail və Rusiya Təhlükəsiz Şuraları bir araya gələcək. Əsas müzakirə predimeti İran olacaq. Bu 3 dövlətin heç biri istəməz ki, İran nüvə dövləti olsun. İranın gücü ilk növbədə İsrail üçün bir fəlakətdir. Xamenei bütün səviyyələrdə dəfələrlə nüvə bombasına sahib olacağı təqdirdə ilk hücumunu dərhal İsrailə edəcəyini bildirmişdi. Bütün paradlarda İran raketlərinin üzərinə “İsrailə ölüm” yazılır. Ona görə də İsrail İranın nüvə silahına sahib olmasına icazə verməyəcək. Rusiya İrana öz maraqlarını təmin etmək üçün uyğun bir mövqe kimi baxır. Yəni Amerikaya, İsrailə, hətta Türkiyəyə qarşı istifadə edə biləcəyi bir dövlət kimi yanaşır. Ancaq istəməz ki, bölgədə nüvə silahı olan bir İran olsun. İranla 2015-ci ildə anlaşma imzaladıqdan sonra bu sahədə olan fəaliyyətini dayandırmışdı, ancaq sabiq Amerika prezidenti Donald Trampın sanksiyaları daha da artırması İranın anlaşmanı pozması ilə nəticələndi”.
Bəs İran siyasi və iqtisadi təzyiq fonunda nüvə proqramından və uranın zənginləşdirilməsindən imtina edə bilər?
“İranın sanksiyalardan beli bükülür desək, yanılmarıq. Valyutası ən dəyərsiz valyutalardandır. Məntiqlə siyasət yeritsə, mübarizə aparmaqdansa, özünə sərf edən formada bir anlaşma imzalasa daha yaxşı olar. Çünki hal-hazırda İranın bu siyasətinə qarşı olan çox dövlət var. Almaniya kansleri Angela Merkel də İsrail tərəfi ilə görüşəndə İranın yanlış yolda olduğunu vurğulamışdı. Zənn edirəm ki, İran uzlaşmaya doğru addımlar atacaq. Hazırkı Bayden adminstrasiyası da uzlaşmaya meyillidir”,- deyə ekspert bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin İsrail Baş naziri Naftali Bennet ilə oktyabrın 22-də Soçidə baş tutacaq görüşündən sonra üçtərəfli görüşün də keçiriləcəyi ehtimal olunur.


Paylaş



Bölmə: Hərbi / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!