Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                        Xameneinin həyat yoldaşı sağ imiş .....                        Füzulidə mina partladı - Çoban həlak oldu .....                       
4-11-2025, 16:45
Xəstə həkim səhvindən öldü, prokurorluq araşdırır


Xəstə həkim səhvindən öldü, prokurorluq araşdırır

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu” ilə cərrahi əməliyyat olunmuş şəxsin ölməsi ilə prokurorluq tərəfindən araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
"Baş Prokurorluğunun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu” ilə cərrahi əməliyyat olunmuş 1965-ci il təvəllüdlü Siyavuş Rzayevin noyabrın 4-də həmin xəstəxanada vəfat etməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır",-məlumatda deyilir.
4-11-2025, 16:36
Azərbaycanda yeni informasiya sistemi yaradıldı - SƏRƏNCAM


Azərbaycanda yeni informasiya sistemi yaradıldı - SƏRƏNCAM

Dövlət orqanlarının (qurumlarının) məhkəmə ekspertizası sahəsində fəaliyyətinin elektronlaşdırılması, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi məqsədilə “Məhkəmə Ekspertizası” informasiya sistemi yaradılıb.
Müvafiq fərman Prezident İlham Əliyev tərəfindən imzalanıb.
Qeyd olunub ki, məhkəmə ekspertizası fəaliyyətində şəffaflığın və operativliyin artırılması ədalət mühakiməsinin həyata keçirilməsi, həmçinin təhqiqat və ibtidai istintaq zamanı obyektiv rəylərin təqdim edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə müasir texnologiyaların tətbiqi obyektiv, hərtərəfli və ətraflı məhkəmə ekspertizası tədqiqatlarının aparılmasında, yarana biləcək sui-istifadə hallarının qarşısının alınmasında olduqca vacibdir.
Sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
Sistemin yaradılması, saxlanılması, fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir;

Sistem vasitəsilə aşağıdakılar təmin edilir:

- məzmununda dövlət sirri təşkil edən məlumat olanlar istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) Sistemə qəbulu;

- məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) icraata yönəldilməsi barədə müvafiq məlumatların məhkəmə ekspertizasını təyin etmiş orqana (quruma) və ya şəxsə elektron qaydada (elektron poçt, SMS və s.) göndərilməsi;

- istifadəçilər, o cümlədən hər bir məhkəmə eksperti üçün Sistemdə şəxsi kabinetin yaradılması;

- məhkəmə ekspertizalarının aparılma müddətlərinə riayət olunmasının izlənilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici məlumatın göndərilməsi;

- məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarlar (qərardadlar) üzrə məhkəmə ekspertizalarının aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizaların aparılmasından imtina ilə bağlı məlumatların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə məhkəmə ekspertizasını təyin edən orqana (quruma) və ya şəxsə göndərilməsi;

- məzmununda dövlət sirri təşkil edən məlumat olan sənədlər istisna olmaqla ekspert rəy və məlumatlarının arxivləşdirilməsi;

- məhkəmə ekspertizasının aparılması üçün zəruri olan məlumatların aidiyyəti dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsi;

- məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı statistik və digər hesabatların hazırlanması;

- bəzi məhkəmə ekspertizası növlərinin elektron qaydada keçirilməsi.

Azərbaycan Respublikasının Nazirlər Kabineti altı ay müddətində sistemin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, “Məhkəmə Ekspertizası” informasiya sistemi haqqında əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi sistemin saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi, habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə məhkəmə ekspertizası sahəsində fəaliyyət istiqamətlərinə uyğun olaraq Sistemin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görməli, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri”, “Məhkəmə Ekspertlərinin Reyestri” və “Məhkəmə ekspertizasının metodik fondu” dövlət informasiya ehtiyatlarının Sistemin altsistemləri kimi təşkilini təmin etməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Sistemin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməli və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
4-11-2025, 16:31
Prezident bu sazişi TƏSDİQLƏDİ


Prezident bu sazişi TƏSDİQLƏDİ

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"nin təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Qeyd edək ki, sazişin imzalanması 2025-ci il iyulun 9-da Əbu-Dabi şəhərində baş tutub.
4-11-2025, 16:28
Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdülər? - YENİ DETALLAR


Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdülər? - YENİ DETALLAR

Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin vəkilləri apellyasiya şikayətlərindən imtina ediblər.
Ramiz Mehdiyevin vəkillərinin apellyasiya şikayətlərini geri götürməsi onun məlum məktubunun mətbuatda yayılmasından sonra baş verib.
Bir sözlə desək, bu məktubun yayılması müdafiə tərəfini fakt qarşısında qoyub. Apellyasiya şikayətlərinin lüzumsuzluğunu görən müdafiə tərəfi həmin şikayətlərdən imtina edib.
R.Mehdiyev hələ ev dustağı edilməzdən əvvəl aparılan istintaq hərəkətlərindən apellyasiya şikayətləri vermişdi. Ramiz Mehdiyevin vəkilləri tərəfindən tələsik şikayət təqdim edilən qərarlardakı sənədlər cinayət işi üçün xüsusi əhəmiyyət kəsb edir.
Mübahisələndirilən sənədlər arasında Səbail Rayon Məhkəməsinin 2025-ci il 13 avqust tarixli qərarı da yer alıb. Həmin qərarla Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsinə icazə verilmişdi. Qərarlardan digəri əsasında isə rabitə kanalları ilə ötürülən məlumatlar ələ keçirilib, "Şərq-Qərb" nəşriyyatında və digər ünvanlarda axtarış tədbirləri aparılıb. Müvafiq qərarlar Ramiz Mehdiyevin əməllərinin hələ uzun müddət əvvəl ifşa olunduğunu və ətrafında iş aparıldığını göstərir.
Qeyd edək ki, Ramiz Mehdiyev dövlət hesabına təyin edilən müdafiəçisindən əlavə özünə daha iki vəkil tutub. Bu günə qədər nə özü, nə ailə üzvləri, nə də vəkilləri ittihamlara münasibət bildirib. Ötən gün isə Mehdiyevə yaxınlığı ilə tanınan, Prezident Administrasiyasının sabiq əməkdaşı, AMEA-nın Katibliyinin rəisi olub faktiki olaraq AMEA-dakı prosesləri R.Mehdiyevin adından idarə etmiş Eldar Əmirov da eyni cinayət işi üzrə dövlət çevrilişinə cəhddə iştirakçılığa görə həbs edilib.
4-11-2025, 12:41
Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər


Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər

Azərbaycan Milli Elmlər Akademiyası 80 il ərzində Azərbaycanda elmin inkişafında aparıcı rol oynayıb. Ölkə elminin inkişafına mühüm töhfələr verib.

Azərbaycanda hər zaman elmin inkişafına böyük diqqət yetirilib. Belə ki, Azərbaycanda elm aləmində Mirəli Qaşqay, Zərifə Əliyeva, Mirəsədulla Mirqasımov, Aida İmanquliyeva, Mustafa Topçubaşov, Heydər Hüseynov və bu kimi yüzlərlə dünya şöhrətli alimlərimiz olub.
Bir çox sahələrdə olduğu kimi Ulu Öndər Heydər Əliyevin Azərbaycanda elmin inkişafında və Milli Elmlər Akademiyasının geniş fəaliyyətində də əvəzsiz xidmətləri olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabr ayının 3-də AMEA-nın 80 illik yubileyində iştirak edib. O, çıxışında Ulu Öndərin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gəncinin o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərildiyini və beləliklə, ölkəmizdə intellektual potensialın daha da gücləndiyini deyib.
Qeyd edək ki, eyni siyasət müstəqillik illərində də aparılıb. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə göndərilir və onların demək olar ki, böyük əksəriyyəti oxuyub Vətənə qayıdır və ölkəmizin inkişafına öz töhfələrini verirlər. Məhz bu gənclərin böyük qismi bu gün Azərbaycanın quruculuq prosesində ön cərgədə çalışırlar.

Ölkəmizdə elmin intensiv inkişafı, Elmlər Akademiyasının tərəqqisi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Elm sahəsinə xüsusi diqqət göstərən Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində fundamental tədqiqatlar xeyli genişlənmişdi. Elm adamlarının cəmiyyətdə nüfuzunu yüksəltmək, onların əməyini layiqincə qiymətləndirmək Heydər Əliyevin rəhbərlik fəaliyyətində daim diqqət mərkəzində saxlanılmışdır.

