31-08-2017, 11:33
Butov.az xəbər verir ki, müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.
31-08-2017, 10:23
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyi N saylı hərbi hissənin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları tərəfindən birgə təmizləmə əməliyyatları keçirilib.
31-08-2017, 10:15
Butov.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub.
30-08-2017, 16:56
Bakı Apellyasiya Məhkəməsində “Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevin barəsində seçilmiş həbs qərarından verilən apellyasiya şikayətinə baxılıb.
30-08-2017, 16:54
C-350E “Vityaz” pilotsuz təyyarələrdən, qanadlı raketlərdən müdafiə olunmağa imkan verir və Hava Hücumundan Müdafiə sistemi ilə təchiz olunub.
30-08-2017, 16:16
Butov.az xəbər verir ki, bu gün Milli Qəhrəman Rövşən Əliyevin ad günüdür. O, avqustun 30 - u 1972-ci ildə Bakı şəhərində doğulmuşdur. Əslən Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndindəndir. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur.
30-08-2017, 15:11
Tarixi günlərdən, daha dəqiq desək, Azərbaycanın tarix yazdığı günlərdən bir il ötür. Söhbət keçən ilin bu günlərində yekun nəticələrə sevindiyimiz uzaq Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyi etdiyi XXXI Yay Olimpiya Oyunlarından gedir...
30-08-2017, 14:55
Təhsil Nazirliyindən verilən məlumata görə, əlavə ixtisas seçimində iştirak üçün "ASAN xidmət” mərkəzlərinə və ilk peşə-ixtisas təhsili müəssisələrinə müraciət etmək mümkündür. Sentyabrın 7-dək davam edəcək bu prosesə birinci mərhələdə iştirak edənlərlə yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən digər şəxslər də qatıla bilər.
30-08-2017, 11:57
Butov.az xəbər verir ki, Qurban bayramı ilə əlaqədar 1, 2, 3 sentyabrda “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
29-08-2017, 13:17
Arıqlamanın yolları arasında gündə çoxlu miqdarda maye qəbulu, istəyə uyğun faydalı meyə-tərəvəzlərdən bol miqdarda istifadə, axşam saatlarında pəhriz tutmaq, maddələr mübadiləsini sürətləndirməyə təsirli olan idman məşqlərini nəzərə almaq lazımdır.