Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 6-10-2021, 18:36
Yalan ayaq tutar, yeriməz


Yalan ayaq tutar, yeriməz


Yadıma gəlir ki, 70-ci illərin əvvəllərində yenicə jurnalistlik fəaaliyyətimə başladığımda yazıb “Azəbaycan gəncləri” qəzetinə göndərdiyim ilk yazılardan biri o vaxtlar adı Sumqayıt Tibb Məktəbi olan orta ixtisas təhsili ocağında yaradılmış “Qaranquş” qızlar klubu haqqında reportaj olub. Yazım qəzetdə çıxanda çox sevinmişdim. Sonrakı dövrlərdə də dəfələrlə həmin məktəbdə keçirilən tədbirləri mətbuatda işıqlandırmışam. Nur çöhrəli müəllimlərin, ağ xalatlı tələbə qızların tədbirləri həmişə mənə maraqlı təsir bağışlayıb. Bura məndən ötrü həvəslə getdiyim ünvanlardan biri sayılır.
Elə bu yaxınlarda yenə həmin ünvanda - Sumqayıt Tibb Kollecində idim. 27 Sentyabr – Vətən müharibəsinin başlanmasının birinci ildönümü və Şəhidləri Anım Günü münasibətilə tədbir keçirilirdi. Burada Vətən Müharibəsi Qəhrəmanları Sübhan Cəbrayılov və Mehrab Niftəliyevə həsr olunmuş “Şəhidlər unudulmur” adlı xatirə lövhəsinin açılışı mərasimi ilk dərs kimi tələbələrə unudulmaz təsir bağışladı. Kollecin direktoru, tibb elmləri doktoru, Əməkdar həkim Rəfayıl Eyvazov Qarabağ torpaqlarını işğal etmiş mənfur düşmənə qarşı mübarizədə həlak olan qəhrəmanlarımızla hər kəsin fəxr etdiyini söyləyərək vurğuladı ki, onlara sayğı, vətənə əmanət qoyub getdikləri övladlarına isə qayğı göstərmək müqəddəs borcumuzdur.
Qarabağda xidmətini davam etdirən mayor, Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun ömür-gün dostu Sevinc Həsənova bu kollecdə müəllim kimi işə qəbul edilib. Gələcəkdə tibb bacıları olacaq bugünkü tələbə qızlarımızın isə Vətən müharibəsinin yeganə qadın şəhidi, Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova kimi vətənpərvər olmaq əzmindədirlər. Tədbirdə qəhrəmanların həyat yoldaşları Vüsalə Niftəliyeva və Sevda Cəbrayılova Vətən uğrunda döyüşlərdə həlak olan əzizləri ilə və bütün digər şəhidlərlə hədsiz qürur duyduqlarını, fəxr etdiklərini söylədilər. Ölkə Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq hissləri ifadə edildi. Sonra “Qəhrəmanlar unudulmur” lövhəsi ilə tanışlıq olub...

