Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 1-11-2022, 20:09
Maaşlar gələn il artırılacaq


Maaşlar gələn il artırılacaq

2023-cü ilin dövlət büdcəsində əməkhaqqı, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə ayırmalarla (22%) bağlı xərclər bərabər olmaqla 8,6% artımla proqnozlaşdırılmış, növbəti ildə orta aylıq əməkhaqqının artımı 7,1% səviyyəsində nəzərdə tutulub. Bu barədə “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə qeyd olunub. Sənəddə göstərilib ki, cari ilin gözlənilən icrası ilə müqayisədə 2023-cü ildə büdcə təşkilatları (22%) üzrə proqnozlaşdırılan sığorta haqqının artım tempi isə 5,2%-dir. Bildirilib ki, statistik məlumatlara əsasən cari ilin avqust ayında orta aylıq əməkhaqqının 829 manat səviyyəsində olması və bu göstəricinin müsbət dinamikliyi fonunda cari ilin sonuna gözlənilən orta aylıq pensiya məbləğlərində artımların gözlənilməsi cari ilə dair xüsusi çəki göstəricisinin müəyyən edilmiş səviyyədən aşağı həddə olacağını şərtləndirir. “Növbəti ildə bu göstəricidə əsaslı artımların müşahidə edilməsi cari il üzrə orta aylıq nominal əməkhaqqında baş vermiş artımlara müvafiq olaraq növbəti ilin əvvəlində aparılacaq indeksləşdirmə ilə bağlı olması qənaətindəyik”, - rəydə qeyd edilib.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!