Elçin Quliyev III Çarlzla birlikdə - FOTO .....                        Putindən Trampla söhbətdən sonra ilk AÇIQLAMA .....                        Trampla Putin 2 saat danışdılar .....                        Məhkəmədə vaxtilə işğalda olmuş ərazilərdə çəkilən görüntülərinə baxdı .....                        Polşada prezident seçkiləri - İkinci tur nə vaxt keçiriləcək? .....                        Fransaya casusluq edən Martinin məhkəməsi .....                        Sahibə Qafarova ispan həmkarı ilə görüşdü .....                        4 ay əvvəl seçilən bələdiyyə sədri işdən çıxdı .....                        Dağıstan silkələndi .....                       
21-08-2022, 23:08
Peyvənd olunanların sayı açıqlandı


Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1319 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 174, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 809, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 144 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 848 567, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 371 683, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 861 143, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 357 691, pozitiv nəticədən sonra buster doza olunanların sayı 258 050 təşkil edir.

21-08-2022, 23:03
Gündəlik yoluxma yenidən artdı


Gündəlik yoluxma yenidən artdı

Azərbaycanda koronavirus infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 489 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb. İndiyədək ümumilikdə 808 569 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 110 nəfər müalicə olunaraq sağalıb, 9785 nəfər vəfat edib, aktiv xəstə sayı 3674 nəfərdir. Son sutka ərzində 3700, hazırkı dövrədək isə 7 129 436 test aparılıb.

21-08-2022, 22:51
Əlaqələrin möhkəmlənəcəyinə ümid edirik - XİN


Əlaqələrin möhkəmlənəcəyinə ümid edirik - XİN

Xarici İşlər Nazirliyi rəsmi tviter səhifəsində Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə paylaşım edib. Butov.az paylaşımı təqdim edir: “Bu gün Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olur. Bu münasibətlə Serbiya Respublikası hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz Azərbaycan ilə Serbiya arasında strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edirik”.
21-08-2022, 22:48
Serbiya Prezidenti İlham Əliyevə zəng etdi


Serbiya Prezidenti İlham Əliyevə zəng etdi

Avqustun 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Butov.az xəbər verir ki, telefon danışığı zamanı Prezident Aleksandar Vuçiç Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Serbiya Prezidenti bu müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini, dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu dedi. Prezident İlham Əliyev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Serbiya Prezidentini təbrik etdi, müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın və Serbiyanın ikitərəfli və çoxtərəfli əsaslarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğuladı. Telefon danışığı zamanı Azərbaycan ilə Serbiya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Həmçinin Azərbaycan ilə Serbiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olundu.
21-08-2022, 22:42
“Zəngəzur” futbol klubu yaradıla bilər


“Zəngəzur” futbol klubu yaradıla bilər

“Zəngəzur” futbol klubu yaradıla bilər və yaradılmalıdır. Biz Qərbi Azərbaycan torpaqlarına başqa bir ölkənin ərazisi kimi baxmaq düşüncəsindən qurtulmalıyıq. O torpaqlar son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır və o ərazilərdə tarix boyu azərbaycanlılar yaşayıb”. Bu sözləri "Qərbi Azərbaycan İcması”nın sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib. Deputat qeyd edib ki, Qərbi Azərbaycanın da özünün futbol klubu olmalıdır: “Bu gün müxtəlif bölgələrimizin futbol klubları var, Qərbi Azərbaycanın da futbol klubları niyə olmasın? Məsələn, “Zəngəzur” futbol klubu, “Dərələyəz” futbol klubu, “Göyçə” futbol Klubu, “Ağbaba” futbol klubu və s. Bu klublar olmalıdır və onlara bərabər səviyyədə şərait yaradılmalıdır. Hələ onlara bir az da artıq şərait yaradılmalıdır. Çünki bu, təkcə idman məsələsi deyil, həm də siyasi, ideoloji məsələdir”. Ə.Ələkbərli xatırladıb ki, hazırda Azərbaycan Qaçqınlar Cəmiyyətinin təşəbbüsü ilə yaradılan “İrəvan” futbol klubu fəaliyyət göstərir: “Bu klub Azərbaycan Region Liqasında uğurlu çıxış edir. Amma Bakıda kifayət qədər stadion olsa da, "İrəvan" klubuna həftədə bir-iki dəfə məşq eləmək üçün nə Gənclər və İdman Nazirliyi, nə də AFFA bir stadion tapa bilir. Stadion var, amma külli miqdarda icarə haqqı tələb edilir. Əgər ortada Azərbaycan xalqının milli maraqları varsa, belə yerdə axar sular durmalıdır, hər kəs əlindən gələn dəstəyi göstərməlidir. Hər hansı stadion həftədə cəmi bir dəfə 2-3 saatlıq gəlirindən imtina etməklə kasıb düşməz. Bu mübarizə Vətən uğrunda mübarizədir, bu mübarizəyə pul kisəsindən baxanlar millətin üz qarasıdır. Qərbi Azərbaycan İcmasının dəstək verdiyi daha bir idman klubu – İrəvan İdman Klubu Göygöl rayonunda fəaliyyət göstərir və bu klubun da idman aləmində xeyli uğurları var. Hesab edirəm ki, müvafiq qurumlar belə idman klublarının sayını artırmalı və dünya çempionatlarında çıxış etmələri üçün onlara hər cür şərait yaratmalıdırlar”.