Sumqayıt Tibb Kolleci 1969-cu ildən fəaliyyət göstərir. Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk ildə respublika üçün gördüyü məqsədyönlü işlərdən biri də Sumqayıt şəhəri və ona yaxın rayonlarda əhalinin orta tibb işçilərinə olan ehtiyacını ödəmək məqsədilə yaratdığı Sumqayıt Tibb Məktəbi olub. İlk dövrlər məktəb 2 şöbə, 90 tələbə, 10 müəllimlə fəaliyyətə başlayıb. Həmin dövrdən hal-hazıra kimi 10 minlərlə tələbə orta ixtisas təhsili alaraq respublikanın müxtəlif bölgələrində çalışır. Sumqayıt Tibb Məktəbi prezident İlham Əliyevin sərəncamı ilə təhsildə aparılan islahatlarla əlaqədar olaraq 2010-cu ildən Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci adlandırılıb. Son illər tələbə kontingentinin artması nəticəsində Səhiyyə Nazirliyinin və kollecin daxili imkanları hesabına maddi-texniki bazanı möhkəmləndirmək məqsədilə korpusların sayı artırılıb, əyani vəsaitlərlə təchiz olunub, müasir tələblərə cavab verən 4 laboratoriya, 40-dan artıq auditoriya, kitabxana, kompüter otağı və şəbəkəsi, bufet, avtonom istilik sistemi yaradılıb. Kolleci bitirən məzunların işlə təmin olunması daimi diqqətdədir. Məzunların əksəriyyəti diplom alan kimi işlə təmin olunur. Hazırda Sumqayıt şəhərinin tibb müəssisələrində 1671 məzun fəaliyyət göstərir.
İnişil kollecin 50 illik yubileyində Səhiyyə nazirinin müavini Elsəvər Ağayev kollektivi təbrik edib və bu təhsil müəssisəsinin Sumqayıtda səhiyyənin inkişafında mühüm rol oynadığını vurğulayıb. İcra başçısı Zakir Fərəcov tibb kollecinin şəhərdə səhiyyə sahəsində kadr potensialının gücləndirilməsinə mühüm töhvə verdiyini qeyd edib. Bu isə o deməkdir ki, kollec daşıdığı adı layiqincə doğruldur.
Bildiyimiz kimi, Əziz Məmmədkərim oğlu Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor olub. Gələn il 125 illik yubileyi keçiriləcək. İllərdən bəri bu kollecə bacarıqla rəhbərlik edən Rəfayıl Eyvazov da adı uca tutulan unudulmaz şəxsiyyətin layiqli elmi xələflərindən sayılır. Əməkdar həkim, tibb elmləri doktorudur. Çalışır ki, direktoru olduğu orta tibb təhsili müəssisəsi daim öz müsbət fəaliyyəti ilə seçilsin, ölkənin təhsil məkanında xüsusi yeri olsun.
Rəfayıl Eyvazov işlədiyi müddətdə kollektivin böyük rəğbətini qazanıb, dərsliklər yazıb, bir çox titullara layiq görülüb. İşdə əsas prinsipi kollektivin hər bir üzvünə hörmətlə yanaşmaq, təşəbbüsləri dəstəkləmək, innovativ yeniliklərə açıq olmaqdır. Onun şəxsi davranışları əsl örnəkdir. Özü bir dəfə də olsun, işə gecikməyib, buna görə nizam-intizam məsələsində güzəştsiz rəhbər sayılır.
Rəfayıl Eyvazov ilk növbədə nazirliyin və Sumqayıt şəhər rəhbərliyinin dəstəyi ilə kollecdə güclü maddi-texniki baza yaradıb, tələbələrin rahat, səmərəli dərs keçməsi üçün lazımi şəraiti təmin edib. Səliqə-sahman da öz yerində. Kollecin həyəti, girəcək hissəsi, ümumi görünüşü göz oxşayır. Bütün bunlar barəsində dəfələrlə ölkə mətbuatında yazılar verilib. Amma son vaxtlar göbələk kimi artan saytların bəziləri qərəzli münasibət sərgiləyərək, məqsədli şəkildə kollec və onun rəhbərliyi haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar verirlər ki, bu da kollektivin hiddətinə səbəb olur. Buraya müfəttiş kimi gəlib də əliboş qayıdan şantaj ustalarının yazdıqlarının əksinə olaraq, kollecdə sırf qanuni fəaliyyət mühiti hökm sürür. Hər kəs qabiliyyətinə görə dəyərləndirilir, zərrəcə tərəfkeşlik, yerlibazlıq kimi hallara yol verilmir. Müəllimlər üçün zəruri şərait yaradılıb, onlara sırf ixtisasları üzrə dərs saatları ayrılır. Mütəmadi olaraq qabaqcıl pedaqoqlar fəxri fərmanlarla təltif olunurlar. Kollektiv şəhərin ictimai həyatında da fəallıq göstərir. Görülən işlər yüksək qiymətləndirilir. Burada imtahanlar aşkarlıq prinsipi üzrə, kompüter-video sistemi vasitəsilə aparılır. Bu isə tələbələrin və valideynlərin ürəyincədir. İndiyədək heç bir narazılıq olmayıb.
