Britaniyadan razı qalmadım - Tramp .....                        Torpaq çərşənbəniz mübarək! .....                        İrandakı müharibə nə vaxt başa çatacaq? .....                        İran Avropa ölkəsini təhdid etdi: cavab verəcəyik! .....                        Bakı metrosunda YENİ QADAĞA .....                        Avropa Birliyi Ermənistana xüsusi qrup göndərir - Rusiyaya qarşı .....                        İranda öldürülən növbəti general .....                        ABŞ səfirliyinə hücum - partlayışlar olub .....                        Müctəba Xamenei sağdır, yoxsa ölüb? - Trampdan müəmmalı açıqlama .....                       
12-06-2023, 23:45
Ərdoğanın şərəfinə ziyafət təşkil olundu


Ərdoğanın şərəfinə ziyafət təşkil olundu

İyunun 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşıladılar. Ziyafət konsert proqramı ilə davam edib. Konsert proqramında ölkəmizin tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında Azərbaycanın və Türkiyənin xalq mahnılarından və klassik musiqilərindən nümunələr səsləndirilib.

12-06-2023, 21:31
Ərdoğan Prezidentin dəvəti ilə Azərbaycana gəldi


Ərdoğan Prezidentin dəvəti ilə Azərbaycana gəldi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də ölkəmizə dövlət səfərinə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.


12-06-2023, 19:32
Ermənilər Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərimizi atəşə tutdu


Ermənilər Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərimizi atəşə tutdu

İyunun 12-si saat 13:35-dən saat 14:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
12-06-2023, 19:28
Taksi sürücülərinin iş saatlarını gündəlik olaraq 8 saata endirəcəyik - Nazir


Taksi sürücülərinin iş saatlarını gündəlik olaraq 8 saata endirəcəyik - Nazir

“Hazırda taksi sürücülərinin gündəlik olaraq iş saatları 14 və ya 15 saatdır”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib. “Biz bu gün yeni qanunun tənzimlənməsi ilə onların iş saatlarını gündəlik olaraq 8 saata endirəcəyik. Bu da taksi fəaliyyətində keyfiyyəti artıracaq. Sürücülərin iş saatlarının azaldılması onların gəlirlərindən və işlərindən məhrum olması demək deyil”, - deyə nazir vurğulayıb.
12-06-2023, 19:23
Bulvarda kaktusların kəsilməsiylə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi


Bulvarda kaktusların kəsilməsiylə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi

Bakı bulvarında kaktusların kəsilməsi və yandırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib. Qeyd olunub ki, İdarə Milli Parkda kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər barədə məlumatlıdır: "Olay barədə məlumat daxil olandan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət olunub. Aparılan araşdırmadan sonra qanuna uyğun tədbirlərin görülməsi üçün müvafiq addımlar atılacaq. Dənizkənarı Bulvar İdarəsi bildirir ki, bulvarın mühafizəsi üçün lazım olan bütün addımları atıb. Lakin Milli Parkın böyük ərazini əhatə etdiyini və insanların sıx ziyarət etdiyi yer olmasını nəzərə alsaq, o zaman bu məkanda nizam-intizama əməl olunması, səliqə-səhmanın qorunması üçün insanların da üzərinə böyük məsuliyyət düşür". "Bəzi şəxslər vətəndaş məsuliyyətini dərk etmir. Milli Park hər kəsin, kaktuslara zərər verən şəxsin də milli dəyəri olmalıdır. Burada xoş istirahət keçirmək, gözəlliklərdən zövq almaq üçün yaradılan şəraiti hamı qorumalıdır. Amma təəssüf hissi ilə qeyd edirik ki, bəzi insanlar yaradılan bu gözəlliklərə zərər vurur. Dənizkənarı Bulvar İdarəsi bir daha insanları paytaxtımızın gözəlliyində xüsusi yeri olan Milli Parkı qorumağa çağırır", - məlumatda deyilir.
12-06-2023, 17:18
XİN Tehrandakı səfirliyimizlə bağlı açıqlama verdi


