Təxirə salınmış "Neftçi" - "Qarabağ" matçının TARİXİ .....                        Daha 50 nəfər Azərbaycana təxliyə edildi .....                        Qadın güləşçimiz Avropa ikincisi oldu .....                        Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatdı .....                        Ərdoğandan İrandan raket atılmasına REAKSİYA .....                        İsrail İrana endirdiyi zərbələrin sayını açıqladı .....                        İran diplomatları sığınacaq istəyirlər .....                        Rusiya İrana kömək edir - Tramp .....                        “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” .....                       
11-04-2023, 13:25
İranda molla rejiminə etiraz - “Zəngəzur Azərbaycandır” şüarı ilə


İranda molla rejiminə etiraz - “Zəngəzur Azərbaycandır” şüarı ilə

İran küçələrində molla rejiminə etiraz edən soydaşlarımız "Zəngəzur Azərbaycandır" şüarları yayıblar. Bu barədə "Mouze" teleqram kanalı paylaşım edib. Bildirilib ki, güneyli soydaşlarımız Zəngəzurla bağlı şüarları şəhərin müxtəlif yerlərinə yerləşdiriblər. Şüarlarda "Zəngəzur və Təbriz qardaşlığı əbədidir", "Zəngəzur Azərbaycandır!", "Zəngəzur bizim qırmızı çizgimizdir" deyə fikirlər yer alıb.
10-04-2023, 22:40
Dünya iqtisadiyyatı çətinliklə üz-üzə qalıb


Dünya iqtisadiyyatı çətinliklə üz-üzə qalıb

Dünya iqtisadiyyatı yüksək qeyri-müəyyənliklə xarakterizə olunur, bərpası çətin olaraq qalır və parçalanma dərinləşir. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) baş icraçı direktoru Kristalina Georgiyeva bildirib. “İqtisadiyyatın ümid etdiyimiz səviyyədə bərpası əvvəlki kimi çətin olaraq qalır”, - o deyib. Kristalina Georgiyevanın sözlərinə görə, 2023-cü ildə dünya iqtisadiyyatının artımı 3 faizdən az olacaq: "Ən çox narahatlıq doğuran odur ki, bu artım növbəti beş ildə dəyişməyəcək. Bizi bir yerdə tutan əlaqələr son illər daha çox zəifləyib. Parçalanma şiddətlənir”.
10-04-2023, 22:29
İş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir - Prezident


İş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir - Prezident

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edirəm. Mən normallaşmaya dair danışıqlar prosesinin indiki statusu barədə həmkarıma məlumat vermişəm. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında bildirib. “Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”, - dövlət başçısı qeyd edib.
10-04-2023, 22:22
İranla hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olmuşuq - XİN


İranla hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olmuşuq - XİN

Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İranla hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycanın xarici siyasətinin dəyişməz prioritetidir. Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin aprelin 10-da verdiyi şərhlə bağlı yerli medianın sualını cavablandırarkən deyib. Mətbuat katibi qeyd edib ki, bu xüsusda, Azərbaycan tərəfi ölkəmizin milli mənafeyi və milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir. “Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir və məsləhətləşmələrin davam etdirilməsini vacib hesab edir”, - deyə Ayxan Hacızadə vurğulayıb.
10-04-2023, 22:18
Azərbaycan bizim üçün sadəcə etibarlı tərəfdaş deyil, qardaşdır - Tokayev


Azərbaycan bizim üçün sadəcə etibarlı tərəfdaş deyil, qardaşdır - Tokayev

Azərbaycan bizim üçün sadəcə mühüm və etibarlı tərəfdaş deyil, qardaş, yaxın dövlətdir. Biz çoxəsrlik sarsılmaz dostluq, qarşılıqlı dəstək tellərinə güvənərək səmərəli dövlətlərarası əməkdaşlıq yaratmışıq. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən geniş tərkibdə görüşdə bildirib. Bu əməkdaşlığın əsl strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdiyini vurğulayan Kasım-Jomart Tokayev deyib: “Ölkələrimiz arasında etimada əsaslanan fəal siyasi dialoq yaranıb. Hökumət səviyyəsində nizamlanmış iş aparılır, çoxtərəfli məkanlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət həyata keçirilir”.
10-04-2023, 22:11
Qazaxıstanla qardaşlıq münasibətində irəliləyirik - İlham Əliyev


Qazaxıstanla qardaşlıq münasibətində irəliləyirik - İlham Əliyev

Biz həmişə bütün Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini hiss etmişik. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirilən məhdud tərkibdə görüşdə deyib. Dövlətimizin başçısı qeyd edib: “Bizim rəsmi səfərlər çərçivəsində belə tez-tez görüşməyimiz həm münasibətlərimizin xarakterinə, həm də ona dəlalət edir ki, daim əlaqə saxlamağımız zəruridir. Ona görə ki, biz müxtəlif beynəlxalq məkanlarda müntəzəm görüşürük, lakin ikitərəfli format ən səmərəli formatdır”. Prezident, həmçinin vurğulayıb ki, Azərbaycan və Qazaxıstan bir-birinə səmimi, qardaşcasına münasibət bəsləyirlər. Bu, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmindir. İki ölkə arasında əməkdaşlığın istiqamətlərinə toxunan dövlətimizin başçısı bildirib ki, əlbəttə, indiki şəraitdə ticari-iqtisadi, investisiya layihələri, nəqliyyat-logistika infrastrukturu və ölkələrimizin bu istiqamətlərdə səylərinin birləşdirilməsi ilə bağlı layihələr prioritet əhəmiyyət kəsb edir.
10-04-2023, 21:30
Astanada Heydər Əliyev küçəsinin açılışı oldu


Astanada Heydər Əliyev küçəsinin açılışı oldu

Aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mərasimdə iştirak ediblər. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Heydər Əliyev küçəsində yerləşən Botanika bağında ağac əkiblər.



10-04-2023, 16:10
Molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb


Molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam etdirilir. İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb. Məlumata görə, onlar Ələddin İbrahimov, Arif Fətəliyev, Elsevər İsayev və Yusif adlı şəxslərdir. Qeyd edək ki, Arif Fətəliyev və Elsevər İsayev 2012-ci ildə icazəsiz aksiya keçirdiklərinə görə saxlanılmışdılar.
10-04-2023, 13:55
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında aprelin 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.
10-04-2023, 13:52
Prezident Qazaxıstanda rəsmi səfərdədir


Prezident Qazaxıstanda rəsmi səfərdədir

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!