Bakıda yanıq xəsarətləri alan qadın öldü .....                        Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir .....                        Azad edilən fələstinli məhbuslar Ramallah və Qəzzaya aparıldı .....                        Üç qardaş ölkənin spikerləri nələri müzakirə etdilər? .....                        Şimşək çaxacaq, leysan yağış yağacaq - Hava xəbərdarlığı .....                        Ərdoğanın Misir səfərində gərgin anlar: təyyarə ikinci cəhddə yerə endi .....                        Əhali içki və siqaretə 2 milyard manat xərcləyib .....                        Qəzzada Azərbaycanın köməyindən istifadə olunacaq .....                        Azərbaycanda vəzifəli şəxsin oğlu oteldə öldü .....                       
9-05-2024, 16:35
Bakıda keçirilən Dünya Kubokunun qalibləri müəyyənləşdi


Bakıda keçirilən Dünya Kubokunun qalibləri müəyyənləşdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda qadınlar və kişilər arasında tüfəngdən 50 metr məsafəyə üç mövqe üzrə atəş açma növündə final görüşləri keçirilib.
Almaniyanı təmsil edən Anna Yanssen həlledici qarşılaşmada Tokio-2020-də olimpiya çempionu olmuş isveçrəli Nina Kristeni üstələyərək qızıl medal qazanıb.
Nina Kristen gümüş, çinli Jiayu Han bürünc medalla kifayətlənib.
Mükafatlandırma mərasimindən sonra yeddi dəfə Dünya Kubokunun qalibi olmuş üçqat dünya, yeddiqat Avropa çempionu Anna Yanssen fikirlərini bölüşüb: “Finaldakı rəqibim olimpiya çempionu idi. Titullarla zəngin olan çox yaxşı atletdir. Mənim üçün asan olmayacağını bilirdim. Həlledici mərhələdə düşünürdüm ki, olimpiya çempionunu məğlub etmək möhtəşəm olar. Həlledici raunda bu cür kökləndim və qələbə qazanmağı bacardım. Son raunda kimiz qalanda aramızdakı xal fərqi 1,5 idi. Əslində, bu, ciddi fərq deyil. Amma söhbət finaldan gedirsə, böyük üstünlük sayıla bilər. Final atışlarından əvvəl fərqi görəndə qalib gələcəyimi hiss etmişdim. Hələ də Paris-2024 Olimpiya Oyunlarına lisenziya qazanmamışam. Yarışlar davam edir. Ümid edirəm ki, bunu bacaracağam".
Qadınların mübarizəsindən sonra kişi idmançıların yarışı baş tutub. Çini təmsil edən atletlər qızıl medal uğrunda yarışıblar. Yukun Liu son atışları daha dəqiq yerinə yetirərək həm qalib olub, həm də dünya rekordunu yeniləyib (467.3).
Onun həmyerlisi Linşu Du gümüş, fransalı Lukas Bernar Denis Kriz bürünc medal qazanıb.
Yarış başa çatandan sonra Yukun Liu təəssüratlarını dilə gətirib: “Mənim üçün qızıl medal qazanmaq, yaxud dünya rekordunu yeniləmək o qədər də əhəmiyyətli deyil. Ən vacibi nəyə qadir olduğumu göstərmək və görmək idi. Son atışlardakı rəqibim həmyerlim idi. Amma bunun da ciddi önəmi yoxdur. Başqa ölkənin atleti də ola bilərdi. Dediyim kimi, mənim üçün vacib olan potensialımı göstərmək, atışlardan zövq almaq və dostluq ortamından xoşlanmaqdır. Bakıda keçirilən Dünya Kubokunda çinli idmançıların daha çox medal qazanmasının başlıca səbəbi təlim-məşq toplanışları zamanı daha çox əziyyət çəkmələridir. Təlimlərdə qarşımıza müəyyən hədəflər qoyuruq və bu cür yarışlarda həmin nöqtəyə çatmaq üçün səy göstəririk. Bakıda gördüklərimə gəlincə, paytaxtınızı çox bəyənirəm. İmkan olduqca gəzməyə çıxırıq. Yüksək mərtəbəli binalar, işıqlı küçələr, ictimai-iaşə obyektlərinin çoxluğu Bakıya gözəllik verir. Bakı Atıcılıq Mərkəzi isə sözün bütün mənalarında möhtəşəmdir. Müasir standartlara cavab verir, iştirakçılar üçün hər cür şərait var. Şəxsən bura gələndə zövq alıram”.
Bürünc medalın sahibi fransalı Lukas Bernar Denis Kriz də Bakı Atıcılıq Mərkəzinin dünyada ən yaxşı qurğu olduğunu gizlətməyib: “Mənim üçün xoş gündür. Bürünc medalı əla adlandıra bilmərəm. Daha yaxşısını edə bilərdim. Çinli rəqiblərim bu gün sözün hər mənasında möhtəşəm idi. Üçünçü yer uğrunda mübarizədə Finlandiyadan olan atıcı ilə xallarımızın bərabərə qalması, əlavə atışlara ehtiyac duyulması və həmin məqamda üstünlük göstərməyim ümidimi artırmışdı. Lakin artıq gec idi. Çünki çinlilər xal fərqini artırmışdılar. Buradakı atəş meydanları əladır. Mənə görə dünyanın ən yaxşı mərkəzidir. Xüsusən final zalından hədsiz zövq alıram. Bu, Azərbaycana dördüncü səfərimdir. Bakıda özümü olduqca rahat hiss edirəm”.
7-05-2024, 16:59
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ilin ən yaxşısı seçildi


Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ilin ən yaxşısı seçildi

ABŞ-da 2023-cü ilin ən yaxşı sərbəst güləşçilərinin adları açıqlanıb.
ABŞ Güləş Federasiyasının tərtib etdiyi siyahıda ilk pilləni Azərbaycanın veteran güləşçisi Vüqar Orucovun oğlu Vitali Orucov (61 kiloqram) tutub. Həmyerlimiz ilk dəfə bu titula layiq görülüb.
O, daha əvvəl ABŞ-ın ikiqat olimpiya və dördqat dünya çempionu Con Smitin adına daşıyan mükafata sahib çıxıb.
Qeyd edək ki, ötən il dünya çempionatında debüt edən V. Orucov qızıl medal qazanıb. O, həmçinin Panamerika və ABŞ Açıq çempionatlarının qalibi olub. Azərbaycanlı güləşçi zədə səbəbindən “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışlarda iştirak edə bilməyib.
6-05-2024, 22:44
"Qəbələ" "Səbail"i məğlub etdi


"Qəbələ" "Səbail"i məğlub etdi

Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.
Günün yeganə oyununda "Səbail" və "Qəbələ" komandaları üz-üzə gəliblər. "ASCO Arena"da baş tutan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra "Səbail" 42 xalla altıncı, ötən tur "Kəpəz"ə məğlub olaraq Premyer Liqa ilə vidalaşan "Qəbələ" isə 20 xalla sonuncu - 10-cu yerdədir.
Turun daha əvvəl reallaşan görüşlərində "Qarabağ" "Neftçi"yə 5:0, "Zirə" "Turan Tovuz"a 2:1, "Sabah" "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəlib. "Kəpəz" - "Sumqayıt" görüşü isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
6-05-2024, 17:47
Yunanıstan klubu Fatih Terimlə yollarını ayırır


Yunanıstan klubu Fatih Terimlə yollarını ayırır

Yunanıstanın “Panatinaikos” klubu baş məşqçisi Fatih Terimlə yollarını ayırmaq qərarına gəlib.
Buna komandanın Superliqanın pley-off mərhələsindəki uğursuz çıxışı səbəb olub.
Ardıcıl məğlubiyyətlərdən sonra çempionluq şanslarını xeyli azaldan Afina təmsilçisi 71 xalla üçüncü pilləyə geriləyib.
İddiaya görə, klub rəhbərliyi növbəti mövsüm üçün yeni baş məşqçi axtarışındadır. Klub 70 yaşlı mütəxəssisi vaxtından əvvəl istefaya göndərsə, ona 1 milyon 100 min avro təzminat ödəməlidir.
Qeyd edək ki, Fatih Terim "Panatinaikos"la ötən ilin dekabr ayında 1,5 illik müqavilə imzalayıb. Komanda onun rəhbərliyi altında meydana çıxdığı 25 rəsmi oyunda 14 qələbə, 6 heç-heçə və 5 məğlubiyyətlə yadda qalıb.
6-05-2024, 17:23
Bakı dünyanın "İdman Paytaxtı" seçildi


Bakı dünyanın "İdman Paytaxtı" seçildi

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.
Bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib.
Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.
Qeyd edək ki, gələn ilin sonunda Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentində Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

5-05-2024, 14:50
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi


“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2024”ün qalibləri müəyyənləşib.
“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda qadınlar arasında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.
Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.
İlk 3 yerin sahiblərinə, müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim olunub.
5-05-2024, 10:37
“Bakı Marafonu 2024” start götürdü


“Bakı Marafonu 2024” start götürdü

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb.
"Küləyə qalib gəl" şüarı ilə 7-ci dəfədir təşkil edilən tədbirdə 18 mindən çox iştirakçı qeydiyyatdan keçib.
Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən də qoşulanlar var. Belə ki, qeydiyyatdan keçənlərin siyahısında Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları yer alıblar.
Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub. Marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edir.
1-05-2024, 17:10
Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı


Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı

Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan avarçəkmə üzrə "Prezident Kuboku" beynəlxalq reqatasında ilk günün qalibləri bəlli olub.
Suqovuşanda kayak və kanoe ilə 200 m və 500 məsafələrdə yürüşdə Azərbaycan idmançısı da fərqlənib.
Yığma üzvü Amil Ramazanov 2006-2007-ci il təvəllüdlü idmançılar arasında bürünc medala yiyələnib. O, kayakla 200 m məsafəni 42 saniyəyə qət edib.
Günün qaliblərini Azərbaycanın Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Gənclər və İdman Nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç mükafatlandırıblar.
Qeyd edək ki, reqata mayın 2-3-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.
29-04-2024, 16:10
Qadın şahmatçımız Avropa çempionu oldu


Qadın şahmatçımız Avropa çempionu oldu

Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanda keçirilən Avropa çempionatının qalibi olub.
Qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
Azərbaycan yarışda 10 şahmatçı ilə təmsil edilib.
28-04-2024, 09:17
Daha bir cüdoçumuz Avropa çempionu oldu


Daha bir cüdoçumuz Avropa çempionu oldu

Azərbaycanın daha bir cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Yarışın son günündə tatamiyə çıxan Elcan Hacıyev (90 kiloqram) Xorvatiya, İspaniya, Gürcüstan və Rumıniyadan olan rəqiblərinə qalib gələrək qitə çempionu olub.
O, finalda Kristof Totu məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
E. Hacıyev gənclər arasında da Avropa çempionu, eləcə də iki dəfə qitə üçüncüsü olub. O, həm də Qran-Pri və Böyük Dəbilqə turnirlərin mükafatçısıdır.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kiloqram) qızıl, Balabəy Ağayev (60 kiloqram) isə gümüş medala sahib çıxıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!