Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 2-08-2017, 11:39
Azərbaycanlı məktəblilər erməniləri məğlub edib

Bakı məktəbliləri Gürcüstanın Batumi şəhərində keçirilən idmanın döyüş növləri üzrə beynəlxalq turnirdə uğurlu nəticə əldə ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, yarışın final mərhələsində məktəblilərdən 3-ü fəxri kürsünün ilk pilləsinə qalxıb, 1-i III yeri tutub.

Turnirdə idarənin tabeliyindəki 246 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramazan Abdullayev K-1 qaydaları üzrə keçirilən döyüşlərdə I yerə layiq görülüb. O, 55 kiloqram çəki dərəcəsində ardıcıl olaraq 2 erməni idmançısını vaxtından əvvəl məğlub edib.
Kikboksinq idman növü üzrə həmin məktəb-liseyin V sinif şagirdi Miryəhya Seyidov 35, 205 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Vüqar Ramazanov 51 kiloqram çəki dərəcəsində I yerə sahib olub. Onlar da Ermənistandan olan həmyaşıdları üzərində qələbə qazanıblar. “Kaspi” liseyinin VII sinif şagirdi Sənan Seyidov isə kikboksinq idman növü üzrə 50 kiloqram çəki dərəcəsində Gürcüstan təmsilçisi ilə qarşılaşmanı III yerlə kifayətlənərək başa vurub.
Qaliblərə medal və diplom təqdim edilib.
Yarışa Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Rusiya, Pakistan, Əfqanıstan, İran, Ukrayna, Ermənistan və digər ölkələrdən olan idmançılar qatılıblar.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!