Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 10-06-2016, 10:03
"Yarış üçün şəhər halqası 6 kilometrdir. Halqa mərkəzi küçələri əhatə edir. İnsanların həyatına mane olmamaq üçün son işlər iyunun 14-də, yollar bağlandıqdan sonra həyata keçiriləcək. Ümumilikdə, 9 tribuna var. Ən böyük tribuna Abşeron tribunasıdır, məhz bu tribuna pit binası ilə üzbəüz yerləşir. İşlərin 95 faizi yekunlaşıb".

Butov.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadari deyib.

Onun sözlərinə görə, yarışa maraq böyükdür: "Formula 1" yarışında azarkeş kütləsi böyükdür. "Formula 1" bu mövsümdə 21 ölkədə keçirilir. Bilet satışına dekabr ayından başlamışıq. Biletlerin 50 faizini xarici vətəndaşlar, qalan 50 faizini isə Azərbaycan vətəndaşları alıb. İlk biletimiz ABŞ-dan alınıb. Son həftələr Azərbaycan vətəndaşlarının yarışa marağı artıb. Əsas bilet alan ölkələr arasında Rusiya, Böyük Britaniya, Ukrayna, Avropa və ərəb ölkələrinin adlarını çəkmək olar. Ümumilikdə, 37 ölkədən bilet alınıb. Kifayət qədər bilet alınıb. Elə tribunalar və mehmanxanalar var ki, artıq tam dolub. Hesab edirik ki, yaxın günlərdə biletlərin hamısı tam alınacaq".

N.Arpadarai vurğulayıb ki, yarış üçün biletin qiyməti 30 dollardan 600 dollar civarındadır. "Paddock-club" (VİP yerlər) üçün biletin qiyməti 5 min dollaradək olub: "Bu yeri "Formula 1"-in təşkilatçıları satır. 5 min dollarlıq bilet satışı kifayət qədər olub. Həm xarici, həm də Azərbaycan vətəndaşları olub. "Paddock-club" çox sevilən məkandır. Orada şirkətlər biznes danışıqları da aparırlar. 3 günlük bilet alan şəxs iyunun 16-dan "Formula 1" şəhərciyinə daxil ola biləcək. Həmin şəhərcikdə xüsusi əyləncələr olacaq. Pilotlardan avtoqraf götürə biləcəklər, kartinqlər olacaq. Bilet çərçivəsində Bakıda keçiriləcək 3 dünya ulduzunun konsertinə baxa biləcək".

N.Arpadarai qeyd edib ki, "Formula 1" yarışması miqyasına və TV auditoriyasına görə Yay Olimpiya Oyunları və futbol üzrə dünya çempionatından sonra üçüncü yerdədir: "Lakin "Formula 1"-in özəlliyi odur ki, hər il keçirilir. Hər il yarım milyard insan "Formala 1"-i izləyir".

Onun sözlərinə görə, "Formula 1" yarışmasının Bakıda keçirilməsi Azərbaycan üçün təbliğat baxımdan çox gözəl fürsətdir: "Canlı yayımda Bakının mərkəzi küçələri göstəriləcək. Bu yarış Azərbaycanın təbliğatı baxımından çox gözəl fürsətdir. Dünyanın ən mötəbər kanallarında Bakı canlı göstəriləcək. Bizim model Sinqapur modelidir. Sinqapurda 8 ildir ki bu yarış keçirilir. Biz görürük ki, Sinqapurda sırf biznes modelidir. Yarış olan ərəfədə ölkədə iqtisadi cəhətdən çox böyük canlanma olur. Bakı da həmin modeli seçib. Dünyanının ən böyük brendləri "Formula 1"-in baş sponsorlarıdır. Onların nümayəndələri Bakıya gələcəklər. Bu da Bakıya investisiya axını deməkdir. Bu, Azərbaycana iqtisadi və siyasi cəhətdən çox böyük töhfə olacaq".

N.Arpadarai daha sonra qeyd edib ki, "Formula 1" yarışı zamanı bütün təhlükəsizlik tədbirləri görüləcək: "Təhlükəsizlik məsələləri bütün güc strukturları ilə birgə işlənilir. 5 min nəfər könüllü, 1300 nəfər marşal, 300-ə yaxın da komitənin işçisi və digər dövlət qurumlarının canlı qüvvəsi "Formula 1"-in işinə cəlb olunub".

O qeyd edib ki, bu mövsümdə iştirak edən bütün məşhur pilotların hamısı Bakı yarışında da olacaq: "Pilotlar martdan noyabradək 21 ölkədə yarışmada iştirak edirlər. Təxminən hər 10 gündən bir hansısa ölkədə olurlar. Həftəsonu Kanada Qran-prisindən sonra birbaşa Bakıya dönəcəklər. Yarışmanın səhəri günü isə Bakını tərk edəcəklər. Ona görə də məhz pilotlar üçün xüsusi proqram təşkil etmək mümkünsüzdür. Ancaq yarış zamanı Azərbaycanın təbliği üçün çadırlar qurulacaq".

"Formula 1"-ə 5 min dollarlıq biletləri kim alıb?


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!