Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini vəfat etdi .....                        Həlledici an yaxınlaşır - Ukrayna təslim ola bilər .....                        Ceyhun Bayramov Fidana zəng etdi .....                        Ərdoğan Kobaxidze ilə danışıqlar apardı .....                        Türkiyədə helikopter qəzaya uğradı .....                        Mərkəzi Asiya ikinci Fars körfəzinə çevrilə bilər .....                        Ermənistan anklavları Azərbaycana təhvil verir? .....                        Abşeron kanalında balıqlar tələf oldu .....                        Suraxanıda bina yandı - ÖLƏN VAR .....                       
24-06-2025, 17:37
Nazim Bəydəmirlinin hökmü qüvvədə qaldı


Nazim Bəydəmirlinin hökmü qüvvədə qaldı

Ali Məhkəmə iki ildir həbsdə olan iqtisadçı və keçmiş deputat Nazim Bəydəmirli haqqında hökmü qüvvədə saxlayıb.
İyunun 24-də Şahin Yusifovun sədrlik etdiyi proses onun kasasiya şikayətinə baxıb və təmin etməyib.
N.Bəydəmirlinin özü ərizə yazaraq məhkəməyə qatılmaq istəmədiyini bildirdiyindən prosesdə iştirak etməyib.
Vəkili Aqil Layıc deyib ki, artıq ölkə daxilində N.Bəydəmirlinin hüquqi müdafiə vasitələri tükənib. Yəqin ki, Avropa Məhkəməsinə şikayət edəcəklər.
N.Bəydəmirli hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.
24-06-2025, 17:30
Kəlbəcərdə qeyri-adi doğuş: Körpə təcili yardım maşınında dünyaya gəldi


Kəlbəcərdə qeyri-adi doğuş:Körpə təcili yardım maşınında dünyaya gəldi

Kəlbəcərdə çağırışa gələn təcili tibbi yardım briqadası doğuş prosesini idarə etməli olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, Kəlbəcər rayonu, Bəylik kəndində yaşayan hamilə qadının doğuş prosesini çağırışa gələn təcili yardım briqadası həyata keçirib.
Bu gün səhər saat 10:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sözügedən kənddən 23 yaşlı hamilə qadınla bağlı çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Tərtər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Gülşən Bayramova tərəfindən 34 həftəlik hamilə qadının vaxtından əvvəl doğuş prosesi çağırış ünvanında icra olunub.
Doğuş zamanı dölün boynuna göbək ciyəsinin dolandığı müşahidə olunub və müvafiq müdaxilə ilə boyun göbək ciyəsindən təhlükəsiz şəkildə azad edilib. Daha sonra isə briqada tərəfindən doğuş prosesi təcili tibbi yardım avtomobilində nəzarətə götürülüb.
Tibbi heyət tərəfindən zahı qadın və yenidoğulmuş müvafiq tibb müəssisəsinə təxliyə olunub.
Xəstəxanada anaya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib.
Körpənin cinsi qız, çəkisi 2 kq, boyu isə 44 sm olub. Hazırda ana və körpənin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
24-06-2025, 17:14
Bakıda yaşayış binada yanğın - Sakinlər təxliyə edildi


Bakıda yaşayış binada yanğın - Sakinlər təxliyə edildi

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yaşayış binasında yanğın baş verib.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 46kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10kv.m sahədə yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 4-ü uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

24-06-2025, 17:12
“Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadıldı


“Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadıldı

“Meydan" TV işi üzrə həbs olunan jurnalistlər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bu gün Xətai rayon Məhkəməsində keçirilən proseslərdə qərar verilib.
Qərara əsasən, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova, Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Libre (Qəhrəmanlı), Ülviyyə Əli (Quliyeva) barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.
Onların barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu ilin fevral ayında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.
Mart ayında isə Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan seçilib.
24-06-2025, 16:45
Bakı İsraillə İran arasında atəşkəsi alqışlayır


Bakı İsraillə İran arasında atəşkəsi alqışlayır

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayıb.
Nazirlikdən verilən məlumata görə, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.
Bildirilib ki, Azərbaycan atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırır:
"Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq".
24-06-2025, 16:30
Nazir narazı müəllimlərə cavab verdi: “Ədalətsiz qərar vermirik”


Nazir narazı müəllimlərə cavab verdi: “Ədalətsiz qərar vermirik”

