2-08-2022, 19:43
Həsənovla Şoyqu telefonla danışıb Avqustun 2-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
2-08-2022, 19:22
Dolların sabaha olan məzənnəsiAzərbaycan Mərkəzi Bankı (AMB) avqustun 3-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən bildirilib ki, bankın avqustun 3-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
2-08-2022, 19:14
Daxili İşlər Nazirliyində yeni təyinat Daxili İşlər Nazirliyində yeni təyinat olub.
Butov.az xəbər verir ki, polis polkovniki Nəsimi Şikarov Daxili İşlər Nazirliyinin Azərbaycanın Qazaxıstandakı səfirliyi yanında nümayəndəsi vəzifəsindən geri çağırılıb. Daxili işlər nazirinin müvafiq əmri ilə polis polkovniki Nəsimi Şikarov DİN-in Baş Cinayət Axtarışı İdarəsində idarə rəisinin müavini vəzifəsinə təyin edilib.
2-08-2022, 19:07
Şirvan-Salyan yolunda ağır qəza - Ölən varSabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.
Butov.az xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb. Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
2-08-2022, 16:29
Ruslar Ermənistandakı poliqonlarda təlim keçir Rusiya Ermənistandakı 102-ci hərbi bazasının hərbi qulluqçuları “Alagöz” yüksək dağlıq poliqonunda təlimlərə başlayıblar. Bu barədə Cənub Hərbi Dairəsi məlumat yayıb.
“Mütəxəssislər tərəfindən avadanlıqlar vasitəsilə videorabitə idarəetmə məntəqələri təmin olunacaq, kommutasiya avadanlıqlarının və ən son nəsil rabitə vasitələrinin istismarı yoxlanılacaq. Həmçinin hərbi qulluqçulara bütün növ rabitə vasitələrinin müdaxilədən mühafizəsi, məntəqələr arasında əlaqənin etibarlılıq və fasiləsiz işləməsini təmin etmək tapşırılacaq” .
Təlimlərdə ümumilikdə Cənub Hərbi Dairəsinin 100-dən çox hərbçisi iştirak edib, 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub.