Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
6-11-2021, 17:30
Ceyhun Bayramov Erika Olsonu qəbul edib

Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin regional səfəri çərçivəsində Azərbaycana səfər etməsinin Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı perspektivlərinin müzakirəsi, habelə regiondakı cari vəziyyətlərlə tanışlıq baxımından əhəmiyyət kəsb etdiyini bildirib. Ölkələrimiz arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.
ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olson səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə çox məhsuldar görüşün keçirildiyini qeyd edib. Azərbaycanın NATO-nun sülhməramlı missiyası çərçivəsində Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə verdiyi dəstək yüksək qiymətləndirilib və bu xüsusda təşəkkür ifadə edilib.
Görüşdə tərəflər post-münaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazir üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən birtərəfli qaydada atılan addımlar ilə bağlı qarşı tərəfə məlumat verib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
6-11-2021, 17:10
Son sutkada yoluxan və ÖLƏNLƏR


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2500 yeni yoluxma faktı qeydə alınıb, 2243 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 544650 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 505767 nəfər müalicə olunaraq sağalıb, 7241 nəfər vəfat edib, aktiv xəstə sayı 31642 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15017, ötən müddət ərzində isə ümumilikdə 5271 849 test aparılıb.
6-11-2021, 16:17
Ermənilərin orda 4 milyardlıq silahı hardandır? - Yuşşenko

Qarabağda ermənilərin 4 milyard dollardan artıq silah və texnikası məhv edilib. Bakıda Hərbi Qənimətlər Parkında məhv edilən hərbi texnikaları görə bilərsiniz. Bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Şərq tərəfdaşlığı: Potensialı nədir?” mövzusunda panel müzakirələri zaman deyib.
O qeyd edib ki, Qarabağda ermənilərin özlərinin bu qədər vəsaiti yox idi:
"Orada olan silahlara baxın və görəcəksiniz ki, hər bir raket, güllə Rusiyada istehsal edilib. Bunlar hamısı Rusiyanın hərbi ixracıdır, Abxaziya və Ossetiyada da, bizdə də eyni vəziyyət hökm sürür. Bu suallara cavablar tapılmalıdır”.
6-11-2021, 16:13
Putinin açıqlaması ABŞ-ı təşvişə saldı

Rusiya Prezidenti Vladimir Putinin süni intellekt texnologiyalarından istifadə edərək aktiv şəkildə silah hazırlamağı planlaşdırdığına dair açıqlamaları Pentaqonu təşvişə salıb. Bu barədə Peter Suçiunun "Nəşnl İnterest"də dərc olunan məqaləsində bildirilib.
Müəllif qeyd edib ki, Rusiyanın yüksək dəqiqlikli silahları, pilotsuz uçuş aparatları, eləcə də hərbi əməliyyatların əlaqələndirilməsi, strateji qərarların qəbulu və düşmən rabitəsinə təzyiq sistemləri sahəsində irəliləyişləri ABŞ-ın maraqlarına böyük zərbə vura bilər:
"Dəniz Analizi Mərkəzi tərəfindən bu ilin əvvəlində dərc edilmiş "Rusiyada Süni İntellekt və Muxtariyyət" haqqında hesabata əsasən, bu gün müxtəlif inkişaf mərhələlərində süni intellektlə işləyən 150-dən çox hərbi sistem mövcuddur".
Ekspert vurğulayıb ki, Rusiya və Çin arasında yüksək texnologiyalar sahəsində getdikcə sıx əməkdaşlıq Amerika üçün xüsusi təhlükə yaradır:
"ABŞ üçün daha qorxulu olan odur ki, Rusiyanın səyləri həm də Çinlə yüksək texnologiyalı əməkdaşlığa əsaslanır. Çin ümumiyyətlə yüksək texnologiyalar və xüsusən də süni intellekt sahəsində Rusiya üçün əsas tərəfdaşdır".
6-11-2021, 15:59
Rusiyanın yeni təyyarəsi: F-35-dən 7 dəfə ucuz...

