EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ .....                        ABŞ-İran müharibəsinə hazırlıq gedir? .....                        İran ABŞ ilə razılığa gəldi .....                        İordan vadisində partlayış: Bir uşaq ölüb .....                        Bakıda kişi keçmiş arvadının yeni ərini bıçaqlayıb .....                        İkinci cəhd magistratura imtahanı asan olacaq - AÇIQLAMA .....                        Hərbi polisin binası partladı: 3 nəfər öldü .....                        Salyanda bu ailələrə 12 mənzil veriləcək .....                        Rusiya-ABŞ-Ukrayna danışıqları başlayıb - YENİLƏNİB .....                       
Tarix : 29-12-2015, 11:20
"İranın 11.3 ton uranı Azərbaycanın dəstəyi ilə Rusiyaya daşındı" - Con Kerri



Tehranla “altılar” qrupu ölkələri arasında əldə edilmiş nüvə razılaşmasının şərtinə əsasən ötən gün dekabrın 28-də İranın 11.3 ton aşağı faizli zənginləşdirilmiş uranı Rusiyaya aparılıb.

Butov.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerrinin bəyanatında bildirilir.

“Mən bunu bildirməkdən şadam ki, İranın üzərinə götürdüyü mühüm öhdəliklərdən birinin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub. İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istiqamətində ən əhəmiyyətli addımlarından biri bu gün atılıb. İranın 11.3 ton zənginləşdirilmiş uranı gəmi ilə Rusiyaya daşınıb”-Con Kerri bildirib.

Con Kerrinin sözlərinə görə, İranın bu nüvə materialından imtina etməsi Tehranın nüvə silahı əldə etməsini təxirə salacaq. ABŞ dövlət katibi deyib ki, zənginləşdirilmiş uranın daşınması bir sıra kommersiya tranzaksiyaları və bir çox ölkələrin iştirakı ilə mümkün olub. İranla nüvə razılaşmasının iştirkçısı olan və bu ölkənin nüvə materiallarını öz ərazisində saxlamağı üzərinə götürən ölkə kimi Rusiya bu prosesdə mühüm rol oynayıb. Rusiya İranın zənginləşdirilmiş uranını öz ərazisinə daşıyaraq əvəzində bu ölkəyə təbii uran xammalı verib.

ABŞ dövlət katibi İranın zənginləşdirilmiş uranının Xəzər dənizi üzərindən Rusiyaya daşınmasında Qazaxıstan və Azərbaycanın da rolu olduğunu deyib. Kerrinin bildirdiyinə görə, Qazaxıstanın prosesdə rolu İrana müəyyən həcmdə təbii uran verməkdən ibarət idi. Habelə Qazaxıstan “altılar”la İran arasında danışıqların ilkin mərhələsində iştirak edib. “Mən bu gün Qazaxıstan XİN-in rəhbəri Erlan İdrisovla danışdım və bütün bu səylərə görə ona minnətdarlıq etdim. Azərbaycan da bu yükün Rusiyaya çatdırılmasında rol oynayıb”-Con Kerri bildirib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!