2001-ci ildə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adının verilməsi, AMEA üzvlərinin say tərkibinin artırılması, 2002-ci ildə Naxçıvan Bölməsinin yaradılması, 2003-cü ildə AMEA-ya yüksək statusun verilməsi və onun yeni Nizamnaməsinin təsdiq edilməsi və s. kimi mühüm addımlar ölkəmizdə elmin və təhsilin inkişafına böyük təkan vermişdir.
Prezident İlham Əliyev Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşünün məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olduğunu və o vaxt maliyyə imkanlarının məhdud olduğuna baxmayaraq, Akademiyanın işinə, Akademiyanın qorunmasına və alimlərin fəaliyyəti üçün vəsait ayrıldığını qeyd etdi: “İllər keçdikcə, Azərbaycan inkişaf etdikcə vəsait daha böyük həcmdə ayrılır. Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Yeni böyük elmi kitabxana, Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm Fondu hələ 2009-cu ildə yaradılmışdır. O vaxt bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” və Dövlət Proqramı qəbul edilmişdir.”
Şübhəsiz ki, zaman keçdikcə dövr dəyişir, bununla da qarşıda duran prioritetlər də, vəzifələr də əvvəlki dövrlərdən xeyli fərqlənir və ölkələrin inkişafını, təhlükəsizliyini həmin ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün bu, iqtisadi inkişafda, yeni texnologiyaların tətbiqində, yeni müharibələrdə nəzərə çarpır. Sevindirici haldır ki, Azərbaycan da digər inkişaf etmiş ölkələrdən bu sahədə geri qalmır və buna səylə çalışır.
Cənab İlham Əliyev çıxışında bu gün süni intellektin ölkələrin gələcək inkişafının ayrılmaz hissəsi olduğunu bildirdi. Bu sahədə digər ölkələrdən geridə qalmamağımız üçün dövlətin lazımı addımlar atdığını, Azərbaycan alimlərinin də bu sahəyə qoşulmasını və bu sahədə fəal iştirak etmələrini tövsiyə etdi. Eyni zamanda rəqəmsallaşmanın ölkəmizdə geniş miqyasda tətbiq edildiyini, bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurların rəqəmsallaşma ilə bağlı olduğunu nəzərə çatdırdı.
Artıq beş ildir ki, Azərbaycan öz gücü ilə işğal edilmiş ərazilərini düşməndən təmizləyib. Qarabağ torpağında geniş quruculuq, abadlıq işləri görülür. Qaçqın və köçkünlərimiz tədricən öz doğma torpaqlarına yol alırlar. Lakin biz həmişə ayıq-sayıq olmalıyıq, güclü olmalıyıq. Güclü olmalıyıq ki, bir də düşmən baş qaldıra bilməsin. Odur ki, dövlətimiz hər bir sahədə irəliləyir.
Bu gün digər sahələrdə olduğu kimi Azərbaycanda hərbi sənaye də sürətlə inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Özəl şirkətlər artıq hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olmağa başlamışlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Bizim şanlı Vətən müharibəmiz. Bildiyiniz kimi, onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq etmişik. Yəni, bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Biz bu məhsulları həm xarici bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik.
Mən bütövlükdə bildirmək istəyirəm ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər.
Dövlət başçısı dilimizin saflığının qorunmasından, başqa dillərdən gələn sözlərdən təmizlənilməsinə diqqət yetirilməsinin vacib olduğunu söylədi və müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac olduğunu vurğuladı.