Rusiyanın yeni istehsalı olan Su-75 “Checkmate” 5-ci nəsil yüngül taktik təyyarəsinin 1 uçuş saatının qiyməti ABŞ-ın F-35 qırıcılarından 7 dəfə ucuz başa gəlir. Bunu “Rostex” korporasiyasının rəhbəri Sergey Çemezov Fransa mətbuatına açıqlamasında deyib.
O bildirib ki, həm beşinci nəsil təkmühərrikli təyyarələr, həm də əvvəlki nəsillərin təyyarələri arasında yalnız “Checkmate” F-35-lərlə müqayisə edilə bilən xüsusiyyətlərə malikdir:
“ABŞ təyyarələrindən fərqli olaraq, Rusiya təyyarəsi iqtisadi baxımdan daha sərfəlidir”.
5-11-2021, 18:34
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 918 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6134, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9669, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 27 115 nəfərdir.

Bütöv.az
5-11-2021, 18:14
Bakıda taksi sürücüsü adı ilə narkokuryerlik edən şəxslər ƏLƏ KEÇDİ - VİDEO

Bakıda taksi sürücüsü adı altında narkokuryerlik edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə Xəzər rayon sakinləri Əliheydər Əşrəfov və Rəşad Dadaşovun diqqət cəlb etməmək üçün taksi fəaliyyəti görüntüsü yaradaraq əslində paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirdikləri barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbir nəticəsində hər iki şəxs saxlanılaraq baş idarəyə gətirilib. Rəşad Dadaşovun idarə etdiyi avtomobilə baxış zamanı Əliheydər Əşrəfova məxsus ümumi çəkisi 5 kiloqram 15 qram, o cümlədən, 1 kiloqram 220 qram marixuana, 1 kiloqram 730 qram həşiş qətranı və 2 kiloqram 65 qram tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Əliheydər Əşrəfov və Rəşad Dadaşov narkotik vasitə aludəçisidirlər. Onlar sosial şəbəkələrdə tanış olduqları və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən narkotacirin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşğul olublar. Əvəzində isə hər iki şəxs maddi vəsait, eləcə də pulsuz narkotik vasitə əldə ediblər.

Aşkar edilən faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, onların ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Bütöv.az
5-11-2021, 17:05
Hikmət Hacıyev “Haber Global”a danışdı: “Zəngəzur dəhlizinin qurulması istiqamətində işlər aparılır” - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən VIII Qlobal Bakı Forumunda “Haber Global”ın suallarını cavablandırıb.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinin birinci ildönümünə bayram tədbirlərinə toxunan Hikmət Hacıyev bildirib ki, artıq 30 illik həsrətə son qoyulub və bir ildir Azərbaycan əvvəlki kimi Şuşa ilə bərabər yaşayır.

“Qələbənin 1-ci ildönümü hər bir evdə, hər kənddə, bütün məmləkətimizdə böyük bayram kimi qeyd olunacaq”, - deyə H.Hacıyev söyləyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın qarşısında işğaldan azad edilən torpaqlarda böyük quruculuq işlərinin görülməsi vəzifəsi durur:

“Qarabağ ərazisi Ermənistan tərəfindən demək olar ki, tamamilə dağıdılıb, məhv edilib”.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfindən dünyada bəlkə də misli-bərabəri olmayan tikinti-quruculuq işləri həyata keçirilib.

“Artıq Füzulidə hava limanımız var. Qarabağda 12-13 yeni yol çəkilişi həyata keçirilir. Dəmir yolu xətləri çəkilir. Zəngəzur dəhlizinin qurulması istiqamətində işlər aparılır. Çox gözəl planlarımız var. Azərbaycan bu quruculuq işləri ilə Ermənistan vandalizminə qarşı xalqımızın quruculuq mədəniyyətini ortaya qoymuş olacaq”.

H.Hacıyev Zəngəzur dəhlizi məsələsinə də toxunub, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imza atdığı üçtərəfli razılaşmada Azərbaycanla Naxçıvan arasında dəhlizin açılmasının təsbit edildiyini xatırladıb.



