20-09-2022, 18:31
Azərbaycan daha 95 erməni hərbçinin meyitini İrəvana verdiErmənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqadar Dövlət Komissiyasından verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. Dövlət Komissiyası bildirib ki, Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcək. Qeyd edək ki, Azərbaycan tərəfi ötən həftə 32 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil vermişdi.
20-09-2022, 18:29
Sabaha 35 dərəcə isti, yağış gözlənilirAzərbaycanda sentyabrın 21-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
20-09-2022, 18:24
Milli Məclis beynəlxalq sazişi təsdiqləyəcəkMilli Məclis Azərbaycanla İCESCO arasında sazişi təsdiqləyəcək. Bununla bağlı sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Toplantıda deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə edəcəklər.
20-09-2022, 18:22
Yanan meşə əraziləri bərpa edilir
Şabran, Siyəzən, Quba, Xaçmaz, Qəbələ, Oğuz, Zaqatala rayonlarının yanğına məruz qalmış meşə fondu ərazilərində yanaraq bioloji inkişafdan dayanmış, yıxılmış quru ağaclar və kollar təşkil olunmuş müvafiq briqadalar tərəfindən təmizlənərək ərazidən daşınır. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, yanmış ərazilər təmizləndikdən sonra hazır vəziyyətə gətirilmiş sahələrdə payız ağacəkmə mövsümündə yerli meşə təsərrüfatlarının tingliklərində yetişdirilmiş və tədarük edilmiş Qafqaz vələsi, adi göyrüş, nəhəng ağcaqayın, uzunsaplaq palıd, şərq fıstığı tinglərindən və toxumlarından istifadə olunaraq meşəbərpa tədbirləri aparılacaq. Onun sözlərinə görə, təbiət özünübərpa xüsusiyyətinə malik olduğundan bəzi yanmış meşə ərazilərimizdə təbii bərpa prosesi müşahidə olunur. Artıq Şabran rayonu ərazisində yanğına məruz qalmış meşə ərazisində təbii bərpa prosesi başlayıb.
20-09-2022, 18:19
Azərbaycan onları viza tələbindən azad edirAzərbaycan və Kamboca qarşılıqlı olaraq diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir. Bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində qeyd olunub. Qanun layihəsi beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
20-09-2022, 18:17
Vilayət Eyvazovdan yeni təyinat Polis mayoru Elçin Teymurov Astara Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinə rəis təyin edilib. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Qeyd edək ki, E.Teymurov bu təyinatadək Zaqatala RPŞ-də İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.
20-09-2022, 18:13
Pəncərə silən qız 8-ci mərtəbədən yıxılıb öldüBakıda 18 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sentyabrın 19-da, Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirova pəncərələri silərkən ehtiyatsızlıqdan 8-ci mətəbədən yerə yıxılaraq ölüb. Rəsmi məlumata görə, faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır".
20-09-2022, 18:07
Vətən müharibəsi qazisi dəfn olunduVətən müharibəsi qazisi, sentyabrın 18-də vəfat etmiş I qrup əlil Elnur Səmədov Bakıda dəfn olunub.
Butov.az xəbər verir ki, mərhum Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb. Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, yaylım atəşi açılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nümayəndələri, qazinin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, E.Səmədov 2020-ci ildə Vətən müharibəsində iştirak edib və oktyabrın 25-də Qubadlı istiqamətində ayağından yaralanıb. Doqquz aydır leykoz xəstəliyindən əziyyət çəkən E.Səmədov sentyabr ayının 18-də Türkiyənin İstanbul şəhərində müalicə alan zaman vəfat edib.
20-09-2022, 18:04
Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı
Müəllimlərdən pul tələb edən Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub.
Butov.az xəbər verir ki, araşdırma aparılaraq akt tərtib olunub və məktəbin direktoru tutduğu vəzifədən azad edilib. Xatırladaq ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovanın müəllimlərdən açıq aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı. Məktəbin direktoru müəllimlər üçün yaratdığı "Whatsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib. Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib.
20-09-2022, 17:59
Laçında növbəti erməni təxribatı - Mina faciəsinin qarşısı alındıErmənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib. Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb. Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir.