Xocalının Təzəbinə kəndinə növbəti köç oldu .....                        Əbədiyaşarları yaşadanlar .....                        Bakıda yanıq xəsarətləri alan qadın öldü .....                        Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir .....                        Azad edilən fələstinli məhbuslar Ramallah və Qəzzaya aparıldı .....                        Üç qardaş ölkənin spikerləri nələri müzakirə etdilər? .....                        Şimşək çaxacaq, leysan yağış yağacaq - Hava xəbərdarlığı .....                        Ərdoğanın Misir səfərində gərgin anlar: təyyarə ikinci cəhddə yerə endi .....                        Əhali içki və siqaretə 2 milyard manat xərcləyib .....                       
28-09-2022, 18:23
Dövlət aqroparkının yaradılması planlaşdırılır


Dövlət aqroparkının yaradılması planlaşdırılır

Azərbaycanda dövlət aqroparkının yaradılması planlaşdırılır. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin departament rəhbəri Əmir Məmmədov "Kənd təsərrüfatında innovasiyalar: aqroparklar" adlı tədbirdə deyib. Onun sözlərinə görə, Yevlaxda yerləşəcək aqroparkın yaradılması üzrə pilot layihə artıq hazırdır. "Aztəminatlı ailələrə dəstək məqsədilə bağların yaradılması üçün 60 ailəyə 60 hektar torpağın verilməsi nəzərdə tutulur. Aqropark "ağıllı" texnologiyalar əsasında tikiləcək. Onun ərazisində aqroturizmin inkişafı üçün zəruri infrastrukturun yaradılıması planlaşdırılır", - deyə o bildirib.
28-09-2022, 18:21
Səbuhinin qardaşı şəhid ailəsi sayılmır - Nazirlik


Səbuhinin qardaşı şəhid ailəsi sayılmır - Nazirlik

Səbuhi Əhmədovun qardaşı şəhid ailəsi statusuna aid deyil. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Haşımov bildirib. Nazirlik rəsmisi şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun ona dövlət tərəfindən təqdim edilən mənzildən imtina etməsi ilə bağlı sualı cavablandırıb. M.Haşımov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə ona imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün bir neçə dəfə əyani, bir neçə dəfə telefonla danışılıb, qanunvericilik izah edilib."Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb. Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib", - deyə M.Haşımov qeyd edib.
28-09-2022, 18:18
Bu heyvanların ovlanması qadağan olundu


Bu heyvanların ovlanması qadağan olundu

Dağıstan və Şərqi Qafqaz turunun builki ov mövsümündə ovlanmasına icazə verilməyəcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib. Onun sözlərinə görə, həmin heyvan növlərinin sayımı aparılıb: “İlkin müşahidələr onu deməyə əsas verir ki, həmin növlərin sayında nisbətən azalma var. Ona görə də həmin heyvanların ov predmeti sayılması məqbul hesab edilməyib”.
28-09-2022, 18:05
Azadlığa çıxmalı olan MTN generalını həbsdən buraxmırlar


Azadlığa çıxmalı olan MTN generalını həbsdən buraxmırlar

Dünən azadlığa buraxılmasına dair qərar çıxarılan keçmiş MTN generalı Vəli Ələsgərov barəsindəki qərar icra olunmur. Bu barədə onun vəkili Vüqar Xasayev məlumat verib. Vəkilin sözlərinə görə, Naxçıvan qarışıq tipli cəzaçəkmə müəssisəsində saxlanılan Vəli Ələsgərovun buraxılması üçün göstəriş verilmir:"Buna səbəb kimi həbsxananın Rəşad adlı rəisi bizə bildirdi ki, müvafiq göstəriş Penitensiar Xidmətdən gəlməlidir". Xatırladaq ki, ötən gün Ali Məhkəmədə Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.
28-09-2022, 18:03
Daha 3 nəfər vəfat etdi - 164 yeni yoluxma


Daha 3 nəfər vəfat etdi - 164 yeni yoluxma

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 248 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 821 162 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 181 nəfər müalicə olunaraq sağalıb, hazırda 1071 aktiv xəstə var. Bu günə qədər 9910 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3054, ümumilikdə isə 7 245 111 test icra olunub.

28-09-2022, 17:59
Ölüm haqqında şəhadətnamə elektron qaydada veriləcək


Ölüm haqqında şəhadətnamə elektron qaydada veriləcək

“Ölüm haqqında tibbi şəhadətnamə” bundan sonra elektron qaydada veriləcək. Bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda dəyişiklik edilməsinə dair qərar qəbul edib. Dəyişikliyə əsasən, şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürüləcək.
28-09-2022, 17:12
Bakıda çörəyin çəkisini azaldan market aşkarlandı


Bakıda çörəyin çəkisini azaldan market aşkarlandı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarında çörəyin faktiki çəkisi ilə etiketdə göstərilən çəkinin uyğunluğuna nəzarət edilməsi istiqamətində monitorinqlərini davam etdirir. Qurumdan bildirlib ki, “Bizim Market”də satılan “Bakery” MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciəti araşdırılıb və istehlakçının çəkidə aldadıldığı müəyyən edilib. “Bizim Market” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Protokol və iş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. “Məlumat üçün bildiririk ki, çörəyin qablaşdırılmasında çəkinin göstərilməsi və faktiki çəkinin etiketdə göstərilən çəkiyə uyğunluğuna əməl edilməsi ilə bağlı Dövlət Xidməti tərəfindən iri çörək istehsalçıları və ticarət şəbəkələrinin rəhbərlərinə müraciət göndərilib və qanunvericiliyə riayət olunması tələb edilib”. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, istehlakçıların malların, işlərin və ya xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Satıcı (istehsalçı) məhsulların kütləsi və ya çəkisi, əsas ölçüləri, həcmi və miqdarı barədə istehlakçılara düzgün məlumat verməlidir. Əks halda istehlakçıların aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manata, vəzifəli şəxslər min beş yüz manatdan iki min manata, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək məbləğdə inzibati qaydada cərimə edilir.
28-09-2022, 17:09
Xırdalan reysi ləğv edildi, qatarda izdiham yaşandı


