Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb .....                        Fransanın eks-prezidenti həbsdən buraxıldı .....                        BBC-nin baş direktoru istefa verib .....                        Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                        Paşinyan orduda əməliyyat müşavirəsi keçirdi .....                        Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının finalında .....                        Sabir Rüstəmxanlıdan etiraz: Prezidentin siyasətinə ziddir! .....                        Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB .....                        Gədəbəydə güclü yanğın: hərbçilər də olaya cəlb olundu - VİDEO .....                       
30-09-2022, 15:34
Təbib Rəhim Rəhimlinin ölüm səbəbini açıqladı


Təbib Rəhim Rəhimlinin ölüm səbəbini açıqladı

Bəstəkar-müğənni Rəhimli Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən sentyabrın 30-da saat 01:30 radələrində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çarığış daxil olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-a bildirib ki, həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib. Z.Ədilova qeyd edib ki, ifaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.
30-09-2022, 15:20
Qazaxda kütləvi dava - 4 nəfər xəstəxanaya yerləşdirildi


Qazaxda kütləvi dava - 4 nəfər xəstəxanaya yerləşdirildi

Qazaxda kütləvi dava olub, xəsarət alanlar var. Hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüldü Abdula Abdulayev bıçaqlanma diaqnozu, İlqar Abdulayev, 1969-cu il təvəllüdlü Məmməd Qocayev və onun oğlu 2004-cü il təvəllüdlü Muxtarxan Qocayev isə müxtəlif bədən xəsarəti (döyülmə) ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, həmin şəxslər dava zamanı xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır
30-09-2022, 14:55
Avropada meymunçiçəyinə yoluxma 24 mini keçdi


Avropada meymunçiçəyinə yoluxma 24 mini keçdi

Avropada meymunçiçəyi virusuna yoluxanların sayı 24 mini keçib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bölgəsinin saytında məlumat yayılıb. Avropada yoluxma sayının 24 622-yə çatdığı, Avropa regionunda 44 ölkədə virusun mövcud olduğu bildirilib. Xəstələrin 96 faizində virus əlaməti olaraq qızartı və qaşınma, 68 faizində isə yüksək hərarət, yorğunluq və əzələ ağrısı kimi əlamətlər olduğu qeyd edilib. Ən çox yoluxma halları 7 min 149 nəfərlə İspaniyada qeydə alınıb.
30-09-2022, 14:44
Məşhur bloger Hüseyn Həsənov Rusiyadan qaçdı


Məşhur bloger Hüseyn Həsənov Rusiyadan qaçdı

Rusiya prezidenti Vladimir Putinin səfərbərliklə bağlı verdiyi sərəncamdan sonra minlərlə vətəndaş müxtəlif yollarla ölkəni tərk etməyə başlayıb. Ukraynada döyüşməkdən imtina edənlər əsasən qonşu ölkələrə qaçırlar. Butov.az xəbər verir ki, Rusiya Telegram kanallarının məlumatına görə, məşhur azərbaycanlı bloger Hüseyn Həsənov da səfərbərlikdən yayınmaq üçün Rusiyanı tərk edib. Onun hara getdiyi məlum deyil.
29-09-2022, 23:01
Məşhur bloger Hüseyn Həsənov Rusiyadan qaçdı


Məşhur bloger Hüseyn Həsənov Rusiyadan qaçdı

Rusiya prezidenti Vladimir Putinin səfərbərliklə bağlı verdiyi sərəncamdan sonra minlərlə vətəndaş müxtəlif yollarla ölkəni tərk etməyə başlayıb. Ukraynada döyüşməkdən imtina edənlər əsasən qonşu ölkələrə qaçırlar. Butov.az xəbər verir ki, Rusiya Telegram kanallarının məlumatına görə, məşhur azərbaycanlı bloger Hüseyn Həsənov da səfərbərlikdən yayınmaq üçün Rusiyanı tərk edib. Onun hara getdiyi məlum deyil.
29-09-2022, 22:50
Zabitlərimiz Oklahomada ABŞ hərbçiləri ilə görüşdü