21-08-2022, 22:34
Ukraynalı uşaqlar Bakıya gətirildi


Ukraynalı uşaqlar Bakıya gətirildi

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə Ukraynadakı vəziyyətlə əlaqədar bir qrup uşaq Bakıda reabilitasiya keçəcək. Butov.az xəbər verir ki, avqustun 21-də 7-17 yaş arasında olan valideyn himayəsindən məhrum 28 uşaq və onları müşayihət edən 4 nəzarətçi Bakıya gəlib. Hava limanında qarşılanan uşaqlar xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinə aparılaraq yerləşdirilib. Burada 21 gün ərzində uşaqlara psixoloji və ehtiyac olduqda tibbi reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin Ukraynadan gələn uşaqlar üçün mədəni proqram hazırlanıb. Paytaxtın görməli yerləri ilə tanışlıq, o cümlədən, Heydər Əliyev Mərkəzi, Qobustan dövlət tarixi-bədii qoruğu, İçərişəhər, “Suraxanı” Gəmi-Muzeyi, Atəşqah, “Qala” Dövlət tarix- etnoqrafiya qoruğu və digər tarixi abidə və muzeylərə gəzintilər və ekskursiyalar nəzərdə tutulub. Heydər Əliyev Fondu valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları hər zaman ailə qayğısı ilə əhatə edir. Fondun həyata keçirdiyi bu sahədə layihələr uşaqların sağlam və səmərəli istirahəti, dünyagörüşünün artırılması və yeni dostlar qazanmalarına imkan yaradır.




21-08-2022, 00:02
“Neftçi” məğlub oldu


“Neftçi” məğlub oldu

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu baş tutub. Butov.az xəbər verir ki, "Neftçi" komandası "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da keçirilən qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra xallarını 9-a çatdıran "Sabah" liderliyini möhkəmlədib. "Neftçi" isə 6 xalla 2-ci pillədə qərarlaşıb.
20-08-2022, 23:53
Yumurta bahalaşıb? - Açıqlama


Yumurta bahalaşıb? - Açıqlama

Hazırda ölkədə yetərincə yumurta ehtiyatı var və yaxınmüddətli dövrdə yumurtanın mövcud qiymətlərdən yuxarı satışı gözlənilmir. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından (APEPEA) bildirilib ki, Assosiasiya üzvü olan yumurta istehsalçılarının heç birinin məhsulu baha qiymətə satılmır. APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli deyib: “Fevral ayından son bir həftəyədək Azərbaycanda yumurtanın qiymətində hər hansı dəyişiklik olmayıb. Baxmayaraq ki, qlobal bazarda yumurta istehsalında əsas komponent olan yem və yem əlavələrinin qiyməti fevral ayından bəri orta hesabla 30-40 faiz bahalaşıb, 1 yumurtanın maya dəyəri 16-17 qəpiyə yüksəlib, Assosiasiyaya daxil olan yumurta istehsalçılarından heç biri qiyməti artırmayıb. Bunun da əsas səbəbi bu olub ki, ölkədə tələbatdan xeyli artıq yumurta istehsal edilir və qiymətləri bazar tənzimləyir. Son aylarda yumurta istehsalçıları, xüsusilə orta və kiçik istehsalçılar böyük zərərlə üzləşdilər. Əvvəlcədən yem ehtiyatlarını təmin edə bilən iri istehsalçılarda zərər daha az oldu, onlardan bəziləri xaricə ixracı da yoluna qoydular. Kiçik və orta müəssisələrin bir çoxu zərərdən yayınmaq üçün ana sürülərini sayını azaltdılar. Buna görə də istehsal azaldı və avqustun ortalarından tələbatın artması ilə qiymətlər topdandansatışda 14-15 qəpiyə yüksəldi. Yəni bu gün yumurtanın fabrikdən çıxış qiyməti 15 qəpikdən yuxarı deyil. Hazırda əksər ticarət şəbəkələrində pərakəndə satış qiymətləri 16 qəpikdir ki, bu də keçən ilin eyni dövründəki qiymətlərdən aşağıdır. Ötən il istehsalçılar qarğıdalını 44 qəpiyə, buğdanı 40 qəpiyə alırdı, yumurtanın bir qutusu(360 dənəsi) 58 manata satılırdı. İndi qarğıdalını 84-85 qəpiyə, buğdanı 65 qəpiyə, günəbaxan yağını 3,5 manata, dikalsinin birini əvvəl 1.2 manata, indi 3,5 manata alırlar. Bunun qarşılığında topdansatış qiyməti bir qutu üçün 54 manatdır. Yəni faktiki olaraq, hazırda yumurtanın qiyməti ötən ilkindən aşağıdır. Kimlərsə fürsətcillik edib, 14-15 qəpiyə aldığı yumurtanı 20-22 qəpiyə satırsa, burada istehsalçının heç bir günahı yoxdur”. Qeyd edək ki, son günlər ölkədə yumurtanın qiymətinin artması ilə bağlı məlumatlar yayılıb. Yumurtanın 22-23 qəpiyədək bahalaşdığı deyilir.
20-08-2022, 23:50
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu


Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu

Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatının qalibi olub. Butov.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final görüşündə rumıniyalı Denis Mihayı 6:1 hesabı ilə məğlub edib. Bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. Onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq. Qeyd edək ki, Nihad Quluzadə final uğrunda görüşdə ermənistanlı Karapet Manvelyanı 2:1 hesabı ilə məğlub etmişdi.
20-08-2022, 23:45
İki güləşçimiz dünya çempionatının finalında


İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib. Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Məlumata görə, 67 kq-da çıxış edən Kənan Abdullazadə və 72 kq-da yer alan Qurban Qurbanov qızıl medal uğrunda mübarizə aparacaqlar. Yarımfinalda Kənan Abdullazadə qazaxıstanlı Məhəmməd Qoşqarı 9:2, Qurban Qurbanov isə Ukrayna təmsilçisi İrfan Mirzoyevi 5:0 hesabı ilə məğlub edib. 60 kq-da Nihat Məmmədli isə yarımfinalda iranlı Səid Murad İsmailiyə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və bürünc medal üçün güləşəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!