Fidan amerikalı həmkarı ilə danışıqlar apardı .....                        Tramp Venesuelaya zərbə endirməyə icazə verəcək .....                        Fərhad Əhmədov məhkəmədə ifadə verdi .....                        Rusiya Mehdiyevi niyə satdı? - ŞƏRH .....                        Avropa İttifaqı Azərbaycanla dostluq körpülərini qurmaqdan məmnundur .....                        Paşinyan 2026-cı il seçkilərində qalib gələcəyini anons etdi .....                        Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı .....                        Azərbaycanla Çinin həkimləri tarixi əməliyyat keçirdilər .....                        Husilərin Baş Qərargah rəisi öldürüldü .....                       
9-02-2022, 14:31
Kəmaləddin Heydərov istefa verdi - Yerinə Sahil Babayev seçildi


Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.
Mərasim Gənclər və İdman Naziriliyinin inzibati binasında olub.
Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin ABF-na namizədliyi irəli sürülüb.
Mərasim iştirakçılarının səs çoxluğu ilə S.Babayev federasiyanın yeni prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.
K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.
9-02-2022, 14:26
Hərbçilərin pensiyası yenidən HESABLANACAQ


Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən, o cümlədən digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyalarının hansı qaydada yenidən hesablanacağı müəyyənləşib.
Məlumatına görə, təminat xərcliyinə vəzifə və rütbə maaşı, vəzifə maaşından hesablanan əlavələr, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyası daxildir.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli qərarına əsasən, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. Başqa sözlə, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası hesablanması müraciət edildiyi gündən yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçiriləcək və bu halda onların pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmayacaq.
Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə də onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunacaq.
9-02-2022, 09:00
Bakı “əldən çıxdı”, İrəvan qaça bilməz...

Bakı “əldən çıxdı”, İrəvan qaça bilməz...

Lukaşenkonun açıqlaması o deməkdir ki, rusların yaratmaq istədikləri İttifaq Dövlətinə Azərbaycanı qoşmaq şansını əldən veriblər. Və bunu təkcə onun yox, həm də Putinin fikri hesab edə bilərik - xüsusilə Qazaxıstan hadisələrindən sonra Lukaşenkonun İttifaq Dövləti ilə bağlı sözçü kimi çıxış etməyə başlaması fonunda.
Bu sözləri siyasi şərhçi Asif Nərimanlı Belarus lideri Aleksandr Lukaşenkonun fikirlərinə münasibətində bildirib. Politoloqun sözlərinə görə, Belarus prezidenti fikrini Türkiyə faktoru ilə əlaqələndirir və Azərbaycanda çox səhvlərə yol verdiklərini bildirir:
“Bu, onlara görə özlərinin səhvi, bizə görə doğru strategiyanın nəticəsidir”.
Qeyd edək ki, Belarsu Prezidenti Aleksandr Lukaşenko Vladimir Solovyovun Yutub kanalına müsahibəsində keçmiş sovet respublikalarının əksəriyyətinin İttifaq Dövlətinə qoşula biləcəyini deyib:
“Ermənistanın çıxış yolu yoxdur. Sizcə, onlar kiməsə lazımdır? Onlar artıq bunu gördülər. Azərbaycan bu dəstədən çıxır, çünki biz də çox səhvlər etmişik. Bu ayrıca söhbətdir. Təbii ki, Türkiyə Azərbaycanı çox ciddi dəstəkləyir. Türkiyə vasitəsilə neft və qaz keçir. Türkmənistan, Özbəkistan və Tacikistan da öz ehtiyaclarına görə, ilk növbədə, iqtisadi baxımdan qoşulacaqlar”, - deyə Belarus prezidenti bildirib.
7-02-2022, 15:34
Makrondan 8 erməninin qaytarılması ilə bağlı - Açıqlama

Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıb.
Bu barədə Fransanın dövlət başçısı Tvitterdə yazıb.
“Səkkiz erməni hərbçisi Azərbaycan tərəfindən azad edilərək Bakıdan İrəvana aparılıb. Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəliləyirik!”, - o qeyd edib.
7-02-2022, 14:19
Bakıdan Ermənistana qaytarılan əsirlərin adları açıqlanıb


Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın əsirlikdən qaytardığı 8 hərbçinin adını açıqlayıb.
Ermənistan mətbuatı xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib:
“Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən uzaq görüşdən sonra 8 erməni hərbi əsir vətənə qayıdıb”.