Xırdalan reysi ləğv edildi, qatarda izdiham yaşandı

Xəbər verdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları" hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə 28 sentyabrdan etibarən Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən reyslərin sayını artırıb. Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edir və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşür. Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən reys ləğv edilib. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılıb. Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə reysin ləğv edilməsi Xırdalan və Biləcəri stansiyalarında sıxlığa səbəb olub. Ölkədə iş saatları saat 9:00-da başladığına görə, əksəriyyət Biləcəri stansiyasında 08:18-də olan reysə üstünlük verib. Bu isə stansiya və qatarda izdihama səbəb olub. Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən cavab olaraq bildirilib ki, tədris ilinin başlanması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkətdə olan qatarlara tələbatın daha da artması sərnişin sıxlığına səbəb olur. Rəsmi məlumata görə, hazırda ən çox sıxlıq Sumqayıt-Pirşağı-Bakı istiqamətində müşahidə olunur:"Qeyd olunan istiqamət üzrə sıxlığın azaldılması məqsədilə Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkət edən və doluluq səviyyəsi nisbətən az olan qatar müvəqqəti olaraq Sabunçu-Bakıxanov-Bakı istiqamətində sərnişinlərin daşınması üçün ayrılıb. Belə ki, Sumqayıtdan 07:45-də yola düşən Sumqayıt- Xırdalan-Biləcəri - Bakı marşrutu üzrə hərəkət edən 6006 nömrəli qatar 08:03-də Xırdalana çatırdı. Xırdalandan isə 08:10-da Bakı istiqamətinə ayrıca reys olduğu üçün çox zaman Sumqayıtdan gələn qatarda doluluq səviyyəsi aşağı olurdu. Bu səbəbdən yalnız doluluq səviyyəsi az olan 07:45 qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində çıxarılıb və sərnişin sıxlığının daha çox müşahidə olunduğu Sumqayıt-Pirşağı-Bakı istiqamətində sərnişinlərin daşınması üçün ayrılmışdır. Hazırda Sumqayıt-Xırdalan-Bakı istiqamətində qatarların hərəkət intervalı arasında az vaxt olduğu üçün bu istiqamət üzrə sərnişinlərin hərəkətində problem yaşanmayacaq. Sonuncu dəyişiklikdən sonra Sumqayıt-Pirşağı -Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən 6606 nömrəli qatar Sumqayıtdan 07:25 əvəzində 07:15-də yola düşəcək. Sumqayıt-Pirşağı-Sabunçu-Bakı marşrutu üzrə Sumqayıtdan 07:30-da yola düşməklə 6608 nömrəsi ilə qatar əlavə olunub".





28-09-2022, 16:51
Vətən müharibəsinin xronikası: 28 sentyabrda nə olmuşdu...


Vətən müharibəsinin xronikası: 28 sentyabrda nə olmuşdu...

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Həmin tarixi gündən artıq iki il ötür. Butov.az Vətən müharibəsinin xronikasını təqdim edir.
Müharibənin 2-ci günü
• BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub. Prezident İlham Əliyev ötən gün Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib. Qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.
• Müdafiə Nazirliyi Ermənistan ordusunun üç silah-sursat anbarının, onlarla texnikasının və 550-dən çox canlı qüvvəsinin məhv edildiyi barədə məlumat yayıb.
• Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib, Ermənistan Ordusunun xeyli sayda canlı qüvvəsi məhv edilib.
• Ermənistan silahlı birləşmələrinin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.
• Baş Prokurorluq düşmənin Tərtərdə əlillər və məcburi köçkünlər üçün tikilmiş binanı atəşə tutması nəticəsində iki nəfərin həlak olması və iki nəfərin yaralanması barədə məlumat yayıb.
28-09-2022, 16:38
Daşaltı necə azad olunub? - Tehran Mənsimov açıqladı


Daşaltı necə azad olunub? - Tehran Mənsimov açıqladı

Daşaltı kəndinin azad olunması tapşırığına rəhbər polkovnik Tehran Mənsimov təyin olunmuşdu. Bu barədə İctimai TV-də yayımlanan “Bizim torpaq” sənədli filmində bildirilib. Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Dəstəsini zabiti olan Tehran Mənsimov sözügedən sənədli filmdə Daşaltı əməliyyatından danışıb:“Xüsusi təyinatların itkisiz irəliləməsi üçün Daşaltıya hücum etməli, düşmənin Şuşadan, Xankəndidən, Laçın yolu istiqamətindən gələ biləcək qüvvəsini üzərimə çəkməliydim. Bundan başqa, XTQ-yə şərait yaratmalı idim ki, yolu tutduqdan sonra, təyin olunmuş həddə Şuşanın ətrafına yerləşsinlər. Nəticədə onlar arxadan, mən isə Daşaltıdan Şuşaya daxil olmalı idim. Dolu əvəzinə, güllə yağırdı. Düşmən bütün artilleriya vasitələrindən istifadə edirdi. Təsəvvür edin, hava hücumundan müdafiə vasitəsiylə insana atəş açırdılar, adam rəsmən tikə-parça olurdu. Daşaltının üstündəki bütün qayalarda güllə izi var. Mən Azərbaycan oğullarının nəyə qadir olduğunu, nə edə biləcəklərini gördüm”. Qeyd edək ki, noyabrın 4-də Şuşa-Laçın yolu xüsusi təyinatlı bölmələr tərəfindən azad olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!