Bütöv.az
5-11-2021, 12:03
XİN başçısı: “Vətən müharibəsində verdiyimiz itkilər müasir dünya tarixində ən aşağı rəqəmdir”

“Azərbaycan hər zaman danışıqlar prosesinə sadiq qaldı. Mümkün olan bütün çevikliyi göstərdi ki, məsələ sülh yolu ilə həllini tapsın”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın danışıqlar prosesində təzyiq göstərmək cəhdləri olurdu: “Danışıqlar prosesini uzatmaq, ləngitmək cəhdləri görülürdü. Növbəti mərhələdə siyasi təxribat yolları seçildi. Açıq şəkildə siyasi təxribatlara əl atıldı. Ardınca hərbi təxribatlar olurdu. Bütün faktları göstərib vəziyyətin çox təhlükəli hal aldığı ilə bağlı çağırışlar etdik. Təəssüf ki, Ermənistan heç bir nəticə çıxarmadı və sentyabrın 27-də onların təxribatları geniş müstəviyə keçdi və biz əks-hücum əməliyyatına başladıq. Vətən müharibəsi başladı. Azərbaycan əsgəri dövlətin sərhədlərini bərpa etdi”.

Nazir vurğulayıb ki, Ermənistan və onun havadarları Azərbaycana qarşı iyrənc ittihamlar irəli sürürdü: “Təbii ki, onların bu cəhdləri alınmadı. Təhlillər aparılıb və bizim gəldiyimiz nəticədən fərqli nəticəyə gəlinərsə, ortaya fakt qoysunlar. Təəssüf ki, qurban verilmədən qələbəyə nail olmaq olmazdı. Vətən müharibəsində itki sayımız müasir dünya tarixində ən aşağı rəqəmdir. Bu, ordumuzun peşəkarlığı deməkdir. Heç bir mülki şəxs döyüşə cəlb edilmədi”.

Bütöv.az
5-11-2021, 11:51
Bakıda “Böyük Dəbilqə” başlayır: İlk gündə kimlər çıxış edəcək?

Bu gün Bakıda cüdo üzrə ənənəvi keçirilən “Böyük Dəbilqə” turnirinə start veriləcək.

Bütöv.az-ın xəbərinə görə, saat 12:00-dan etibarən Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq yarışda bu gün 13 idmançımız mübarizə aparacaq.

Bu gün tanınmış idmançılarımızdan Avropa çempionu Orxan Səfərov tatamiyə çıxacaq.

Kişilər

-60 kq

1/8 final Balabəy Ağayev – Damir Meremov (Rusiya)

1/8 final Rövşən Əliyev – Dilşad Xalmatov (Ukrayna)

1/8 final Əhməd Yusifov – Ariunbold Enxtayvan (Monqolustan)

1/8 final Turan Bayramov – Hayato Kondo (Yaponiya)

-66 kq

1/16 final İbrahim Əliyev – Yuci Aida (Yaponiya)

1/16 final Tofiq Məmmədov – Danilo Xlopetski (Ukrayna)

1/8 final İsmayıl İbrahimov – Baqrat Niniaşvili (Gürcüstan)

1/8 final Orxan Səfərov – Baybol Uulu Salamat (Qırğızıstan)

Qadınlar

-48 kq

1/8 final Şəfəq Həmidova – Rafaela Batista (Braziliya)

1/4 final Aişə Qurbanlı – Katarina Tanser (Avstriya)

-52 kq

1/8 final Zeynəb Məmmədova – Anika Vurfel (Almaniya)

1/8 final Ülviyyə Bayramova – Anastasiya Polikatpova (Rusiya)

-57 kq

1/8 final İçinxorloo Muntsxedev – Rafaela Silva (Braziliya)

Qeyd edək ki, yarışın mükafat fondu 154 min avrodur. 14 çəki kateqoriyası (7 kişi, 7 qadın) üzrə 56 idmançı mükafatlandırılacaq. Bunlardan 14-ü qızıl, 14-ü gümüş və 28-i bürünc medalçı olacaq.

Qızıl medalçılara 5 min avro (4 min avro idmançıya, 1000 avro məşqçiyə), gümüş mükafatçılara 3 min avro (2400 avro idmançıya, 600 avro məşqçiyə) və üçüncü yeri tutan hər cüdoçuya 1500 avro (1200 avro idmançıya, 300 avro məşqçiyə) veriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!