12-09-2022, 00:18
Ərdoğan Şahbaz Şəriflə danışdı: Hazırıq!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.
Butov.az xəbər verir ki, telefon danışığında Pakistandakı sel fəlakəti ilə bağlı son vəziyyət və Türkiyənin yardımı müzakirə edilib. Ərdoğan Pakistanın sel fəlakəti ilə mübarizəsini yaxından izlədiklərini və qardaşlıq əlaqələrinin tələb etdiyi kimi lazımi dəstəyi vermək üçün Türkiyənin səfərbər olduğunu söyləyib. Türkiyə xalqının pakistanlı qardaşlarının yanında olduğunu bildirən prezident Ərdoğan Pakistana kömək üçün əllərindən gələni etməyə davam edəcəklərini bildirib. Pakistanın baş naziri Şərif Türkiyə dövlətinə və xalqına dəstəyə görə təşəkkür edib.
12-09-2022, 00:16
Təlimə gələn hərbçilər Türkiyəyə qayıtdılar“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və texniki avadanlıqları Türkiyəyə yola salınıb. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Sentyabrın 5-dən ölkəmizdə keçirilən təlimdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin hərbi pilotları müxtəlif tapşırıqları uğurla yerinə yetiriblər.
12-09-2022, 00:12
Lavrovdan Ukrayna açıqlaması: Çətin olacaq"Hazırda Kreml Ukrayna ilə danışıqlardan imtina etmir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. XİN başçısı proses uzandıqca Ukrayna ilə sülh barədə razılaşmanın daha çətin olacağını söyləyib: "Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir, lakin nə qədər ki, proses uzanacaq, bir o qədər razılığa gəlmək çətin olacaq".
12-09-2022, 00:09
DİN-in radiosu yeni layihəyə başlayırDaxili İşlər Nazirliyi (DİN) radiosu yeni layihəyə başlayır.
Butov.az-ın məlumatına görə yol hərəkəti ilə bağlı DİN-in səlahiyyətlərinə aid olan mövzular ətrafında sentyabr ayının 12-dən etibarən həftədə 5 gün olmaqla 2 saat ərzində saat 18:00-20:00 aralığında “Qaydaları pozma” adlı yeni layihəyə Avto Fm 107.7 dalğasında start verilir. Veriliş radionun sosial şəbəkə səhifələrində də canlı olaraq yayımlanacaq. Hər gün ictimaiyyəti maraqlandıran bir mövzu ilə yanaşı efirə ünvanlanan suallar cavablandırılacaq, əlavə olaraq yol polisinin fəaliyyəti ilə bağlı şikayətlər birbaşa icraya yönləndiriləcək, digər yəni səlahiyyət dairəsində olmayan məsələlər isə aidiyyəti üzrə səlahiyyətli qurumlara göndəriləcək. Layihə ötən mövsümdə həftədə iki gün 1 saat olmaqla efirə çıxıb, lakin böyük maraq və sosial media üzərindən cəmiyyətin müsbət mövqeyi qeyd olunan platformada bu işin genişləndirilməsini və daha fərqli formada təqdim esilməsini şərtləndirib.
11-09-2022, 15:07
Evində tiryəkxana açan qadın ələ keçdiNizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat nəticəsində yaşadığı evdə tiryəkxana təşkil edən Günay Məmmədova saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun üzərindən və Nizami rayonunda yaşadığı evdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. G.Məmmədovanın evində narkotik vasitələrin qəbulu və paytaxt ərazisində narkokuryerliklə məşğul olan daha iki nəfər - Elçin Mirzəyev və Teymur Orucov da saxlanılaraq istintaqa cəlb ediliblər. Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin istintaq şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
11-09-2022, 15:05
Ərdoğan Putinlə görüşdən sonra BMT-də nədən danışacaq...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının sammitində iştirak edəcək. Türkiyə lideri burada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Kremlin sözçüsü Dmitri Peskov isə mediaya açıqlamasında Rusiya Prezidenti Vladimir Putinlə həmkarı Rəcəb Tayyib Ərdoğanın Səmərqənddə keçiriləcək görüşünə hazırlıq görüldüyünü və tərəflərin Rusiya ərzaq məhsullarının ixracı da daxil olmaqla taxıl müqaviləsini müzakirə edəcəklərini bildirib. Ərdoğan daha sonra ABŞ-a səfər edəcək, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci iclasında iştirak edəcək. Türkiyə lideri sentyabrın 20-də Baş Assambleyada çıxış edəcək. Ərdoğan BMT-də Rusiya-Ukrayna müharibəsi, Ukrayna taxılının daşınması, terrorla mübarizə, Yunanıstanla gərginliyə qədər bir çox mövzularda danışacaq. Ərdoğan BMT Baş Assambleyası çərçivəsində bir çox dövlət və hökumət başçıları ilə təkbətək görüşəcək.
11-09-2022, 14:59
Anası ilə çayda batan gəncin meyiti tapıldı
Tərtər çayında batan Rzayev Qiyas Rasif oğlunun meyiti tapılıb.
Butov.az xəbər verir ki, həmin şəxs avqustun 26-da anası Rzayeva Fizzə Kamil qızı ilə birlikdə itkin düşüb. F.Rzayevanın meyiti həmin gün Tərtər çayının şəhərdən keçən hissəsində tapılsa da, Q.Rzayevin axtarışları bu günə kimi davam edib. Yaxınlarının bildirdiyinə görə, Q.Rzayevin meyiti Tərtər çayının rayonun Düyərli kəndindən keçən Qazyan arxında tapılıb.
11-09-2022, 14:48
Sabahın havası: yağış, külək...Sabaha olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 19-21° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
11-09-2022, 14:46
"Qarabağ"ın dünya reytinqindəki yeriBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Butov.az xəbər verir ki, 304 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb. Aktivində 131 xal olan "köhlən atlar" ötən ayla müqayisədə 13 sıra geriləyərək 91-ci pillədə qərarlaşıb. Ölkə çempionu Türkiyənin "Fənərbağça", Kolumbiyanın "Atletiko Nasyonal" və Belçikanın "Brügge" klubları ilə eyni xala malikdir. İlk "3-lük"də 305 xalla "Palmeyras", 303 xalla "Flamenqo" (hər ikisi Braziliya) və 293 xalla "Liverpul" (İngiltərə) qərarlaşıb.