Zabitlərimiz Oklahomada ABŞ hərbçiləri ilə görüşdü

Oklahoma Milli Qvardiyasının Dövlət Tərəfdaşlıq Proqramı ötən həftə Azərbaycan Müdafiə Nazirliyinin üç zabitini Kiber Müdafiə Əməliyyatları sahəsində hərbi bilik mübadiləsi aparmaq üçün Oklahoma şəhərində qəbul edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, ABŞ-də olarkən onlar strategiyanı və təcrübələri müzakirə etmək üçün mülki şəxslər və hərbçi həmkarları ilə görüşlər keçirib.
29-09-2022, 22:38
49 yaşlı qadın xəstəxanada özünü asdı


49 yaşlı qadın xəstəxanada özünü asdı

Bakıda intihar hadisəsi olub. Butov.az xəbər verir ki, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən 15 saylı Birləşmiş şəhər Xəstəxanasında qeydə alınıb. Orada xadimə işləyən 49 yaşlı Novruzova Aidə Cəlal qızı xəstəxananın həyətindəki tikilidə özünü asaraq, həyatına son qoyub. Onun hansı səbəbdən canına qəsd etdiyi bilinmir. Faktla bağlı araşdırma aparılır.
29-09-2022, 22:20
Prokurorluq işçilərinin maaşlarına əlavə artırılır


Prokurorluq işçilərinin maaşlarına əlavə artırılır

Prokurorluq işçilərinin maddi təminatı artırılır. Bu, Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna görə, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Layihəyə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli deyil, 1,25 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən tətbiq ediləcək.
29-09-2022, 22:03
Sənan Əhmədov şəhid ailəsinin üzvü kimi tanınmayacaq


Sənan Əhmədov şəhid ailəsinin üzvü kimi tanınmayacaq

Şəhidimiz Səbuhi Əhmədovla bağlı mediada yayılmış Arayışla əlaqədar bildiririk ki, qeyd edilən sənəd “Şəhid” və şəhidin ailəsinə “Şəhid ailəsi” statusunu müəyyən edən şablon Arayış formasıdır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Həşimov bildirib. M.Həşimov qeyd edib ki, bu Arayışda şəhidimizin hər hansı bir ailə üzvü barədə məlumat yazılmayıb:"Şəhidin ailə üzvü kimi rəsmi statusun tanınması “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Qanunvericilikdə bu güzəştlərdən şəhidin:
- həyat yoldaşı;
- valideynləri;
- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları;
- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;
- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;
- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir. Şəhidimizin qardaşı Sənanın 27 yaşı olduğundan sözügedən qanunveriliklə imtiyazlı kateqoriyadan olan şəxs hesab olunmur". "Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir.
Bu mövzunu konteksdən çıxaran, səhv mövqedən tirajlayan, Şəhid adının müqəddəsliyinə və dövlətin şəhid ailələrinə qayğısını kölgə altına salmaq cəhdlərini pisləyirik. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!", - qurum rəsmisi bəyan edib.
29-09-2022, 21:06
Beynəlxalq Prokurorlar Assosiasiyasına yeni prezident seçildi


Beynəlxalq Prokurorlar Assosiasiyasına yeni prezident seçildi

Argentinanın Buenos Ayres muxtar şəhərinin baş prokuroru Huan Batista Mahikes Beynəlxalq Prokurorlar Assosiasiyasının yeni prezidenti seçilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 29-da Tbilisidə Beynəlxalq Prokurorlar Assosiasiyasının Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun növbəti sessiyası keçirilib. Sessiyaya sədrlik edən Baş prokurorun müavini Heydər Məmmədov çıxışında korrupsiya yolu ilə əldə edilən gəlirlərin aşkar edilməsi və bərpası sahəsində həyata keçirilən institusional tədbirlərdən danışıb, bu xüsusda beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Daha sonra Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev çıxış edərək aktivlərin aşkar edilməsi, izlənməsi, bərpası sahəsində səmərəli mexanizm yaradılması, Avropa İttifaqının “Tvinninq” layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr barədə məlumat verib. Sessiyada həmçinin Avropa Prokurorluq Xidmətinin rəhbəri Laura Kövesi, İrlandiya Prokurorluq Xidmətinin sabiq rəhbəri Ceyms Həmilton, Gürcüstan Baş Prokurorluğunun idarə rəisi Nikoloz Çinkoraşvili və Estoniyanın Şimal dairə prokuroru Kairi Kaldoja çıxış edərək öz təcrübələri bölüşüblər. Baş Prokurorluğun nümayəndə heyəti səfər çərçivəsində müxtəlif ölkələrdən olan həmkarları ilə görüşərək gələcək əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!