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili və ədəbiyyat müəllimlərinin builki sertifikatlaşdırma prosesi ilə bağlı narazılıqlara münasibət bildirib.
Nazir jurnalistlərə açıqlamasında sertifikatlaşdırmadan sonra bütün apellyasiya müraciətlərinə baxılacağını qeyd edib.
“Əgər təhlillər zamanı ciddi fərqlərin olduğunu görsək, müəyyən qərarlar verə bilərik. Xahişim odur ki, müəllimlər səbirli olsunlar. Bilsinlər ki, Elm və Təhsil Nazirliyi onların yanındadır. Biz ədalətsiz qərar vermirik”, - E.Əmrullayev bildirib.
Nazir əlavə edib ki, imtahanlarla bağlı hər zaman sual çətinliyi məsələsi gündəmə gəlir:
“Amma sualların nə dərəcədə çətin olduğunu müəyyən etmək üçün ayrı-ayrı fikirlərə yox, bu çətinliyi ölçən rəsmi cədvəllərə baxmaq lazımdır. Cəmiyyətin başa düşməli olduğu əsas məqamlardan biri də budur ki, biz müxtəlif illərdə fərqli testlər təqdim edirik. Təbii olaraq, testlər eyni olmadığından çətinlik səviyyəsində müəyyən fərqlər ola bilər. Sual isə budur: bu çətinlik fərqi nəticələrə təsir edəcək qədər əhəmiyyətlidirmi, ya yox? Bu kimi suallar bizə də çatır, eşidirik, bilirik”.
E.Əmrullayevin sözlərinə görə, hazırda testlərin təkrar yoxlanılması prosesi aparılır:
“Mənim yanaşmam belədir ki, bu, nazirlik üçün yüklü, amma müsbət və vacib bir prosesdir. Hər gün gecə saatlarınadək test sualları üzərində iş aparılır. Bu proses başa çatdıqdan sonra daxil olan bütün müraciətlərə mütləq şəkildə baxılacaq. Məqsəd kiminsə nəticəsini dəyişmək və ya əlavə bal yazmaq deyil. Məqsəd obyektiv təhlildir. Əgər aparılan təhlillər nəticəsində bəzi testlər arasında ciddi çətinlik fərqlərinin olduğu müəyyənləşərsə, o zaman müvafiq qərarlar verilə bilər. Yəni bu prosesin nəticələri elmi və obyektiv olacaq. Bizim tərəfimizdən bununla bağlı təhlillər aparılır və mən müəllimlərdən bir qədər səbirli olmalarını xahiş edirəm. Ona görə də bu təhlil prosesi bir neçə həftə çəkə bilər. Paralel olaraq, bizim digər proseslərimiz və prioritetlərimiz də mövcuddur.
Hər bir savadlı, bacarıqlı müəllim daim Elm və Təhsil Nazirliyinin dəstəyini hiss edəcək və onların yanında olduğumuzu bir daha nümayiş etdirəcəyik”.
24-06-2025, 16:19
Prezident Mingəçevirdə İES-ə atılan raketin düşdüyü ərazidə - FOTO


Prezident Mingəçevirdə İES-ə atılan raketin düşdüyü ərazidə - FOTO

Bu gün Prezident İlham Əliyev İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə birgə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışını edib.
Dövlət başçısı və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən “Azərbaycan” İstilik Elektrik Stansiyasına atılan raketin düşdüyü əraziyə baxıblar.
Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb. Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.


24-06-2025, 15:48
Mütəşəkkil dəstənin 19 üzvü tutuldu - VİDEO


Mütəşəkkil dəstənin 19 üzvü tutuldu - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotik vasitələrin əlbəəl satışı, onlayn dövriyyəsi və narkotik tərkibli bitkiləri kultivasiya edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.
DİN-dən verilən xəbərə görə, nəticədə mütəşəkkil dəstənin daha 19 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 175 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, 690 ədəd güclü təsiredici xassəyə malik metadon həbi və satış zamanı istifadə edilən elektron tərəzilər, bank kartları aşkar edilib.
Saxlanılanların əksəriyyəti narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini və satışını təşkil edən əsas şəxslərdən olublar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

24-06-2025, 14:54
Baş nazir qərar imzaladı


Baş nazir qərar imzaladı

Nazirlər Kabineti “Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna uyğun hazırlanıb, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları, həmçinin yerli özünüidarəetmə orqanları (bundan sonra - qurum) tərəfindən dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı təqdim olunan layihələrə onların texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəyin verilməsi qaydasını müəyyən edir.
Qaydada istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında” qanunlar, ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”, həmçinin digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.
Qayda əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
24-06-2025, 12:17
Sabah 33 dərəcə isti olacaq


Sabah 33 dərəcə isti olacaq

Azərbaycanda iyunun 25-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 29-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!