XİN Tehrandakı səfirliyimizin açılmasıyla bağlı cavab verdi

Son zamanlar Azərbaycanla İran arasında bir sıra təmaslar həyata keçirilib. Xarici işlər nazirləri arasında baş tutmuş danışıqlar zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 12 iyun tarixli şərhi barədə yerli medianın sualını cavablandırarkən deyib. "Cari ilin yanvar ayında terror hücumu nəticəsində fəaliyyətini dayandırmış səfirliyimizin işinin bərpa olunması məsələsinə gəldikdə qeyd edək ki, Azərbaycan terror hücumu ilə bağlı istintaqın başa çatdırılacağını gözləyir. Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir", - XİN rəsmisi vurğulayıb.
12-06-2023, 14:50
Nəqliyyat naziri Milli Məclisdə qanunvericiliyə edilən dəyişikliklə bağlı çıxış etdi


Nəqliyyat naziri Milli Məclisdə qanunvericiliyə edilən dəyişikliklə bağlı çıxış etdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə qanunvericiliyə dəyişikliklərlə bağlı çıxış edib. Nazir çıxışında cənab Prezident İlham Əliyevin müəyyən etdiyi istiqamət üzrə ölkəmizin nəqliyyat-logistika infrastrukturunda görülmüş işlər haqqında məlumat verib: “Ölkəmizdə son 20 il ərzində 20 min kilometrə yaxın yol çəkilib, dəmir yolları tikilib və ya bərpa edilib, yeni hava limanları istifadəyə verilib. Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa olunub, Bakı Gəmiqayırma Zavodu istifadəyə verilib”.
Qeyd olunub ki, qurumların idarəedilməsinin effektivliyinin artırılması, institutsional islahatlar və infrastruktura yatırılan investisiyalarla yanaşı, çətinliklər və həlli yollarına dair axtarışlar tənzimləmədə olan boşluqları aşkarlamağa imkan yaradıb: “Bu çatışmazlıqlar əsas etibarilə şəhərlərarası və ölkələrarası sərnişin və yük daşımaları, avtovağzalların işinin təşkili və taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində idi”. Rəşad Nəbiyev əlavə edib ki, bu gün Milli Məclisə təqdim edilən təkliflər məhz sərnişin və yük daşımaları sahəsində müvafiq tənzimlənmənin təmin edilməsini nəzərdə tutur. Təkliflərə əsasən:
Beynəlxalq sərnişin və yük daşımaları, ölkədaxili yük və sifarişli sərnişin daşımaları, taksi minik avtomobili ilə sərnişin daşımaları, taksi sifarişi operatoru fəaliyyəti müvafiq icazə əsasında həyata keçirilməlidir. Eyni zamanda qeyd olunan sərnişin və yük daşımalarında istifadə olunacaq hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartı alınmalıdır. Ümumi istifadədə nəqliyyat vasitələri ilə ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıqdan keçmələri icazələrin verilməsi üçün əsas olmalıdır. Bildirilib ki, analoji tələblər şəhərlərarası və ölkələrarası sərnişin və yük daşımalarına münasibətdə də təklif olunur. Nazir Rəşad Nəbiyev vurğulayıb ki, qanunvericiliyə təklif olunan dəyişikliklər həm sərnişin, həm də yük daşımaları bazarını əhatə etsə də, cəmiyyəti ən çox narahat edən, son zamanlar ictimai müzakirələrə səbəb olan məsələ taksi fəaliyyəti ilə əlaqəlidir. Qeyd olunub ki, mövcud problemləri dərindən öyrənmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məsləhətçi şirkətlərin iştirakı ilə araşdırma həyata keçirib. Bu araşdırma zamanı xoş olmayan nəticələr ortaya çıxıb:
Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur (tıxac və ekoloji problemlər).
Sürücülər gündə 14-16 saat sükan arxasında olur (təhlükəsizlik riskləri, əmək qanunvericiliyinin pozulması).
Taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin 50%-dən çoxunun yaşı 15-dən çoxdur (ekoloji və təhlükəsizlik riskləri).
Gündəlik səyahətlərin sayı: fərdi maşınlar gündə ortalama 2-2,5 səfər edirlərsə, taksi fəaliyyəti həyata keçirən avtomobil 20-dən çox səfər edə bilər (tıxac və ekoloji risklər).
Kölgə iqtisadiyyatı: mövcud sürücülərin çox kiçik qismi tələb olunan “fərqlənmə nişanı” əldə edib. “Təbii, biz bu vəziyyətə göz yuma bilmərik. Ona görə də qanunvericiliyə taksi fəaliyyətinin tənzimlənməsi, bəlli standartların qoyulması və nəzarət mexanizminin qurulmasını nəzərdə tutan dəyişikliklər təklif olunur. Biz bütün bu islahatlara bütövlükdə Bakı şəhərində mobilliyin genişləndirilməsi, əhalinin ictimai nəqliyyata çıxışının yaxşılaşdırılması və şəhərdə tıxacların azaldılması prizmasından baxırıq”, - deyə nazir vurğulayıb. Rəşad Nəbiyev çıxışının sonunda normativ hüquqi aktlarda dəyişiklik edilməsini nəzərdə tutan təkliflərin sərnişin və yük daşımaları sahəsində qanunvericiliyi təkmilləşdirəcəyinə və sahibkarların maraqlarının qorunmasını təmin etməklə ölkə iqtisadiyyatına töhfə verəcəyinə əminliyini ifadə edib.
12-06-2023, 13:59
Taksi sahəsində yeni qanununun tətbiqindən sonra qiymətlər qalxacaq


