Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb .....                        Fransanın eks-prezidenti həbsdən buraxıldı .....                        BBC-nin baş direktoru istefa verib .....                        Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                        Paşinyan orduda əməliyyat müşavirəsi keçirdi .....                        Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının finalında .....                        Sabir Rüstəmxanlıdan etiraz: Prezidentin siyasətinə ziddir! .....                        Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB .....                        Gədəbəydə güclü yanğın: hərbçilər də olaya cəlb olundu - VİDEO .....                       
28-09-2022, 19:51
Ağsaqqallar Şurasının üzvləri qazilərimizi ziyarət etdi


Ağsaqqallar Şurasının üzvləri qazilərimizi ziyarət etdi

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri – sədr müavini, professor Elmira Süleymanova, Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, o cümlədən Şuranın məsul şəxsləri Rafiq Rzayev və Elşad Quliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alan Vətən müharibəsi qazilərini ziyarət ediblər. Butov.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla andıqdan sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və təşkilatın İdarə Heyətinin üzvlərinin salamlarını qəhrəman qazilərimizə çatdıran Elmira Süleymanova ilk öncə uca Tanrıdan onların tezliklə sağalaraq normal həyata dönmələrini arzulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən mühəribəsində qazanılmış möhtəşəm Zəfərdən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdikləri böyük fədakarlıqlardan, onların misli görünməmiş şücaətlərindən bəhs edib. Hospitalda müalicə alan qazilərimizin şəxsində bütün igidlərimizə - qısa müddət ərzində Ermənistan ordusunu məğlubiyyətə uğradaraq, torpaqlarımızı düşmən tapdağından azad edən mərd Vətən oğullarına minnətdarlığını bildirib. Şəhid ailələrinə və qazilərə qayğının hər zaman dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadiyyat, ordu quruculuğu və digər sahələrdəki uğurlarından danışan Elmira xanım ölkəmizin gündən-günə inkişaf etdiyini bildirib. Səmimi şəraitdə keçən görüşdə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli də möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla rəşadətli Ordumuzun əsgər və zabitlərinin həyata keçirdiyi qəhrəmanlıqlardan söhbət açaraq onlara sonsuz minnətdarlığını ifadə edib. Müalicə olunan bütün qazilərimizə Allahdan şəfa diləyib. Sonda Elmira Süleymanova hospitalda gecə-gündüz qazilərimizin qayğısına qalan, onları müalicə edən tibb işçilərinə və Vətən uğrunda döyüşlərdən qəhrəman kimi ayrılan igid, qorxmaz Azərbaycan oğullarına bir daha öz dərin təşəkkürünü bildirərək onları bir-bir bağrına basıb. Cəsur qazilərimizlə və hospitalın tibbi heyəti ilə xatirə şəkilləri çəkdirib. Azərbaycan Ağsaqqllar Şurasının rəhbərliyi adından hərbi hospitalda müalicə alan qazilərə ərzaq sovqatları təqdim edilib.



28-09-2022, 18:27
Kərim Vəliyev Gürcüstanın müdafiə naziri ilə görüşdü


Kərim Vəliyev Gürcüstanın müdafiə naziri ilə görüşdü

Gürcüstana rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan müdafiə nazirinin salamlarını Gürcüstanın müdafiə nazirinə çatdıran general-polkovnik K.Vəliyev iki ölkə arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğu, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi qeyd edilib. Qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi bildirilib. Tərəflər Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini xüsusi qeyd edib, maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Görüşdən sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub.





28-09-2022, 18:23
Dövlət aqroparkının yaradılması planlaşdırılır


Dövlət aqroparkının yaradılması planlaşdırılır

Azərbaycanda dövlət aqroparkının yaradılması planlaşdırılır. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin departament rəhbəri Əmir Məmmədov "Kənd təsərrüfatında innovasiyalar: aqroparklar" adlı tədbirdə deyib. Onun sözlərinə görə, Yevlaxda yerləşəcək aqroparkın yaradılması üzrə pilot layihə artıq hazırdır. "Aztəminatlı ailələrə dəstək məqsədilə bağların yaradılması üçün 60 ailəyə 60 hektar torpağın verilməsi nəzərdə tutulur. Aqropark "ağıllı" texnologiyalar əsasında tikiləcək. Onun ərazisində aqroturizmin inkişafı üçün zəruri infrastrukturun yaradılıması planlaşdırılır", - deyə o bildirib.
28-09-2022, 18:21
Səbuhinin qardaşı şəhid ailəsi sayılmır - Nazirlik


Səbuhinin qardaşı şəhid ailəsi sayılmır - Nazirlik

Səbuhi Əhmədovun qardaşı şəhid ailəsi statusuna aid deyil. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Haşımov bildirib. Nazirlik rəsmisi şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun ona dövlət tərəfindən təqdim edilən mənzildən imtina etməsi ilə bağlı sualı cavablandırıb. M.Haşımov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə ona imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün bir neçə dəfə əyani, bir neçə dəfə telefonla danışılıb, qanunvericilik izah edilib."Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb. Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib", - deyə M.Haşımov qeyd edib.
28-09-2022, 18:18
Bu heyvanların ovlanması qadağan olundu


Bu heyvanların ovlanması qadağan olundu

Dağıstan və Şərqi Qafqaz turunun builki ov mövsümündə ovlanmasına icazə verilməyəcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib. Onun sözlərinə görə, həmin heyvan növlərinin sayımı aparılıb: “İlkin müşahidələr onu deməyə əsas verir ki, həmin növlərin sayında nisbətən azalma var. Ona görə də həmin heyvanların ov predmeti sayılması məqbul hesab edilməyib”.
28-09-2022, 18:05
Azadlığa çıxmalı olan MTN generalını həbsdən buraxmırlar