Onlar aşağıdakılardı:
Tarzyan Sarkis
Balayan Vardges
Petrosyan Armen
Babayan Artur
Sarkisyan Hmayak
Qaloyan Qurgen
Kyuregyan Qriqor
Maloyan Vaqarşak.
7-02-2022, 14:05
BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi - FƏRMAN


Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:
1. Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilsin.
2. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Agentliyin yenidən təşkil və ləğv edilməsi;
2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
2.2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin idarəetmə orqanlarının yaradılması;
2.2.3. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin işçilərinin say həddinin təsdiqi;
2.2.4. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə uyğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;
2.3. Bakı Şəhər İcra Hakimiyyətinə:
2.3.1. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
3. Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin tabeliyinə verilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
4.2. bu Fərmanın 1-ci və 3-cü hissələri ilə əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. bu Fərmanın 3-cü hissəsinə uyğun olaraq Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etsin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.
7-02-2022, 13:57
“Omicron”un sürətlə yayılmasının təhlükəli SƏBƏBLƏRİ


Yeni növ koronavirusa yoluxma statistikasında hər gün rəqəmlər artır. Mütəxəssislər bildirirlər ki, yoluxmanın artmasının səbəbi bir çox insanların xəstəliyi simptomsuz keçirməsidir. İnsanlar xəstə olduğunu bilmir və gündəlik işlərinə davam edərək ictimai yerlərdə başqalarını da yoluxdururlar.
Həkim-infeksionist Nigar Əliyeva bununla bağlı açıqlamasında bildirib ki, koronavirusun “Omicron” ştamının çox yüksək yoluxduruculuq xüsusiyyəti var. Hətta virusun yoluxduruculuğu o qədər yüksək, inkubasion dövrü o qədər qısadır ki, bir neçə gün, hətta sutka ərzində yoluxmadan sonrakı kliniki əlamətlər dərhal üzə çıxır.
"Nəzərə alsaq ki, assimptomatik və kliniki əlamətləri çox zəif olan vətəndaşlar yaxma verməyə ehtiyac duymurlar, onda yoluxmanın daha çox olduğu aşkar olar. Getdikcə yoluxma sayındakı rəqəmlərin artacağı da gözlənilir. Ona görə də vətəndaşlar cüzi zökəm və ya hər hansı bir kliniki əlamət hiss edəndə özlərini təcrid etməli, kollektiv arasına çıxmamalıdırlar. Xəstəlik yüngül keçir, demək olar ki, ağırlaşmalar çox az müşahidə olunur, ona görə də çox vaxt onu adi mövsümü qrip kimi qiymətləndirir və təcrid olunmağa ehtiyac görmürlər. Bu isə xəstəliyin sürətlə yayılmasına və artmasına səbəb olur”.
Qeyd edək ki, “Omicron” ştamında boğaz ağrısı, öskürək, temperaturun o qədər də yüksək olmaması, mutasiya dövrünün olduqca qısa olması halları müşahidə edilir. Yorğunluq, halsızlıq hallarının çoxalması da xəstəliyin kliniki əlamətlərindəndir.
7-02-2022, 12:07
Türkiyə səfirindən Azərbaycan gənclərinə ÇAĞIRIŞ


Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağcı azərbaycanlı gənclərə çağırış edib.
Butov.az xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.
“Gənclər, “Mənim də bir ideyam var” deyirsinizsə, mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında iştirak üçün müraciət edin. Qeydiyyat fevralın 17-də bitir. Gözləyirik”, - diplomat bildirib.
7-02-2022, 12:02
Azad edilən ərazilərdə daha 17 mina aşkarlandı


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, fevralın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 7, tank əleyhinə 10 mina və 42 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 51,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
7-02-2022, 11:53
Səhiyyədəki nöqsanlarla bağlı vətəndaşlara müraciət


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə sahəsində qarşılaşdıqları nöqsanlarla bağlı vətəndaşlara müraciət edib.
Dövlət Agentliyinin Strateji Təhlil mərkəzinin rəhbəri Araz Nəsirov bildirib ki, neqativ halların sıfırlanması zaman istəyir:
O, vətəndaşlara çağırış edərək deyib ki, neqativ hallarla qarşılaşdıqda agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Qaynar xətti"nə məlumat versinlər.
"Bu gün dərman təchizatı ilə bağlı daha böyük işlər görülür. Yaxın zamanda xəstəxanaların maddi-texniki bazası ilə bağlı böyük işlər görüləcək. Dərman təchizatı yaxşılaşacaq. Düşünürəm ki, neqativ hallar ortadan qalxacaq", - Araz Nəsirov bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!