Taksi sahəsində yeni qanununun tətbiqindən sonra qiymətlər qalxacaq

Taksi sahəsində yeni qanunun tənzimlənməsindən sonra qiymətlər qalxacaq. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib. “Dünyanın heç bir yerində bu qədər taksi xidməti yoxdur. Ona görə də artım gözlənilir”,- deyə nazir vurğulayıb. "Təxminən ilin sonuna qədər 60-a yaxın qısa zolaqların çəkilməsi və istifadəsinin təmin edilməsini hədəfləyirik. Bizim hazırda əsas məqsədimiz sərnişinlərin A nöqtəsindən B nöqtəsinə rahat və təhlükəsiz çatdırılmasıdır", - Rəşad Nəbiyev əlavə edib.
Xatırladaq ki, komitənin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər müzakirə edilir.
12-06-2023, 13:44
Məqsədimiz taksilərin sayının deyil, taksi gedişlərinin azaldılmasıdır - Nazir


Məqsədimiz taksilərin sayının deyil, taksi gedişlərinin azaldılmasıdır - Nazir

Yeni qanunla taksilərin sayının azaldılması məsələsinə aydınlıq gətirilib. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev danışıb. “Bizim əsas məqsədimiz taksilərin sayının deyil, taksi gedişlərinin azaldılmasıdır. Bizdə olan statistikaya görə, ümumi taksi gedişlərində həcm 1,5-3 km ətrafındadır. Bunu ya ictimai nəqliyyatla, ya da piyada getmək olar”, -deyə nazir bildirib.
Xatırladaq ki, komitənin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər müzakirə edilir.
12-06-2023, 13:38
Tanınmış meyxanaçı narkotik vasitəyə görə tutuldu


Tanınmış meyxanaçı narkotik vasitəyə görə tutuldu

Bakıda meyxanaçı saxlanılıb, ondan narkotik vasitə götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Mahir Qonşuyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman yüksək təsiredici xassəyə malik külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib. Araşdırmalarla M.Qonşuyevin sosial şəbəkələrdə “Mahir Ay Brat” adlı səhifə yaradaq əsasən gənclər və yeniyetmələr arasında cinayətkarlığı, eləcə də narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib. Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. M.Qonşuyev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. "Sonda sosial şəbəkə istifaçilərinə, gənclərə, yeniyetmələrə, özündə cinayətkarlığı və zərərli vərdişləri ehtiva edən videolar, musiqilər, həmçinin digər bu tipli mövzularda olan məlumatları paylaşmamağı tövsiyyə edirik", - nazirlikdən bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!