Sumqayıt Tibb Kollecində təkmilləşdirmə kursları fəaliyyət göstərir. Bunun üçün ayrıca korpus tikilmiş və müdavimlərin ixtiyarına verilmişdir. Kurslarda qabaqcıl müəllimlərin təcrübəsindən istifadə olunur. Pandemiya şəraitini nəzərə alaraq, müəllimlər müxtəlif proqramlarla onlayn qaydada qoşulan müdavimlərlə məşğələlər aparırlar. Xatırladaq ki, kollecdən sertifikasiya mərkəzinə göndərilən dinləyicilər həmişə yüksək göstəricilərlə müvəffəqiyyət qazanmışlar.
Kollecdə istər kurslarda, istərsə də tələbələrin davamiyyətinə ciddi nəzarət olunur. Vətən müharibəsi qəhrəmanları olan 2 şəhidin ailəsi hamiliyə götürülüb, onlara hər cür maddi-mənəvi köməklik göstərilir. Bu cür göstəriciləri olan kollecin, onun rəhbərliyinin haqqında heç bir obyektiv məlumatı olmayan kimlərinsə “tənqid”inə tuş gəlməsi təəccüb və təəssüf doğurur. Əlbəttə, internet platformasının “özündənbəy” müxbirlərinin uydurmalarına, yalan və böhtanlarına inanan olmur. Atalar çox düzgün deyib ki, yalan ayaq tutar, amma yeriməz. Sadəcə olaraq, özü bir şey olmayan milçək könül bulandırır.
Təsəvvür edin ki, iftira və şər-böhtan yazıları kollecin 90-cı illərə aid köhnə darvazasının şəkli ilə müşayiət olunur. Bu isə o deməkdir ki, bədnam müəlliflər heç buranın ünvanını da tanımırlar. Sadəcə, kiminsə ağzından nəyisə eşidib şantaja əl atır, istədikləri alınmayanda da yersiz hay-qışqırıq salırlar. Yalan ifadələrlə oxucuları çaşdırmaq istəyənlər kollecin real vəziyyətini işıqlandırmağa qətiyyən “həvəs”li olmurlar.
Onların bəzi “yaradıcılıq” nümunələri: “Direktor “tender”, “təkmilləşmə”, “ imtahan”, “qayıb” biznesindən yüz minlər qazanır” (Gündəlik Bakı); “Tibb Kollecində bazar ab-havası” (Xeberaz.az),"Sumqayıt Tibb Kollecində..."( Təhsil.biz, Aktualinfo.orq) və s. Bir-birindən köçürmə olan, vaxtaşırı təkrarlanan “karusel” yazılarda hansısa “aylıq”lardan, tender saxtakarlıqlarından, kotirovka sorğularından bəhs edilir. Guya Bakıdan olan tələbələr dərsə gəlmirlər, etirazçı-müəllimlər sıxışdırılır və daha nələr...
Əlbəttə, böhtana qarşı hüquqi müstəvidə də iddia qaldırmaq olar. Yəqin ki, olacaq da. Amma indilikdə Sumqayıt Tibb Kollecinin rəhbərliyi internet seqmentində meydan sulamaq istəyən intriqan xəbər saytlarının idarəçilərinə qələmin (burada: kompüter klavişlərinin) müqəddəs vəzifəsini, amalını xatırlatmaqla kifayətlənir.
P.S. Bu ilin əvvəlində dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalamışdır. Nəzərdə tutulan islahatların həyata keçirilməsi yeni yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə həvalə olunmuşdur. Jurnalist adına iddialı olanlar unutmasınlar: Daha saxtakarlıq, qeyri-obyektivlik keçməyəcək. Kiminsə buyruq quluna çevrilib, insanları ləkələmək qəbulolunmazdır. Obyektlərə eybəcər yanaşmaların daşını atmaq məsləhətdir. Əks təqdirdə trol, “reket media mənsubu” adını almaq, məhkəmələrdə ittiham olunmaq, bu peşəni də gözdən salmaq, özünü də biabır etmək var. Onlayn mətbuat resurslarının - xəbər portallarının, veb-saytların, audiovizual medianın və sosial şəbəkədə informasiya paylaşımlarının əhatə dairəsinin genişlənməsi o demək deyil ki, istədiyinizi edə bilərsiniz.
Milli mətbuatımız elə də geniş miqyasa malik deyil ki, orda kimsənin əməllərini kimsələr görməsin və ya kimsənin qələmindən nə çıxır, kimsə onu bilməsin.


Əli NƏCƏFXANLI,
Əməkdar jurnalist


Paylaş



Bölmə: Sağlamlıq / Sosial / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!