Şəhla Ağbulud
Yazıçı-publisist, AYB Abşeron bölməsinin sədri
3-11-2025, 23:37
Komaya düşən polkovnik vəfat etdi


Komaya düşən polkovnik vəfat etdi

Ehtiyatda olan polis polkovniki Fazil Hüseynov vəfat edib.
Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat veriblər.
Ağır xəstəlikdən əziyyət çəkən polkovnik bir müddət əvvəl komaya düşübmüş.
Qeyd edək ki, Fazil Kamil oğlu Hüseynov 1950-ci ildə Laçın şəhərində anadan olub. İndiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Əvvəlcə Türkmənistan SSR-də işləyib. Azərbaycana qayıtdıqdan sonra Bakı və Sumqayıt polis sistemində çalışıb.
Mərhumun iki oğlu, bir qızı var.
Oğlu Anar Hüseynov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də şöbə müdirinin müavini vəzifəsində, qızı Sürəyya Hüseynova isə Dövlət Gömrük Komitəsində işləyir.
3-11-2025, 23:07
Xəzər sahilində ölü suitilər aşkarlandı


Xəzər sahilində ölü suitilər aşkarlandı

Qazaxıstanın Tupqarağan rayonunun Bautino kəndi yaxınlığında, Xəzər dənizinin sahilində suiti cəsədləri tapılıb.
İri dəniz məməlisini görən və bu barədə aidiyyəti orqanlara məlumat verən yerli sakin sahildə altı ölü suitinin uzandığını bildirib. Onlardan ikisinin boğazına balıqçı torları dolaşmış vəziyyətdə olub.
Mangistau vilayətinin balıq ehtiyatlarının mühafizəsi idarəsi məlumat yayıb ki, faktla bağlı hadisə yerinə bütün səlahiyyətli qurumların inspektorları ezam edilib.
Xatırladaq ki, bu ilin may ayında Mangistau sahillərində 279, iyul ayında isə Aktau sahilində bir ölü suiti aşkarlanmışdı.
3-11-2025, 21:27
Sevan deyil, Göyçədir! - Tarixi XƏRİTƏ


Sevan deyil, Göyçədir! - Tarixi XƏRİTƏ

Prezident İlham Əliyev bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çıxışı zamanı Göyçə gölündən bəhs edib.
"O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. ...Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir", - dövlət başçısı bildirib.
Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli sözügedən xəritələrdən birini paylaşıb.
Onun paylaşdığı sənəd 1827-ci ilə aid tarixi xəritədir.
Xəritədə Göyçə gölü öz tarixi adı ilə göstərilib.
Həmin xəritəni təqdim edirik:

3-11-2025, 21:21
İki gəncin öldüyü dəhşətli qəzanın görüntüləri: 220 ilə gedirlərmiş


İki gəncin öldüyü dəhşətli qəzanın görüntüləri: 220 ilə gedirlərmiş

Ötən gecə Göygöldə iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol qəzasının detalları məlum olub.
Ağır yaralanan gənclərdən biri atasının avtomobilini qaçırıb.
Minik vasitəsini idarə etmək üçün dostu, 27 yaşlı Elvin Məmmədova verib.
Kadrlardan da aydın olduğu kimi, hadisəyə səbəb Elvinin avtomobili yüksək sürətlə idarə etməsi olub.
Maşındakı sərnişinlər ondan dəfələrlə yavaş sürməsini xahiş etsələr də, o, deyilənlərə məhəl qoymayıb:
“Ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar. Yavaş sür!”
Qeyd edək ki, hadisə zamanı minik vasitəsini idarə edən Elvin Məmmədov və 11-ci sinif şagirdi İsbi Alıyev həlak olub.
Digər iki gənc 2008-ci il təvəllüdlü S. Əsgərov və 2009-cu il təvəllüdlü T. Süleymanov isə ağır yaralanıb. Avtomobil yaralılardan birinin atasına məxsus olub.
3-11-2025, 20:54
Azərbaycan UNESCO-nun qərarını alqışladı


Azərbaycan UNESCO-nun qərarını alqışladı

Azərbaycan Xarici İşlər Nazirliyi UNESCO-nun 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsini alqışlayıb.
Bu barədə nazirliyin "X" hesabında məlumat verilib.
"Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında qəbul edilən tarixi qərara əsasən, 15 dekabr “Dünya Türk Dilləri Ailəsi Günü” elan olunub. Bu tarix, Orxon-Yenisey abidələrinin – bütün türk dillərinin ortaq köklərini və paylaşılmış tarixi irsini əks etdirən ən qədim yazılı abidələrin oxunmasının ildönümünə təsadüf edir.
Azərbaycan bu mühüm qərarı zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində əlamətdar addım kimi alqışlayır", - məlumatda deyilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!