Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının bu gün Norveç yığması ilə keçirməli olduğu Avropa çempionatının seçmə oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
AFFA-dan Butov.az-a verilən məlumata görə, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün Azərbaycan millisinin üzvlərindən COVID-19 testi götürüləcək. Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) - COVID-19 testi pozitiv nəticələnib.
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmıtindən Metbuat.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Ağcabədi rayon sakini Elbrus Əliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərinə, eləcə də idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 1 kiloqram 40 qram olan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Qeyd edək ki, Elbrus Əliyev saxlanılan zaman müqavimət göstərərək qaçmağa çalışsa da, polis əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində onun tutulması təmin edilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Elbrus Əliyev qonşu ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun təklifi nəticəsində narkokuryerliyə cəlb edilib. Onun əsas məqsədi əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək olub. Elbrus Əliyev ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf ediblər.
Faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.
44 günlük müharibə dövründə ermənilərin Gəncəni bombalaması nəticəsində ilk zərər çəkən olan şəhər sakini Vüsalə Əliyeva üsyana qalxıb.
Evi dağılan və bir gözünü itirən A. Əliyeva 1 ildir çadırda yaşadığını bildirir. Onun sözlərinə görə, erməni terrorundan zərər çəkən biri kimi nə ona kompensasiya verilib, nə evlə təmin olunub. Bombalanmış evinin qarşısında etiraza qalxan və yolu bağlayan A. Əliyeva Gəncənin icra başçısı Niyazi Bayramovun laqeydliyindən şikayətlənib. Vətəndaş icra başçısının onunla maraqlanmadığını bildirib. Həmin kadrları təqdim edirik :
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edib.
Sabiq UFC çempionu Həbib Nurməhəmmədovla portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu görüşüb.
Butov.az xəbər verir ki, H.Nurməhəmmədov yaxın dostu Kriştianu Ronaldunu ziyarət etmək üçün Mançesterə yollanıb. İki əfsanəvi idmançının baxış dueli sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub. Nurməmmədov “O, indiyə qədər olanların ən yaxşısıdır. İşini davam etdir, Çempion. Siz bütün dünyada milyonlarla insana ilham verirsiniz”, şərhini yazıb.
Oktyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.
Butov.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 572 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 623 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 795 572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 824 323, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 971 249 təşkil edir.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!