Fidan amerikalı həmkarı ilə danışıqlar apardı .....                        Tramp Venesuelaya zərbə endirməyə icazə verəcək .....                        Fərhad Əhmədov məhkəmədə ifadə verdi .....                        Rusiya Mehdiyevi niyə satdı? - ŞƏRH .....                        Avropa İttifaqı Azərbaycanla dostluq körpülərini qurmaqdan məmnundur .....                        Paşinyan 2026-cı il seçkilərində qalib gələcəyini anons etdi .....                        Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı .....                        Azərbaycanla Çinin həkimləri tarixi əməliyyat keçirdilər .....                        Husilərin Baş Qərargah rəisi öldürüldü .....                       
7-09-2022, 19:42
Peyvənd olunanların sayı açıqlandı


Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 1353 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci doza vaksinlərin sayı 377, ikinci doza vaksinlərin sayı 178 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 671-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 127 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 868 240 olub.

7-09-2022, 19:40
Son sutkada 7 nəfər koronavirusdan öldü


Son sutkada 7 nəfər koronavirusdan öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 502 yeni yoluxma faktı qeydə alınıb, 611 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 816 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 803 562 nəfər müalicə olunaraq sağalıb, hazırda 3189 aktiv xəstə var. Bu günə qədər 9838 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4343, bu günə qədər isə ümumilikdə 7 180 867 test icra olunub.

7-09-2022, 19:37
Ağsuda evdən qaçan qızı atası öldürdü


Ağsuda evdən qaçan qızı atası öldürdü

Ağsu Rayon Polis Şöbəsi tərəfindən itkin kimi axtarılan qadın öldürülüb. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu gün 33 yaşlı A.Abdullayevanın Abşeron rayonunda qətlə yetirildiyi məlum olub. Araşdırma zamanı onun atası Nazim Əliyev tərəfindən öldürülməsi faktı üzə çıxıb. Hazırda cinayətlər bağlı araşdırma aparılır.
7-09-2022, 19:36
Qərb Rusiyaya qarşı səhv edir - Ərdoğan


Qərb Rusiyaya qarşı səhv edir - Ərdoğan

"Bu gün açıq şəkildə deyək ki, Qərb Rusiyaya qarşı səhv edir". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belqradda Serbiya dövlət başçısı Aleksandr Vuçiçlə birgə mətbuat konfransında deyib. "Qəbullanmaq lazımdır ki, Qərbə qarşı Rusiya zəif sayılacaq ölkə deyil. Ona görə də Qərb yanlışlığa yol verməli deyil. Türkiyə hər iki tərəflə əlaqələri normallaşdırmağa çalışır",- deyə Ərdoğan bildirib.

7-09-2022, 19:29
Ölkəyə ən çox turist Rusiya və Türkiyədən gəlib


Ölkəyə ən çox turist Rusiya və Türkiyədən gəlib

Avqust ayında Azərbaycana 171 960 əcnəbi səfər edib. Bu barədə Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 123 faiz çoxdur. Belə ki, ötən ilin avqustunda ölkəyə 77 119 xarici turist gəlib. Bu ilin yanvar-avqust ayları ərzində isə ölkəyə 1 004 146 əcnəbi gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 127 faiz artım qeydə alınıb. Belə ki, ötən 2021-ci ilin ilk 8 ayında ölkəyə 442 592 xarici turist səfər etmişdi. Ən çox turist isə Rusiya (43 010), Türkiyə (24 159), Səudiyyə Ərəbistanı (22 774), İran (14 399) və Gürcüstandan (7585) gəlib. Ziyarətçilərin regionlar üzrə payı Yaxın Şərq üzrə 25,3, Rusiya üzrə 25, Asiya ölkələri üzrə 14, Türkiyə üzrə 14, İran üzrə 8,4, Avropa üzrə 7, Gürcüstan üzrə 4,4, digər ölkələr üzrə isə 1,7 faiz olub. Qeyd edilib ki, pandemiyadan əvvəlki illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayı 52 faiz azdır.
7-09-2022, 19:21
Ermənilər Laçında mülki texnikanı atəşə tutdu


Ermənilər Laçında mülki texnikanı atəşə tutdu

Sentyabrın 7-si saat 08:10-dan 12:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Eyni zamanda, qeyd olunan istiqamətdə bölmələrimizin təminat yollarının çəkilməsi məqsədilə yol işləri aparan mülki şirkətə məxsus texnika da atəşə məruz qalıb. Şirkətin texnikasına zərər dəysə də, xəsarət alan olmayıb. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.



7-09-2022, 19:10
Suraxanı yolları yenidən qurulacaq


Suraxanı yolları yenidən qurulacaq

Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Butov.az xəbər verir ki, sərəncamla Suraxanı rayonunun Bülbülə, Əmircan, Hövsan, Qaraçuxur, Yeni Suraxanı və Zığ qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
7-09-2022, 19:08
Ana olan 13 yaşlı qızdan yeni xəbər var


Ana olan 13 yaşlı qızdan yeni xəbər var

Ombudsman nümayəndələri Bakıda ana olmuş 13 yaşlı qızla görüşüblər. Ombudsman Aparatından verilən xəbərə görə, 13 yaşlı qızın ana olması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb. Ombudsmanın tapşırığına əsasən, Aparatın əməkdaşları, həmçinin psixoloqu həmin qızla görüşərək onun və doğulan körpənin səhhəti ilə maraqlanıblar: "Eyni zamanda, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlanıb".
7-09-2022, 19:04
Bağçalarda kameralar quraşdırılacaq


Bağçalarda kameralar quraşdırılacaq

“Uşaq bağçalarında kameralaşma sisteminin tətbiqi bizim üçün prioritet məsələdir. Bununla həm davranış, həm nəzarət, həm də davamiyyət məsələsinə diqqət etmək olar”. Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, söhbət tək kameraların quraşdırılmasından getmir, eyni zamanda bağçaların internetə çıxışı da təmin olunmalıdır: "Hazırda çox az sayda bağçanın fiberoptik internetə çıxışı var. Qeyd edim ki, məktəblərin 80 %-ni gələn ilin sonuna qədər internetlə təmin edəcəyik. Ümumilikdə proses mərhələli şəkildə aparılacaq. Razıyam ki, bağçalarımızda kameraların quraşdırılması xoşagəlməz halların qarşısının alınmasında effektiv rol oynayır. Lakin hesab edirəm ki, bu, mərkəzləşdirilmiş qaydada olmamalıdır”.
7-09-2022, 19:02
Prezident Qarabağla bağlı mühüm sərəncam imzaladı


Prezident Qarabağla bağlı mühüm sərəncam imzaladı

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Butov.az xəbər verir ki, Sərəncama əsasən, Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!