Azadlığa çıxmalı olan MTN generalını həbsdən buraxmırlar

Dünən azadlığa buraxılmasına dair qərar çıxarılan keçmiş MTN generalı Vəli Ələsgərov barəsindəki qərar icra olunmur. Bu barədə onun vəkili Vüqar Xasayev məlumat verib. Vəkilin sözlərinə görə, Naxçıvan qarışıq tipli cəzaçəkmə müəssisəsində saxlanılan Vəli Ələsgərovun buraxılması üçün göstəriş verilmir:"Buna səbəb kimi həbsxananın Rəşad adlı rəisi bizə bildirdi ki, müvafiq göstəriş Penitensiar Xidmətdən gəlməlidir". Xatırladaq ki, ötən gün Ali Məhkəmədə Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.
28-09-2022, 18:03
Daha 3 nəfər vəfat etdi - 164 yeni yoluxma


Daha 3 nəfər vəfat etdi - 164 yeni yoluxma

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 248 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 821 162 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 181 nəfər müalicə olunaraq sağalıb, hazırda 1071 aktiv xəstə var. Bu günə qədər 9910 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3054, ümumilikdə isə 7 245 111 test icra olunub.

28-09-2022, 17:59
Ölüm haqqında şəhadətnamə elektron qaydada veriləcək


Ölüm haqqında şəhadətnamə elektron qaydada veriləcək

“Ölüm haqqında tibbi şəhadətnamə” bundan sonra elektron qaydada veriləcək. Bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda dəyişiklik edilməsinə dair qərar qəbul edib. Dəyişikliyə əsasən, şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürüləcək.
28-09-2022, 17:12
Bakıda çörəyin çəkisini azaldan market aşkarlandı


Bakıda çörəyin çəkisini azaldan market aşkarlandı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarında çörəyin faktiki çəkisi ilə etiketdə göstərilən çəkinin uyğunluğuna nəzarət edilməsi istiqamətində monitorinqlərini davam etdirir. Qurumdan bildirlib ki, “Bizim Market”də satılan “Bakery” MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciəti araşdırılıb və istehlakçının çəkidə aldadıldığı müəyyən edilib. “Bizim Market” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Protokol və iş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. “Məlumat üçün bildiririk ki, çörəyin qablaşdırılmasında çəkinin göstərilməsi və faktiki çəkinin etiketdə göstərilən çəkiyə uyğunluğuna əməl edilməsi ilə bağlı Dövlət Xidməti tərəfindən iri çörək istehsalçıları və ticarət şəbəkələrinin rəhbərlərinə müraciət göndərilib və qanunvericiliyə riayət olunması tələb edilib”. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, istehlakçıların malların, işlərin və ya xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Satıcı (istehsalçı) məhsulların kütləsi və ya çəkisi, əsas ölçüləri, həcmi və miqdarı barədə istehlakçılara düzgün məlumat verməlidir. Əks halda istehlakçıların aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manata, vəzifəli şəxslər min beş yüz manatdan iki min manata, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək məbləğdə inzibati qaydada cərimə edilir.
28-09-2022, 17:09
Xırdalan reysi ləğv edildi, qatarda izdiham yaşandı


Xırdalan reysi ləğv edildi, qatarda izdiham yaşandı

Xəbər verdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları" hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə 28 sentyabrdan etibarən Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən reyslərin sayını artırıb. Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edir və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşür. Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən reys ləğv edilib. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılıb. Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə reysin ləğv edilməsi Xırdalan və Biləcəri stansiyalarında sıxlığa səbəb olub. Ölkədə iş saatları saat 9:00-da başladığına görə, əksəriyyət Biləcəri stansiyasında 08:18-də olan reysə üstünlük verib. Bu isə stansiya və qatarda izdihama səbəb olub. Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən cavab olaraq bildirilib ki, tədris ilinin başlanması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkətdə olan qatarlara tələbatın daha da artması sərnişin sıxlığına səbəb olur. Rəsmi məlumata görə, hazırda ən çox sıxlıq Sumqayıt-Pirşağı-Bakı istiqamətində müşahidə olunur:"Qeyd olunan istiqamət üzrə sıxlığın azaldılması məqsədilə Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkət edən və doluluq səviyyəsi nisbətən az olan qatar müvəqqəti olaraq Sabunçu-Bakıxanov-Bakı istiqamətində sərnişinlərin daşınması üçün ayrılıb. Belə ki, Sumqayıtdan 07:45-də yola düşən Sumqayıt- Xırdalan-Biləcəri - Bakı marşrutu üzrə hərəkət edən 6006 nömrəli qatar 08:03-də Xırdalana çatırdı. Xırdalandan isə 08:10-da Bakı istiqamətinə ayrıca reys olduğu üçün çox zaman Sumqayıtdan gələn qatarda doluluq səviyyəsi aşağı olurdu. Bu səbəbdən yalnız doluluq səviyyəsi az olan 07:45 qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində çıxarılıb və sərnişin sıxlığının daha çox müşahidə olunduğu Sumqayıt-Pirşağı-Bakı istiqamətində sərnişinlərin daşınması üçün ayrılmışdır. Hazırda Sumqayıt-Xırdalan-Bakı istiqamətində qatarların hərəkət intervalı arasında az vaxt olduğu üçün bu istiqamət üzrə sərnişinlərin hərəkətində problem yaşanmayacaq. Sonuncu dəyişiklikdən sonra Sumqayıt-Pirşağı -Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən 6606 nömrəli qatar Sumqayıtdan 07:25 əvəzində 07:15-də yola düşəcək. Sumqayıt-Pirşağı-Sabunçu-Bakı marşrutu üzrə Sumqayıtdan 07:30-da yola düşməklə 6608 nömrəsi ilə qatar əlavə olunub".





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!